Bakı Naxçıvan reysinə sərnişinlərin aldığı biletlər təkrar satılıb? Video
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“14 iyun 2026-ci il tarixində aşkar olunub ki, Bakı-Naxçıvan reysinə sərnişinlərin aldığı biletlər təkrar satılıb”.
Yeniavaz.com xəbər verir ki, bunu jurnalist Şəlalə Həsənova özünün sosial media hesabında yazıb.
O, həmçinin biletlərinin satıldığını iddia edən sərnişinlərin hava limanında lentə aldığı kadrları da yayıb.
Kadrları lentə alan Səbinə adlı qadın onların 3-4 gün əvvəl aldıqları 10:30-a olan biletlərinin satıldığını iddia edib.
Başqa bir şəxs isə bildirib ki, təxirə salınan reysin onlara gecə saat 11-də yola salınacağını bildiriblər.
Kadrlarda hava limanının əməkdaşları görünsə də, onlar iddialara münasibət bildirməyiblər. Daha sonra isə başqa bir şəxs sözügedən qadının çəkiliş aparmasına mane olmağa çalışıb.
Xatırladaq ki, son vaxtlar bir sıra Bakı-Naxçıvan-Bakı aviareysləri hava şəraitinə görə təxirə salınıb. Vətəndaşlar isə bu barədə onlara vaxtlı-vaxtında məlumat verilmədiyini bildirərək “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) narazılıqlarını dilə gətiriblər.
Bu mövzuda digər xəbərlər:Bakı Ağdam Bakı dəmir yolu qatarının ilk reysinə biletlər üç günə tam satılıb
30 Avqust 2025 11:59
Naxçıvan Bakı və Bakı Naxçıvan istiqamətində reyslər bərpa olunub
16 Fevral 2025 15:10
Naxçıvan Bakı Naxçıvan istiqamətində reyslərin sayı artırılıb
25 Avqust 2025 11:09
Naxçıvan Bakı avtobusunda pozuntu
10 Sentyabr 2025 05:48
Baxış sayı:185
Bu xəbər 14 İyul 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















