Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? (ŞƏRH)
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" Fərman imzalayıb. Fərmana əsasən, "Bakı Metropoliteni" "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin ona qoşulması formasında yenidən təşkil ediləcək.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, müasir şəhərlərdə nəqliyyat artıq ayr-ayrı seqmentlər üzrə deyil, vahid sistem kimi idarə olunur:
"Bakı da bu istiqamətdə artıq institusional transformasiya mərhələsinə daxil olur. Bu qərarın əsas məqsədi şəhər nəqliyyatında idarəetmənin optimallaşdırılması, resursların daha səmərəli istifadəsi, müxtəlif nəqliyyat növləri arasında funksional inteqrasiyanın təmin edilməsidir".

Eldəniz Cəfərov hesab edir ki, yenidən təşkilatlanmanın əsas gözləntisi sərnişin məmnuniyyətinin yaxşılaşdırılmasıdır:
"Daha keyfiyyətli xidmət və daha təhlükəsiz xidməti həyata keçirtməkdir. Birincisi, intermeqal inteqrasiya güclənəcək. Metro, avtobus və gələcək reysli sistemlər arasında keçidlər daha rahat və məntiqli şəkildə təşkil olunacaq. İkincisi, operativlik artacaq. Hərəkət intervalları, sərnişin axını və pik saat yükü daha effektli idarə olunacaq. Üçüncüsü, xidmət keyfiyyəti yüksələcək".
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 07 May 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















