Icma.az
close
up
RU
İrəvanda 8 manata Azərbaycan dilini öyrənirlər: Sərkisyan detalı VİDEO

İrəvanda 8 manata Azərbaycan dilini öyrənirlər: Sərkisyan detalı VİDEO

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

İrəvanın ən məşhur kitab mağazalarından biri kimi tanınan “Bookunist”də Azərbaycan dili və Türkiyə türkçəsi lüğətləri satılır. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Oragir” görüntülər yayımlayıb.

Hazırda mağazada hələlik hər lüğətin bir nüsxəsinin olduğu bildirilir. Belə ki, Azərbaycan və türk dillərini öyrənmək üçün Rus dili – Azərbaycan dili, həmçinin Rus dili- Türkçə lüğətləri satışa çıxarılıb.

Kitabın mağazaya necə və hansı məqsədlə gətirildiyi açıqlanmayıb. Məlumata görə, lüğətlərin hər birinin qiyməti 1800 dram, yəni təxminən 7.90 – 8 manat civarındadır. Azərbaycan dili lüğətinin üzərində ölkənin xəritəsi xüsusi diqqət çəkib. Xəritədə Qarabağ Azərbaycanın tərkib hissəsi kimi təqdim olunur. Bu da hökumətin qondarma “artsax”la bağlı fikirləri yavaş-yavaş ermənilərin yaddaşından silməyə çalışdığına dair iddiaları gücləndirib. Nəşr lüğətlərin satışının hakimiyyət tərəfindən qəsdən, sülhlə bağlı fikirlərin xalqa aşılanması baxımından həyata keçirildiyini yazıb.

Maraqlıdır ki, Ermənistanın keçmiş Prezidenti Serj Sərkisyan 2018-ci ildə “məxməri inqilab” hələ hakimiyyətdə olduğu dövrdə lüğətlərin satıldığı “Bookinist” kitab mağazasına gəlib. Burada Beynəlxalq Kitab Bağışlama Günündə hədiyyələr alıb, mağazanı gəzib. Hətta zaman-zaman bu mağazadan alış-veriş edib.


Sərkisyan 2018-ci il, inqilabdan öncə “Bookinist”də

Lüğətlərin ölkədə məhz ilk bu mağazaya gətirilməsi erməni ictimaiyyətində xüsusi diqqət çəkib.

Ayşən Mustafa
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:337
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 03:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see290

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see285

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see248

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see234

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see232

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see231

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see230

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see229

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see221

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see219

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see215

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see212

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see204

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see195

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see195

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see191

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see191

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see186

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see185

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri