Icma.az
close
up
RU
Bakı ilə Moskva arasında 4 milyardlıq iddia: Hərbçilərimiz hazırlığa başladı İran detalı

Bakı ilə Moskva arasında 4 milyardlıq iddia: Hərbçilərimiz hazırlığa başladı İran detalı

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan və Rusiya arasında gərginliyin aradan qalxması fonunda yayılan məlumatlar müzakirələrə səbəb olub. İddialara görə, Bakı təxminən 4 milyard dollar dəyərində 45 ədəd Rusiya istehsalı Su-35 qırıcısı almaq niyyətindədir.

Məlumatlarda qeyd olunur ki, Azərbaycan üçün nəzərdə tutulan təyyarələr yeni nəsil son model qırıcılardır. Həmçinin onların üzərinə Türkiyə və İsraillə birlikdə istehsal edilən yeni nəsil hava‑hava raketlərinin inteqrasiyası planlaşdırılır.

Habelə bildirilir ki, azərbaycanlı pilotlar artıq iki həftədir Rusiyada Su‑35 təlimlərinə başlayıblar. Bu alış baş tutarsa, bölgədə Azərbaycanın hava gücünün İranı belə keçəcəyi güman olunur.

Globalinfo.az‑a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycanın Rusiyadan 45 ədəd Su‑35 alması real görünmür:

“Birincisi, Azərbaycanın bu sayda və geniş uçuş radiusuna malik hava vasitələrinə ehtiyacı yoxdur. Biz artıq aviasiya siyasətimizlə bağlı müvafiq seçimlər etmişik. Azərbaycan aviasiya vasitələrinin Pakistandan əldə edilməsinə dair müqavilələr imzalayıb, həmçinin yaxın perspektivdə Türkiyə istehsalı olan təyyarələr də hazırlıq dövrünü başa vurduqdan sonra aviasiya parkına əlavə ediləcək.


Ədalət Verdiyev 

Digər tərəfdən, qırıcı təyyarələrinin alınması ölkələr arasında uzunmüddətli, yəni ən azı 40–50 illik strateji tərəfdaşlıq tələb edir. Yəni belə bir alış iki ölkə arasında çox uzun və etibarlı münasibətləri şərtləndirir ki, bu da indiki geopolitik vəziyyətdə real görünmür. Zaman‑zaman Rusiya mətbuatında və rəsmilərinin çıxışlarında ölkəmizə qarşı mənfi tonlar müşahidə olunur, üstəlik dezinformasiyalar da yayılır. Bu səbəbdən, Azərbaycanın Rusiyadan belə ciddi həcmli qırıcı alması real deyil.

Nəhayət, Rusiyanın özünün Ukrayna müharibəsi və NATO ilə mümkün qarşıdurma fonunda böyük miqdarda qırıcı təyyarələrini satışa çıxarması ehtimalı çətindir. Buna görə Rusiyanın Azərbaycana belə həcmdə təyyarə satması real deyil”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri