Icma.az
close
up
RU
Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış günü keçirilib

Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış günü keçirilib

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış günü başa çatıb.

"APA-Economics" xəbər verir ki, COP29 çərçivəsində ölkənin Bakı Maliyyə Məqsədi kimi tarixi nailiyyətə imza atması və karbon bazarları sahəsində ambisiyalı qərarların qəbul olunması fonunda Bakı İqlim Fəaliyyəti Həftəsi hökumət və şirkət rəsmilərinin, eləcə də gənclər və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gələrək bu nailiyyətləri əməli fəaliyyətə çevirmələrinə imkan yaradır.

Məlumata görə, “SOCAR Green”, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, “Kristal”, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Rotas Consulting” və “ANEWZ” Televiziya Kanalının tərəfdaşlığı ilə keçirilən iqlim həftəsi davamlı inkişaf üzrə qlobal dialoqa mühüm töhfə verir.

Həftənin ilk günü nazirlərin iştirakı ilə keçirilən açılış mərasimi və beynəlxalq iqlim liderlərinin, o cümlədən BMT Baş katibinin xüsusi nümayəndəsi və “Hamı üçün dayanıqlı enerji” (“Sustainable Energy for All”) təşəbbüsünün baş direktoru Damilola Oqunbiyinin, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri Mariya Fernanda Espinozanın COP29-un nəticələrini əks etdirən əsas çıxışları ilə yadda qaldı. Bunun ardınca isə “yaşıl” iqtisadiyyat, KOB-lar üçün bacarıqların inkişafı, iqlim qanunvericiliyi və ədalətli keçid mövzularında sessiyalar keçirildi. Sözügedən sessiyalar çərçivəsində qlobal öhdəliklərin Azərbaycanda konkret fəaliyyətə çevrilməsi üçün mühüm əhəmiyyət kəsb edən Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Milli Adaptasiya Planlarının (NAP) transformasiyası, “yaşıl” maliyyənin səfərbər edilməsi və aidiyyəti qurumların gücləndirilməsi kimi mövzular müzakirə olundu.

Bunlarla yanaşı, həftənin birinci günündə sıfır səviyyəli emissiyaya keçid üçün iqlim qanunvericiliyi və aidiyyəti institutların gücləndirilməsinə həsr olunmuş parlament səviyyəli dəyirmi masa da təşkil olundu. Dəyirmi masada deputat və ekspertlər iqlim qanunvericiliyi sahəsində ən yaxşı təcrübələr, eləcə də müstəqil məsləhət şuralarının rolu və özəl sektor investisiyalarının cəlb edilməsi barədə fikir mübadiləsi apardılar. Sessiyada “GLOBE” təşkilatının Paris Sazişinin 6-cı maddəsi və karbon bazarları üzrə deputatlar üçün bələdçi kitabının Azərbaycan dilində nəşri təqdim olundu. Bu nəşr parlament üzvləri üçün sıfır səviyyəli emissiya siyasətinin tətbiqi və effektiv nəzarət mexanizmləri ilə bağlı məlumatlarla zəngindir.
Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev:
“COP29-da Azərbaycan çoxtərəfli sistemin nəticə verə biləcəyini sübut etdi. Biz maliyyə üzrə yeni məqsədlər müəyyən etdik, karbon bazarlarına çıxış üçün şərait yaratdıq və həm təsirlərin yumşaldılması, həm də adaptasiya sahəsində ambisiyalı öhdəliklər yaratmağa müvəffəq olduq. Lakin təkcə razılaşmaların olması kifayət deyil. Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 irsini davam etdirmək, sözdən əmələ keçmək və COP30 ərəfəsində yerli liderliyin qlobal müstəvidə işlərin gedişatını necə stimullaşdıra biləcəyini nümayiş etdirmək əzmimizin güzgüsüdür”.

