Icma.az
close
up
RU
Bakı metrosunda yeni gedişhaqqı üsulu

Bakı metrosunda yeni gedişhaqqı üsulu

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı metrosunda gedişhaqqının sərnişinin qət etdiyi məsafəyə görə ödənilməsi metodunun tətbiqi nəzərdə tutulub. Bu barədə "Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli deyib. O bildirib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir: "Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər".

Məsafəyə əsaslanan tarif sistemi sərnişinin mindiyi və düşdüyü stansiyalar arasındakı məsafəyə uyğun olaraq gedişhaqqının hesablanmasını nəzərdə tutur. Yəni qısa məsafə qət edən sərnişin daha az, uzun məsafə qət edən isə daha çox ödəniş edir.

Ekspertlərin fikrincə, metroda gedişhaqqının sərnişinin qət etdiyi məsafəyə görə ödənilməsi daha ədalətli və iqtisadi cəhətdən əsaslandırılmış modeldir. Amma bu sistemin uğurlu tətbiqi üçün güclü texnoloji baza, sosial balans və effektiv kommunikasiya zəruridir.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, sözügedən model, yəni tariflərin differensiallaşdırılması Avropa ölkələrində illərdir ki, tətbiq olunur. Sözügedən modelə əsasən sərnişin neçə stansiya və ya neçə kilometr yol qət edirsə, ödəniş də buna uyğun hesablanır. Qısa məsafə qət edən sərnişin minimal ödəniş edir. Yəni 2-3 stansiya üçün daha aşağı tarif tətbiq olunur. Məsafə artdıqca gedişhaqqı da artır. Bu zaman mərkəzi ərazilərdə hərəkət edən sərnişinlə daha uzaq məsafəyə gedən sərnişinin ödədiyi məbləğ arasında fərq yaranır. Adətən mərkəzdə yaşayanlar şəhərin kənar ərazilərində yaşayanlarla müqayisədə daha az ödəniş edirlər: "Əksər dünya ölkələrində metroda gedişhaqqının hesablanması şəhərin ölçüsünə, nəqliyyat şəbəkəsinin quruluşuna və sosial siyasətə uyğun olaraq fərqli modellərlə tənzimlənir. Əsas məqsəd həm ədalətli ödəniş mexanizmi yaratmaq, həm də sosial balansı qorumaqdır. Bu model xüsusilə Yaponiya, Cənubi Koreya və Sinqapur kimi ölkələrdə tətbiq olunur. Sərnişin metroya daxil olarkən və çıxarkən kartını oxudur, sistem avtomatik olaraq neçə kilometr və ya neçə stansiya yol getdiyini hesablayır. Hesablamadan sonra ödənişi buna uyğun çıxır. Bu yanaşma "az gedən az, çox gedən çox ödəsin" prinsipinə əsaslanır".

Onun sözlərinə görə, əksər Avropa ölkələrində zona üzrə tarif modeli tətbiq edilir. London, Paris, Berlin kimi şəhərlərdə metro şəbəkəsi bir neçə zonaya bölünür. Sərnişinin keçdiyi zonaların sayına görə gedişhaqqı müəyyən edilir: "Mərkəzi zonalarda qiymətlər daha ucuz, şəhərin kənar ərazilərinə doğru isə daha yüksək olur. Bu sistem həm şəhərdaxili hərəkəti tənzimləyir, həm də uzun məsafəli xətlərin maliyyə yükünü balanslaşdırmağa imkan verir".

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı hesab edir ki, Bakı metrosunda gedişhaqqının sərnişinin qət etdiyi məsafəyə görə ödənilməsi modelinə keçid sərnişinlər üçün sərfəli olacaq. Amma bu sistemi qurmaq elə də asan deyil: "Bu sistemə keçid üçün bütün stansiyalarda terminallar olmalıdır. Məsələn, sərnişin kartını turniketə yaxınlaşdıranda avtomatik ondan 60 qəpik çıxılır. Stansiyadan çıxanda sərnişin yenə də kartı oxutduracaq ki, getdiyi məsafəyə görə gedişhaqqı çıxılsın. Az məsafə qət edən sərnişindən məsələn, 30-40 qəpik çıxılacaq, yerdə qalanı karta qayıdacaq. Bu sistemin qurulması asan iş deyil. Hazırda ciddi təhlillər aparılır, araşdırmalar gedir. Bu, metro üçün ilk olsa da, ümumilikdə artıq dəmir yollarında tətbiq edilir və həmin zaman ciddi narazılıq olmadı. Əksinə, belə tarifdən faydalananlar çoxdur. Sadəcə, burada elə bir addım atmaq lazımdır ki, bütün yük sərnişinlərin 50 faizdən çoxunun üzərində qalmasın. Yeni model üzərində ciddi şəkildə düşünmək lazımdır".

E.Muradlının sözlərinə görə,  differensial qiymət siyasəti artıq dəmir yollarında tətbiq olunur: "Əvvəllər standart tarif bir manat idi. Bir dayanacaq gedənlə 15 dayanacaq məsafə qət edən eyni məbləğ ödəyirdi. Sonra differensial qiymət siyasəti müəyyənləşdirildi. Bu gün bəzi sərnişinlər 40, 50 qəpik, başqaları 1 manat və ya daha çox ödəyir. İndi uzaq məsafələrə səfərlər fərqli formada hesablanır".

İqtisadçı ekspert Razi Abasbəyli hesab edir ki, bu metod şəhərin kənar ərazilərində yaşayan və gündəlik uzun məsafə qət etməli olan vətəndaşlar üçün xərclər arta bilər. Bu halda güzəştlər, aylıq limitlər və ya abunə kartları kimi kompensasiya mexanizmləri nəzərdə tutulmalıdır: "İqtisadi baxımdan səmərəli olan hər qərar avtomatik olaraq sosial baxımdan optimal olmur. Ona görə də məsafəyə əsaslanan tarif tətbiq edilərkən gəlir səviyyəsi aşağı olan əhali qrupları üçün kompensasiya mexanizmləri mütləqdir. Əgər məsafəyə görə tarif tətbiq olunursa, mütləq aylıq gediş limitləri, abunə kartları və sosial güzəştlər nəzərdə tutulmalıdır. Əks halda, şəhər kənarında yaşayan vətəndaşlar üçün nəqliyyat xərcləri artacaq. Məsafəyə görə gedişhaqqı modeli sosial balans qorunduğu halda sərnişinlər üçün faydalı ola bilər".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Yanvar 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri