Icma.az
close
up
RU
Bakı İrəvan üzərindən Moskva və Tehranı məğlub etdi 4 ölkədən regiondakı gedişə REAKSİYA

Bakı İrəvan üzərindən Moskva və Tehranı məğlub etdi 4 ölkədən regiondakı gedişə REAKSİYA

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Azərbaycandan ilk dəfə olaraq yerli mənşəli neft yükü Ermənistana daşınıb.

Globalinfo.az bununla bağlı xarici ekspertlərin rəyini alıb.

Mövzunu şərh edən fransalı tarixçi, politoloq Maksim Quen (Maxime Gauin) deyib ki, bu, münaqişənin sona çatmasına mütləq öz töhfəsini verəcək:

“Çünki buna qədər Ermənistan neft və qaza görə Rusiya və İrandan asılı idi, lakin bu iki dövlət daim erməni millətçiliyindən Azərbaycana qarşı, daha dəqiq isə Türkiyəyə qarşı istifadə edib”.

Maksim Quen

Politoloqun sözlərinə görə, ictimai rəydə əsasən iqtisadi problemlər və yeni müharibədən qaçmaq istəyi üstünlük təşkil edir:

“Bu növ iqtisadi addım Baş nazir Nikol Paşinyanın güzəştə getdiyini, lakin əvəzində heç nə əldə etmədiyini iddia edən Ermənistan müxalifətini əsas “arqumentdən” məhrum edir. Ona görə də bu çatdırılma sülhə doğru irəliləyişi sürətləndirməyə töhfə verəcək”.

Gürcü politoloq Gela Vasadzenin fikrincə, bu cür hərəkətlər sülh prosesinə töhfə verir və iki dövlət arasında münasibətlərin tam normallaşmasına yaxınlaşdırır:

Gela Vasadze

“Digər tərəfdən, bunu şişirtmək olmaz, çünki məlumdur ki, sülh prosesi ilk növbədə, cəmiyyət daxilində baş verən bir prosesdir. Bu, sülhə doğru atılan ilk addımlardan biridir və özlüyündə çox müsbət haldır”.

“PolitRus” informasiya-analitik portalının rəhbəri, rus politoloq Vitali Arkov bildirib ki, Azərbaycan və Ermənistan QHT və media nümayəndələrinin daha  əvvəl baş tutan qarşılıqlı səfərləri kimi, “benzin diplomatiyası” adlanan bu proses də çoxdan gözlənilən mehriban qonşuluq münasibətlərinin bərpasının başlanğıcını qoya bilər:

“Moskva bunun üçün 2020-ci ilin payızında Bakı və İrəvana reallıqlara uyğunlaşdırılmış sülh planı təklif edərək və müharibə aparan ölkələrin liderlərini danışıqlar masasına gətirməklə ciddi səylər göstərib. Bu, İkinci Qarabağ müharibəsində qan tökülməsinin qarşısını almağa, İrəvanı Bakının Qarabağa olan qanuni hüququnu tanımağa və mürəkkəb ərazi və kommunikasiya məsələlərinin həllini diplomatik arenaya qaytarmağa kömək etdi. Bildiyimiz kimi, bu kimi bəzi məsələlər qalmaqdadır”.

Politoloq Moskvanın Bakı ilə Yerevan arasında ikitərəfli əlaqələrin inkişafını alqışladığını deyib:

“Ticarət, iqtisadi əməkdaşlığın və mədəni əlaqələrin inkişafı Azərbaycan və Ermənistan xalqlarının bir-birinə münasibətində dəyişiklik yaradacaq. Uzun müddətdir davam edən düşmənçilik və nifrətdən dinc yanaşı yaşama və əməkdaşlığa doğru irəliləyiş baş verəcək.

Bu gün Cənubi Qafqaz Avrasiyanın aparıcı gücləri – Rusiya, Çin və Hindistan üçün hazırda həyata keçirdikləri genişmiqyaslı nəqliyyat və logistika layihələri olan Şimal-Cənub və Orta Dəhliz çərçivəsində böyük maraq doğurur. Azərbaycan, Ermənistan və Gürcüstanın bu layihələrdə iştirakının maksimum təsiri qarşılıqlı münasibətlərin normallaşması və regiondakı vəziyyətin sabitləşməsi ilə sıx bağlıdır. Regionun tarixi tərəfdaşları – Rusiya, Türkiyə və İran da regional “3+3” platforması çərçivəsində öz dəstəklərini və resurslarını təklif edərək bunda maraqlı olduqlarını göstərirlər”.

Qazaxıstanlı publisist və politoloq Arman Şurayev hesab edir ki, benzin diplomatiyası, xalq diplomatiyası sülh prosesində çox müsbət rol oynayacaq:

Arman Şurayev

“Bu, yaxşı əlamətdir, çünki bildiyim qədəri ilə indi Azərbaycandan Ermənistana benzin tədarükü ilə yanaşı, həm də Azərbaycan iş adamlarının səyləri nəticəsində tarixdə ilk dəfə olaraq Qazaxıstan taxılı da Ermənistan Respublikasının ərazisinə göndərilir. Əsas problem Qarabağ məsələsi idi. O, Azərbaycan silahlı qüvvələri tərəfindən uğurla həll edilib. Düşünürəm ki, Ermənistanda artıq heç bir inqilabi əhval-ruhiyyə yoxdur. Ən azından, Paşinyanın özü bunu bildirib. Əgər ermənilərin əksəriyyəti onu dəstəkləməsəydi, çoxdan vəzifəsindən uzaqlaşdırılardı. Əlbəttə ki, pis sülh yaxşı müharibədən daha yaxşıdır. Çox ümid edirəm ki, indi Ermənistan Rusiyadan və onun militarizmindən açıq şəkildə uzaqlaşdıqdan sonra Azərbaycan üçün mümkün təhlükələrdən ən az olanını yaradır. Buna görə də bu sülh uzunmüddətli olacaq”.

Xatırladaq ki, dekabrın 18-də Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana birdəfəlik yanacaq tranziti reallaşdırılıb. SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqona yüklənmiş 1220 ton benzin yola salınıb.

Qeyd edək ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Dekabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see233

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see218

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see164

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see158

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see155

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri