Bakı məktəblisi Romada beynəlxalq yarışda 1ci yeri tutdu FOTO Yeni Çağ Media
Icma.az, Yenicag portalına istinadən məlumat verir.
Bakının Nizami rayonu 129 nömrəli məktəbin 10-cu sinif şagirdi Şükürlü Röyal Vüqar oğlu İtaliyanın paytaxtı Roma şəhərində keçirilən “Fibonacci” Beynəlxalq robot yarışında 1-ci yerə layiq görülüb.
Əslən Cəbrayıl rayonundan olan 15 yaşlı R.Şükürlü uşaqlıqdan leqo modellərinin yığılmasına böyük maraq göstərib. Bundan əvvəl də o, Azərbaycanda, istərsə də ölkə xaricində təşkil olunan robot yarışlarında iştirak edərək yüksək nəticələr əldə edib. Rumıniyanın Buxarest şəhərində keçirilən və 20 ölkənin “İnfomatrix WorLd Final” çempionatında “Mini Sumo” kateqoriyasında 1-ci yerə layiq görülərək platinium (fırst of the fırst) medalı ilə təltif edilib.
Eyni zamanda Rumıniya və 25 ölkənin qatıldığı “Robochallenge 2024” Dünya Çempionatının “Mini Sumo kids” kateqoriyası üzrə 174 komanda və 964 robot arasında 3-cü yerə layiq görülüb.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 09 Dekabr 2024 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















