Icma.az
close
up
RU
Bakı Musiqi Akademiyasında “Müasir musiqi sənətinin problemləri” mövzusunda beynəlxalq elmi praktik konfrans keçirilib

Bakı Musiqi Akademiyasında “Müasir musiqi sənətinin problemləri” mövzusunda beynəlxalq elmi praktik konfrans keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 17 may, AZƏRTAC

Mayın 14-16-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Müasir musiqi sənətinin problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil olunub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, konfrans musiqi incəsənəti, kulturologiya, pedaqogika sahələri üzrə keçirilib. Yüksək səviyyədə təşkil edilən bu konfrans BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva və Tarix-nəzəriyyə fakültəsinin dekanı, Əməkdar müəllim, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudovanın təşəbbüsü ilə keçirilib. Konfransa Naxçıvan, Gəncə və xarici ölkələr - Almaniya, Rusiya, Türkiyə, İran, Qazaxıstan, Tacikistan və Özbəkistandan olan tələbə və mütəxəssislər də qatılıblar. Konfransın proqramına ümumilikdə 74 məruzə daxil edilib.

Konfransda “Azərbaycan musiqi mədəniyyəti tarixində Ümummilli Lider Heydər Əliyevin rolu və əhəmiyyəti”, “2025 - Konstitusiya və Suverenlik ili”, “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 140 illik yubileyi”, “Etnomusiqişünaslıq müasir mərhələdə”, “Tarixi və nəzəri musiqişünaslığın aktual problemləri”, “Müasir musiqi təhsili: problemlər və perspektivlər”, “Müasir instrumental ifaçılığın problemləri” və “Musiqidə informasiya texnologiyaları” kimi müxtəlif tematik istiqamətlər yer alıb.

Tədbir Dövlət Himni ilə açıq elan olunub və iştirakçılara Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında maraqlı videoçarx təqdim edilib.

İlk olaraq, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatları laureatı, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli konfransın iştirakçılarını təbrik edərək, görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı mühüm rolundan danışıb.

Beynəlxalq konfransın moderatorları Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova və sənətşünaslıq doktoru, dosent Leyla Zöhrabova idi. Tədbirdə BMA-nın “SABAH” qrupunda təhsil alan tələbələr, həmçinin ADA Universiteti, Azərbaycan Milli Konservatoriyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Almaniyanın Hannover Musiqi Kolleci, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyası, Qazax Kurmanqazı adına Milli Konservatoriyası, Kazan Dövlət Konservatoriyası, Özbəkistan Dövlət Konservatoriyası, M.Tursunzadə adına Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun tələbə və nümayəndələri maraqlı, aktual mövzular ilə çıxış ediblər.

Sonda bütün iştirakçılar sertifikat ilə təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri