Icma.az
close
up
RU
Bakı ilə razılaşmadan regionda layihə mümkün deyil ŞƏRH

Bakı ilə razılaşmadan regionda layihə mümkün deyil ŞƏRH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycan Cənubi Qafqazda NATO və Avropa üçün strateji oyunçudur

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikov ilə görüşüb. Bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, bu həftə NATO-nun Cənubi Qafqazdakı Ofisinin (Tbilisidə) rəhbəri Aleksandr Vinnikov NATO-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi və regional təhlükəsizlik məsələlərinin müzakirəsini davam etdirmək məqsədilə Bakıya gəlib.

A.Vinnikov NATO-nun hərbi təhsilin təkmilləşdirilməsi proqramı və müdafiə, təhlükəsizlik islahatlarına töhfəsinə həsr olunmuş beynəlxalq konfransda NATO-Azərbaycan tərəfdaşlığı barədə əsas məruzə ilə çıxış edib.

Nümayəndə heyəti həmçinin yerli analitik mərkəzlər, NATO səfirləri və Ukraynanın Azərbaycandakı səfiri ilə faydalı görüşlər keçirib.

Səfər 2025–2026-cı illər üçün Azərbaycanda NATO-nun əlaqə mərkəzi kimi fəaliyyət göstərən Slovakiya və İsveçin Bakıdakı səfirliklərinin dəstəyi ilə təşkil olunub.

Vinnikovun Bakı səfərini şərh edən hərbi ekspert Ədalət Verdiyev "Şərq"ə açıqlamasında deyib ki, NATO nümayəndə heyətinin Azərbaycana səfəri, əslində, Alyansın Cənubi Qafqaz regionunda artan geosiyasi maraqlarının göstəricisidir: “Hazırda NATO daxilində kifayət qədər ciddi fikir ayrılıqları mövcuddur. Bu, xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda daha qabarıq görünür. Alyansa üzv olan ölkələr işğalçıya qarşı birmənalı mövqe ortaya qoya bilmirlər, təhlükəsizlik məsələlərinə yanaşmalarda parçalanma müşahidə olunur. Belə şəraitdə NATO üçün etibarlı tərəfdaşlarla münasibətləri gücləndirmək daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan isə uzun illərdir NATO-nun ən stabil, etibarlı və sözünə sadiq tərəfdaşlarından biri kimi tanınır. Bu, təkcə siyasi bəyanatlarda deyil, praktik fəaliyyətlərdə də özünü göstərib. Həm hərbi təhsilin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq, həm də regional təhlükəsizlik təşəbbüslərinə dəstək bunu sübut edir. NATO rəhbərliyi dəfələrlə Azərbaycanın rolunu xüsusilə vurğulayıb”.

Ekspert qeyd edib ki, regionda yaranmış yeni geosiyasi reallıq fonunda Azərbaycan faktoru daha da güclənib: “Cənubi Qafqazda sülh prosesinin əsas təşəbbüskarlarından biri kimi Bakı həm NATO üçün, həm də Avropa İttifaqı üçün strateji tərəfdaş statusuna malikdir. Bu coğrafiyada istənilən siyasi, iqtisadi və təhlükəsizlik layihəsinin həyata keçirilməsi Azərbaycanla razılaşdırılmadan mümkün deyil. Azərbaycanın logistik imkanları, enerji təhlükəsizliyi sahəsində rolu və regionda balans yaradan aktor kimi mövqeyi Qərbin Bakı ilə əlaqələri dərinləşdirmək marağını artırır. Bu baxımdan NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikovun Bakıya səfəri, keçirilən görüşlər və konfransda iştirak tamamilə məntiqli və gözlənilən addımdır. Alyans Azərbaycanla əməkdaşlığın gələcək perspektivlərini qiymətləndirir, müştərək layihələri genişləndirmək niyyətindədir. Bununla NATO həm regionda mövcudluğunu artırır, həm də etibarlı tərəfdaşı olan Azərbaycanla siyasi-diplomatik əlaqələri daha güclü səviyyəyə qaldırmağa çalışır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Dekabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri