Bakı Naxçıvan Bakı avtobus reysi yenidən dayandırıldı Sərnişinlər narazıdırlar
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran ərazisindən keçməklə gerçəkləşdirilən Bakı-Naxçıvan-Bakı avtobus marşrutu üzrə hərəkətdə gecikmələr baş verib.
Sərnişinlərin Oxu.Az-a bildirdiyinə görə, iyulun 19-da saat 19:00-da yola düşən avtobus iyulun 21-də gecə saat 03:00-da Naxçıvana çatıb.
Onların sözlərinə görə, Biləsuvar gömrük-keçid məntəqəsində 80-dən çox sərnişin uzun müddət gözləməli olub. Eyni zamanda, sərnişinlər Bakıya dönüş üçün aldıqları biletlərin ləğv edildiyini, avtovağzalda və onlayn sistemdə bilet satışının dayandırıldığını iddia edirlər.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişindaşımalar 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılıb, 19 iyuldan isə bərpa olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 21 İyul 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















