Icma.az
close
up
RU
Ermənistanda əksəriyyət Köçəryan Sərkisyan klanına nifrət edir

Ermənistanda əksəriyyət Köçəryan Sərkisyan klanına nifrət edir

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın komandaları arasındakı ziddiyyətlərdən danışıb. Spiker bu iki düşərgənin daxili siyasi proseslərə təsir edəcək gücdə olmadığını bildirib: “Qoy nə istəyirlər etsinlər: sevişsinlər, evlənsinlər, boğulmaq istəyirlərsə, dəniz yaxındır. Guya bir yerə yığılanda hansı qüvvəyə çevrilirlər? Nə vaxt sevindiyimi bilirsinizmi? Köçəryan mətbuat konfransı keçirəndə, Serj Sərkisyan açıqlama verəndə. Bax, onda sevinirəm, reytinqimizə nəsə olanda gəlib reytinqimizi qaldırırlar”.

Erməni politoloq Vladimir Martirosyan isə özünün FB səhifəsində Robert Köçəryan və Serj Sərkisyan kimi qatı cinayətkarları revanşçı və ruspərəst mövqelərinə görə tənqid atəşinə tutub. Politoloqun fikirləri "Hraparak"da tam mətni ilə dərc edilib. O yazıb ki, hər iki revanşçının şəxsi, ailəvi, milli maraqları yalnız "artsax" üzərində qurulub. Onlar Ermənistanı, erməni xalqının gələcəyini deyil, yalnız bir qrup şəxsin marağını önə çəkərək birinci prezident demiş, uydurmalar, nağıllar, yalanlar və hədislər danışmaqla Ermənistanın təhlükəsizliyinə qəsd edirlər. Politoloq onu da vurğulayıb ki, Ermənistan vətəndaşlarının 80 faizdən də çoxu "artsax" deyə pafoslu yalanlar danışan ambisiyalı köçəryanlara, sərkisyanlara inanmamaqla həm də onları nəinki siyasətçi, hətta adi vətəndaş belə hesab etmir. Əlavə edək ki, politoloq öz fikirlərini məhz birbaşa müraciət formasında açıqlayıb və əmindir ki, bu, öz bəhrəsini verəcək.


Politoloq Abutalıb Səmədov “Sherg.az”a açıqlamasında  Ermənistanda rəsmi şəxslərin, siyasi xadimlərin, o cümlədən də kütlənin böyük əksəriyyətinin  Köçəryan-Sərkisyan klanına qarşı nifrət və kin bəslədiyini deyib. Köçəryan hər dəfə yenidən hakimiyyəti ələ almaq üçün ölkəni qarışdırmağa cəhdlər edəndə erməni ekspertlər illərlə erməni xalqına qan udduran, xalqın qanını sovuran Köçəryan rejiminin yenidən hakimiyyət iddiasına düşməsini sərt tənqid etməklə yanaşı, vətəndaşları ayıq-sayıq olmağa, bu quldura hakimiyyəti qapdırmamağa çağırışlar ediblər: 


"Robert Köçəryan 10 il özü, 10 il də əlaltısı Serj Sərkisyan hakimiyyətdə olub, hansı əməlləri törətdiyi ermənilərə bəllidir. Həm Köçəryan, həm də Sərkisyan öz şəxsi  maraqlarını güdərək ermənilərə çox böyük müsibətlər yaşadıblar. Məhz onların fəaliyyəti və ambisiyaları Ermənistanı bugünkü duruma gətirib çıxarıb. Qarabağ ermənilərinin indiki faciəli vəziyyətlərinin də əsas günahkarları bu iki “prezidentlər”dir. Hələ 1997-ci ildə Levon Ter-Petrosyan  xəbərdarlıq edirdi ki, Azərbaycan güclənir və biz onların bugünkü təkliflərini qəbul etməsək, sabahsı günü həmin təkliflərə nail olmaq üçün belə yalvarmaq məcburiyyətində qalacağıq. Məhz bu kimi yanaşmalarına görə Köçəryan və onunkimilər Petrosyanı hakimiyyətdən uzaqlaşdırdılar.  Diqqət etsəniz, Köçəryanın və Serj Sərkisyanın hakimiyyətdə olduqları dövr Ermənistanda korrupsiyanın çiçəkləndiyi bir dövr olub. Gec də olsa, 30 ildən sonra erməni cəmiyyəti anlayır ki, bu adamlar öz şəxsi maraqlarını güdür. Bu səbəbdən də İkinci Qarabağ müharibəsi nəticəsində acınacaqlı məğlubiyyətlərinə baxmayaraq, hazırkı Baş nazir Nikol Paşinyanın siyasi komandasına xalq dəstək verir.  Paşinyanın Partiyasının siyasi xəttini erməni cəmiyyətində dəstəkləyən qüvvələr mövcuddur. Ermənilərin Köçəryanla Sərkisyanın rəhbərlik etdiyi partiyalara dəstək verməməsi hər iki cinayətkarın fəaliyyətinə ermənilərin verdiyi ən obyektiv qiymətdir. Erməni cəmiyyəti onların klanının korrupsiya əməllərini, cinayətlərini unutmayıb. Artıq erməni vətəndaşları başa düşür ki, “artsax” nağılları, revanşist çağırışlar Ermənistana yaxşı heç nə vəd etmir. Erməni cəmiyyəti artıq sakit və sülh içərisində yaşamaq istəyirlər. Avantürist davranışların Ermənistanı böyük fəlakətlərə sürüklədiyini görə bilirlər. Ermənilər bilirlər ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu qarşısında diz çökən ordularını elə ovaxtı Köçəryan-Sərkisyan rejimi qurub. Bunu bildikləri üçün də Köçəryanla Sərkisyanın  açıqlamalarının pafosdan ibarət olduğunu başa düşürlər”. 


Ermənistanda revanşizm xəstəliyinə düçar olan insanların hələ də qaldığını xatırladan politoloq qeyd edib ki, onlar erməni cəmiyyətinin çox az bir hissəsini əhatə edir: 

“Qarabağ Respublikası” nağıllarına, “Böyük Ermənistan” nağıllarına inanan və bu cür avantüristlərin arxasınca gedən bu insanlar da zamanı gələndə digərləri kimi reallıqları dərk edəcəklər. Onlara bu reallığı aşılayan isə Azərbaycan dövləti, Azərbaycan ordusudur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Mart 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri