Icma.az
close
up
RU
Bakı Moskva ilə barışdı, İrəvanda 4 ölkəyə qarşı hərəkətə keçdi: Köçəryan Sərkisyan detalı

Bakı Moskva ilə barışdı, İrəvanda 4 ölkəyə qarşı hərəkətə keçdi: Köçəryan Sərkisyan detalı

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan yaxın qonşuları olan İran və Rusiya ilə münasibətlərini tədricən normallaşdırır. Tehran artıq bir müddətdir Bakı ilə təhdid dilində danışmır, irəli sürülən şərtləri qəbul edir. Səfirliyimizə hücum edən terrorçu, Azərbaycanın israrlı tələbi ilə edam olundu. Eyni zamanda, iki ölkə arasında iqtisadi sahədə də ciddi layihələr həyata keçirilir.

Rusiya ilə münasibətlərdə də müsbət dönüş müşahidə olunur. Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında Düşənbədə baş tutan görüşdən sonra bir sıra problemlərin aradan qalxacağı gözlənilir.

Ermənistanla sülh danışıqları müsbət istiqamətdə irəliləyir. Bundan əlavə, Mərkəzi Asiya respublikaları, Türkiyə, Pakistan və digər regional oyunçularla münasibətlər yüksək səviyyədədir.

Bütün bu proseslər Cənubi Qafqazda və xüsusilə Azərbaycanda hansı yeni mərhələnin başlandığını göstərir? Qarşıdakı dövrdə hansı xoş sürprizlərin şahidi olacağıq?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Azərbaycan regional və beynəlxalq oyunçuların strategiyasını özünün milli təhlükəsizlik maraqlarına uyğunlaşdırmağı yaxşı bacarır:

“Bu, Prezident İlham Əliyevin eksklüziv diplomatik-siyasi və geosiyasi qabiliyyəti ilə mümkün olur. Azərbaycan Ermənistanla münasibətləri regional sülhün qurulmasını təmin edən plan kimi təklif edir və bununla aktorlar üzərində öhdəliklər yaranır. Rusiya, İran kimi oyunçuların Azərbaycanla yaxınlaşmağı prioritetləşdirməsi Bakının oyunçuluq qabiliyyətinin həmin dövlətlərin daxili siyasətinə göstərdiyi təsirlər fonunda da təhlil oluna bilər. Yəni Azərbaycan regional arxitekturanı müəyyənləşdirən faktorları ona rəqib cəbhədə dayanan dövlətlərin daxili hərbi-siyasi elitasına proyeksiya etməyi qismən bacarır. Bu, misal üçün İranda Azərbaycanla əlaqədar mühafizəkar dairələrlə liberal düşərgə arasındakı müzakirələrdə, İlham Əliyevin portretlərinin küçələrdə qaldırılmasında özünü göstərir.

Lakin bu areal getdikcə genişlənir. Vladimir Putinin AZAL təyyarəsinin vurulmasına görə təqsirkarları müəyyənləşdirmək üçün təmizləmə əməliyyatına başlayacağı İlham Əliyev qətiyyətinin Rusiya dövlət aparatına sirayətedici əlamətlərini fraqmentləşdirir”.


Aqşin Kərimov

Analitikin sözlərinə görə, Azərbaycan eyni zamanda İran, Rusiya, Fransa, ABŞ kimi aktorların Ermənistan daxilində formalaşdırdığı institut və ya hərəkatları da neytrallaşdırmağı sürətlə icra edir:

“Bu qabiliyyət Ermənistandakı seçkinin nəticələrindən sonra daha da böyüyə bilər. Ehtimalla Vladimir Putin bunu Rusiya-Azərbaycan əlaqələrindəki regional maraqların çərçivəsinə daxil etməyi hədəfləyir. Lakin Azərbaycan Ermənistan daxilində özünün üstünlüklərini dayanıqlı edən fərqli strateji muxtariyyət axtarır. Bu məqam Moskvanı Bakı ilə üz-üzə qoyur. Üstəlik, Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətninə əsasən, tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməmək barədə öhdəlik götürüblər.

Bu amil Avropa İttifaqı Monitorinq Missiyasının Azərbaycanla sərhəddən çıxarılmasını şərtləndirir. Başqa tərəfdən isə Rusiyanın 102-ci bazasının Ermənistandan çıxarılması bu maddənin təsiri altına düşə bilər. Güman ki, Azərbaycanla Rusiyanı yol ayrıcına gətirən məqamlardan biri də bununla bağlıdır.

Lakin bütün bunlar Bakı-Moskva xəttində əməkdaşlıq xətlərini inkar etmir. Bu xətlər indi ABŞ-Azərbaycan strateji tərəfdaşlığına və Prezident Donald Trampın vasitəçiliyi ilə Ermənistanla əldə edilmiş razılıqların konteksində qiymətləndirilə bilər. Bunların fonunda isə rəsmi Bakının Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanı ədalət mühakiməsi önünə çıxarılması şərtləri gücləndirilmiş ritorika kimi gündəmə gələ bilər. Ehtimalla Azərbaycan Rusiya ilə Ermənistanda əməkdaşlıq imkanlarını Köçəryan və Sərkisyanın həbsi kontekstində irəli sürəcək. Bakı bunun üçün Rusiyadan tələb edə bilər ki, Kreml Ermənistanda himayə etdiyi anti-Azərbaycan qüvvələr üzərindən kölgəsini çəksin. Bu, baş verəcəyi təqdirdə, Robert Koçaryanla Serj Sarkisyanın ədalət önünə çıxarılmasına münbit şərait yaranacaq. Ancaq hələlik Azərbaycan Ermənistandakı seçki rejimini diqqətlə izləyir və onun nəticələri regionda açıq qalan məsələlərə yanaşmaları təzələyəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: “Antifa” hərəkatını maliyyələşdirənlərə qarşı tədbir görəcəyik

09 Oktyabr 2025 01:29see180

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see169

İcazə verməyəcəm ki, Çexiya NATO nu tərk etsin Babiş

09 Oktyabr 2025 01:53see162

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see160

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see154

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see151

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see148

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see147

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see138

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see131

Hədəf “Qarabağ”dır: “Atletik” Ağdam klubu ilə oyunadək hücum xəttini bərpa etmək istəyir

09 Oktyabr 2025 01:19see130

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see130

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see129

Çeferin Ronaldonu futbol tarixinin üç ən böyük oyunçusundan biri sayır

09 Oktyabr 2025 00:28see129

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

09 Oktyabr 2025 19:42see126

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see124

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see123

Reşford meydana nə vaxt dönəcək?

08 Oktyabr 2025 23:26see123

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see122

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri