Icma.az
close
up
RU
“Bakı Metropoliteni”: Xətlərin ayrılmasının layihələndirilməsi sürətləndirilib

“Bakı Metropoliteni”: Xətlərin ayrılmasının layihələndirilməsi sürətləndirilib

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı metrosunda yeni stansiyaların inşası məqsədilə mərhələli işlər davam etdirilir.
APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC sədrinin müşaviri Emil Əhmədov deyib.
O bildirib ki, artıq “Yüksel Proje” şirkəti ilə müqavilə imzalanıb:
“Bura iki istiqamət daxildir: biri - 10 stansiyadan 9-nun və tunellərin layihələndirilməsi, ikincisi, Yaşıl və Qırmızı xətlərin ayrılmasının layihələndirilməsi. Xətlərin ayrılması zamanı “İçərişəhər” stansiyasında keçid kamerası, dönmə tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi də nəzərdə tutulub.

Hazırda layihələndirmə işləri sürətlə davam edir. Stansiyaların yerlərinin dəqiqləşdirilmsi və rəsmiləşdirilməsi istiqamətində tədbirlər görülür. Tunel traslarının hazırlanması da fəal olaraq aparılır. Metro inşaatının özəllikləri çoxdur. Sadəcə, inşaat deyil, infrastruktura daxil olan bütün məsələlər nəzərdə tutulmalı, Tikintinin Norma və Qaydalarının bütün müddəaları nəzərə alınmalıdır”.

O qeyd edib ki,xətlərin ayrılması istiqamətində isə işlərə isə “Dərnəgül” deposu ilə başlanılıb:
“Hazırda tunellərdə 1 km-dən artıq dəmir yollarının çəkilməsi prosesi sürətlə davam edir. Yollar dəmir-beton blok üzərində olacaq. Depo ərazisində qatarlara təmir, qulluq, baxış sahəsində də dəmir-beton işləri görülür. Birinci mərhələdə, 7 belə sahə tam hazır vəziyyətə gətiriləcək. Bununla yanaşı, qatarların depoya daxil olması və onlara xidmət göstərilməsi üçün lazım olan bütün infrastrukturla bağlı işlər də qaydasında davam edir.

Bu günlərdə “28 May” stansiyası yaxınlığında da qazma işlərinə başlanması barədə məlumat vermişdik. Yaxın günlərdə şaxtaların qazıntısı da başlanacaq. Burada 30 metr dərinliyə qədər şaxta qazılacaq. “Dərnəgül” deposunun birinci mərhələsi başa çatdıqdan sonra isə bu şaxtalardan, əvvəllər elan etdiyimiz, 200 metrədək tunel inşası da başlanacaq”.

E.Əhmədovun sözlərinə görə, xətlərin ayrılması təkcə bundan ibarət olamayacaq:
““28 May” stansiyasının platformasını “Cəfər Cabbarlı” stansiyası ilə birləşdirən piyada tuneli də inşa olunacaq. Burada da layihə işləri tamamlanıb və hazırlıq işlərinə başlanılıb. münasib dövrdə bu tikinti işinə də başlanılacaq.

Həmçinin, hazırda xətlərin ayrıldıqdan sonra dayanıqlı enerji təminatını verəcək iki elektrik yarımstansiyanın da layihələndirilməsi işləri davam etdirilir.

“İçərişəhər” stansiyasının arxasındakı dönmə kamerası ilə bağlı hazırda geoloji kəşfiyyat-axtarış işləri davam etdirilir. Layihələndirmə yekunlaşan kimi həm dönmə kamerası, həm tunel, həm də avtoparkinqlə bağlı məlumatlar təqdim olunacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:28
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Avqust 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see193

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see178

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see153

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see141

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see138

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see135

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see135

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see134

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see133

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see131

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see130

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see125

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see125

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see124

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see122

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see121

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri