Bakı metrosunda yeni təyinatlar Foto
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Bakı Metropoliteni QSC-də yeni kadr təyinatları olub.
Axar.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.
Belə ki, Aydan Qurbanova QSC-nin Strateji inkişaf departamentinin Dayanıqlılıq şöbəsinin rəisi, Rəsul Rzayev isə QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini vəzifəsinə təyin olunublar.
Digər əmrlə, Rəşad İbrahimov QSC-nin Satınalma şöbəsinin rəis müavini vəzifəsindən azad olunub.
Qeyd edək ki, A.Qurbanova ötən ilin may ayından etibarən Bakı metrosunda çalışır. O, indiyədək həmin şöbədə menecer işləyib. R.Rzayev isə yeni təyinatdan əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 31 İyul 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