COP29-da BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai:
“COP29-un irsi kağız üzərində deyil, real həyatda görülən işlərlə ölçülür. Bakı İqlim Fəaliyyəti Həftəsi hökumət orqanları və şirkətlərdən tutmuş, gənclər və yerli icmalara qədər cəmiyyətin bütün seqmentlərini səfərbər etməklə götürülən öhdəliklərin real nəticələrə çevrilməsini gündəmə gətirir. Azərbaycan Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi etməklə göstərir ki, inklüziv fəaliyyət və geniş əməkdaşlıq ədalətli və effektiv keçidi sürətləndirməyin yeganə yoludur”.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev:
“COP29-da Azərbaycan bütün dünyanı bir araya gətirmək və iqlim diplomatiyasının ən mürəkkəb məsələləri xüsusunda konsensus formalaşdırmaq bacarığını nümayiş etdirdi. Bu qərarların nə qədər vacib olduğu öz yerində, ancaq onların qəbul olunduğu ötən ilki mürəkkəb geosiyasi mühit və digər obyektiv çətinliklər həmin qərarların tarixi əhəmiyyətini daha da artırdı. Bakıda əldə etdiyimiz mühüm nailiyyətlər iqlim fəaliyyətinin növbəti onilliyi üçün münbit zəmin yaratdı. İndi isə Bakı İqlim Fəaliyyəti Həftəsi beynəlxalq iqlim ictimaiyyətinin müxtəlif seqmentlərindən olan nümayəndələri bir araya gətirməklə həm Azərbaycanın özündə, həm də regionda konkret nəticələr üçün mühüm katalizator rolunu oynayacaq.”
Tədbir boyu Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 nəticələrinin Azərbaycan tərəfindən ölkədə tətbiq edilməsi üzrə dialoq platformasına çevriləcək. Bu dialoq təmiz enerji və “yaşıl” maliyyənin genişləndirilməsindən tutmuş kənd təsərrüfatı, su və şəhərlərdə davamlılığın gücləndirilməsinə qədər müxtəlif sahələri ehtiva edəcək. Azərbaycan bu müzakirələrə ev sahibliyi etməklə göstərmək istəyir ki, qlobal öhdəliklər milli transformasiyaya təkan verə və həm ölkə, həm də tərəfdaşlar üçün təcrübə mübadiləsi, öyrənmə və birgə inkişaf platformasını təmin edə bilər.

Qeyd edək ki, həftə ərzində COP29-un Prezidenti Muxtar Babayev, energetika naziri Pərviz Şahbazov, digər qurumların rəhbərləri də daxil olmaqla, Azərbaycanın iqlim liderləri ölkədə bərpa olunan enerji, “yaşıl” maliyyə, kənd təsərrüfatı və su sektorlarında iqlimə davamlılıq üzrə milli prioritetləri təqdim edəcəklər. COP29-da BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai qeyri-dövlət iştirakçılarının səfərbər edilməsi, qlobal iqlim fəaliyyəti, özəl sektor və vətəndaş cəmiyyətinin COP prosesində iştirakı, KOB-lar, yaşıl bacarıqların inkişafı və digər mövzular ətrafında aparılan müzakirələrə rəhbərlik edəcək. Həmçinin, gənclərin iqlim mövzusuna marağını nəzərə alaraq, COP29-un gənclər çempionu Leyla Həsənova gənclərin Bakı İqlim Fəaliyyəti Həftəsində fəal iştirakı üçün xüsusi proqram təqdim edəcək.

Beynəlxalq ekspertlərin onlayn müraciəti, o cümlədən UNFCCC-nin Baş katibi Saymon Still, COP30-un Prezidenti Andre Korrea du Laqo, BMT Baş Assambleyasının sabiq sədri Çaba Köröşi, Latviyanın sabiq prezidenti Raymonds Veyonis və BMT-nin maliyyələşdirmə üzrə xüsusi elçisi Dr. Mahmud Mohieldinin virtual çıxışları zamanı COP29 irsinin təşviqində qlobal əməkdaşlığın oynadığı rol vurğulanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri