Icma.az
close
up
RU
Bakı Budapeşt geosiyasi xətti Azərbaycana nə vəd edir? ŞƏRH

Bakı Budapeşt geosiyasi xətti Azərbaycana nə vəd edir? ŞƏRH

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında strateji tərəfdaşlığın dərin köklərə, ortaq dəyərlərə və geniş əməkdaşlıq imkanlarına əsaslandığını bir daha nümayiş etdirir. Səfər çərçivəsində səsləndirilən fikirlər əlaqələrin həm tarixi və mədəni bağlar çərçivəsində, həm də müasir beynəlxalq münasibətlər sistemində birgə maraqlara əsaslanaraq inkişaf etdiyini təsdiqləyir.

Hər iki dövlət açıq dənizlərə birbaşa çıxışı olmayan, oxşar əhali sayına və ərazi ölçüsünə malikdir, həmçinin müharibə aparan ölkələrlə həmsərhəddir. Bu ümumi xüsusiyyətlər Azərbaycan və Macarıstanı bənzər geosiyasi və təhlükəsizlik çağırışları kontekstində yaxınlaşdırır, həm də həmrəylik və əməkdaşlığın möhkəmlənməsini stimullaşdırır. Dövlətimizin başçısının bəyanatında vurğuladığı kimi, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır”.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mahir Süleymanlı deyib.

Deputat əlavə edib ki, postmüharibə dövründə də Azərbaycanın nümayiş etdirdiyi sülh təşəbbüsləri beynəlxalq müstəvidə, o cümlədən Macarıstan tərəfindən müsbət qarşılanıb: “Məlumdur ki, sülh müqaviləsinin ilkin mətninin müəllifi Azərbaycan olub və bu sənəd Ermənistan tərəfindən qəbul edilib. Ölkəmizin irəli sürdüyü iki əsas şərt sülh müqaviləsinin imzalanması üçün zəruri hesab olunur. Birinci şərt Ermənistan konstitusiyasında bu günə qədər qalmaqda olan və Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən müddəanın ləğv edilməsidir. Bu, sülhə aparan yolun hüquqi əsaslarını möhkəmləndirmək baxımından vacibdir. İkinci şərt isə Qarabağ münaqişəsini danışıqlar yolu həll etmək üçün vaxtilə yaradılmış, lakin faktiki olaraq fəaliyyətsiz qalmış ATƏT-in Minsk qrupunun de-yure ləğv olunmasıdır. Bu şərtlər ədalətli, hüquqa əsaslanan və regional sabitliyə xidmət edən yanaşmanı əks etdirir. Son illərin geosiyasi prosesləri göstərir ki, bu reallıqlar fonunda qarşı tərəf həmin tələblərlə razılaşmağa məcbur qalacaq. Çünki təqdim edilən şərtlər qeyri-real və ya birtərəfli deyil, davamlı və ədalətli sülh üçün rasional əsaslardır”.

Deputat bildirib ki, Azərbaycan ilə Macarıstanı ortaq mədəni-siyasi dəyərlər birləşdirir: “Macar xalqının öz qədim tarixini qoruyub saxlaması onun türk dünyasına münasibətində də əksini tapır. Bu baxımdan Macarıstanın təşəbbüsü ilə Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi rəmzi mənaya və strateji əhəmiyyətə malik addımdır. Macarıstanın TDT ilə fəal əməkdaşlığı onun türk dünyasına bağlılığının göstəricisidir. Ötən il Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşünün davamı olaraq Macarıstanın bu il ikinci belə toplantıya ev sahibliyi etməsi təşkilat daxilindəki birlik və həmrəyliyi təcəssüm etdirir. Bu təşəbbüslər türk dövlətlərinin gələcəkdə daha sıx inteqrasiyasına şərait yaradır və Macarıstanın bu proseslərdə fəal iştirakını şərtləndirir.

Macarıstanın milli maraqlara əsaslanan qərarları və prinsipial mövqeyi onun suveren iradəsinin bariz ifadəsidir. Rəsmi Budapeştin öz mövqeyini açıq şəkildə ortaya qoyması onun dövlətçilik ənənələrinə və xalqın iradəsinə sadiqliyindən irəli gəlir. Məhz bu xüsusiyyətlərinə görə Prezident İlham Əliyevin Macarıstanı müstəqil siyasət yürüdən nadir dövlətlərdən biri kimi dəyərləndirməsi xüsusi əhəmiyyət daşıyır və strateji əməkdaşlıq baxımından yüksək dəyərləndirilir.

Macarıstanla qurulmuş qarşılıqlı etimada əsaslanan əlaqələr, siyasi dialoqun intensivliyi və iqtisadi-ticari əməkdaşlığın dinamikası iki ölkə arasında strateji tərəfdaşlığın önəmini göstərir. Dövlətimizin başçısının Macarıstana səfəri bu tərəfdaşlığın gələcək illərdə daha da möhkəmlənəcəyinə və yeni inkişaf mərhələsinə qədəm qoyacağına dəlalət edir”.

Mürtəza
Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 May 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri