Xalq şairi: “Müasir gəncliklə qürur duyuram...”
Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Geriyə baxanda heç nə üçün heyf demirəm. Heç nə üçün kaş demirəm. Nə peşmanlıq hissi çəkirəm, nə də heyifsilənirəm. Başımıza nə gəlibsə, Allahın qismətidir. Heç nə səbəbsiz baş vermir. Vacib olan odur ki, insan mənalı ömür yaşasın. Mənalı ömür yaşamaq üçün də insan mərd olmalıdır. Mərdlik ən yüksək insani keyfiyyətdir”.
Bu sözləri Adalet.az-a açıqlamasında yaxın günlərdə 81 yaşını qeyd edən Xalq şairi Vahid Əziz deyib:
“İnsan ömrün bu çağında özünə nə arzu edə bilər? Əlbəttə, sakit həyat, sağlam can, ölkəmizdə əmin- amanlıq olsun. Məncə, bu arzuları bütün insanlar arzulayırlar. İnsan ömrü enişli- yoxuşlu olanda mənalı olur. Hər çətinlik bir dərsdir. Qarşımıza çıxan yaxşı insanlar da, pis insanlar da bizim imtahanımızdır. Məncə, insanın ən böyük imtahanı da elə budur. Paxıllıq, nankorluq ən pis xəstəlikdir. Bu xususiyyətlər insanı məhv edir, cürüdür. Əksər hallarda ən sağalmaz xəstəliklər məhz bu xüsusiyyətlərdən yaranır.
Bizim gəncliyimiz Sovetlər dönəmini əhatə edirdi. Hər dövrün özünün müsbət və mənfi tərəfləri olur. Müasir gənclik bizim yetişdirdiklərimzdir. Səhvi də, düzü də bizimdir. Əgər bu gün gənclərin hər hansı səhvi varsa, burda günahkar bizik. Demək ki, biz nəyisə doğru etməmişik.
Müasir gəncliklə qürur duyuram. Çünki bu gənclik prezidentimiz İlham Əliyevlə birlikdə Qarabağı işğaldan azad etdilər. Xalq olaraq o dövrün gəncliyi də ləyaqətli idi, müasir gənclik də ləyaqətlidir”.
Əntiqə Kərimzadə
Baxış sayı:120
Bu xəbər 25 Noyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















