Icma.az
close
up
RU
Bakı Pekin xəttində Zəngəzur detalı: Dəhlizdə mübarizə kəskinləşir

Bakı Pekin xəttində Zəngəzur detalı: Dəhlizdə mübarizə kəskinləşir

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Prezident İlham Əliyevin Çinə dövlət səfəri – Bakı-Pekin xəttində strateji tərəfdaşlığın daha üst pilləyə, hərtərəfli strateji tərəfdaşlığa yüksəlməsinə Avrasiyada nəqliyyat dəhlizləri uğrunda mübarizə fonunda baxmaq xüsusilə maraqlıdır. Əslində Azərbaycan-Çin əlaqələrinin mövcud vəziyyəti və perspektivində ana xətti də məhz dəhlizlər üzərində qurulan siyasət təşkil edir: “Bir kəmər, bir yol” layihəsi (BRİ) və layihənin əsas quru marşrutu olaraq qəbul edilən Orta dəhliz.

Çinin Avrasiyada yeni siyasi-iqtisadi münasibətlər sisteminin karkası olaraq gördüyü BRİ-nin quru dəhlizlərinin reallaşması Azərbaycansız çətin görünür.

- BRİ-nin Şimal (Rusiya) və Cənub (İran) dəhlizlərində Qərblə riskli münasibətlər daşımaların perspektivinə təhlükə yaradır;

- “Şimal-Cənub” nəqliyyat dəhlizi BRİ-nin Şimal və Cənub dəhlizlərini Azərbaycan üzərində Orta dəhlizlə birləşdirmək imkanı yaradır;

- Şərq-Qərb nəqliyyat dəhlizi Azərbaycan üzərində Avropa və Asiyanı birləşdirir;

- Orta dəhlizdə ticarət əlaqələrinin inkişafı üçün lazım olan sabitlik və əməkdaşlıq arxitekturasının qurulması Bakının birləşdirici rolu olmadan mümkün deyil;

- BRİ-nin Cənubi Qafqaz habında nəqliyyat şəbəkəsinin əsas arteriyaları Azərbaycana məxsusdur.

Pekin Bakının Avrasiyanın Çin vektorlu gələcəyindəki rolunu anlayır. Azərbaycan üçün əsas qırılma nöqtəsi Orta dəhlizin Cənubi Qafqaz habına kənar müdaxilə cəhdləri və alternativ ssenarilərin mövcudluğudur.

- Azərbaycan Orta dəhlizin regional habını Ermənistansız qurmaq niyyətindədir. Gürcüstanın tranzit rolu saxlanılır, hətta daha da artırıla bilər. Hərçənd, beynəlxalq daşımalarda risklərin azaldılması alternativlərin olması zərurətini də qaçılmaz edir; Bakı alternativ marşrut kimi Zəngəzur dəhlizini görür;

- Dəhliz vermək istəməyən Ermənistanın alternativ tranzitə çevrilmək planı Azərbaycan qarşısında gücsüz görünsə də, kənar müdaxilələr və dəstək, xüsusilə Mərkəzi Asiyada güclənməyə çalışan Avropa İttifaqının yanaşması - Azərbaycan-Ermənistan-Türkiyə sərhədinin açılması istəkləri Bakının planına risklər vəd edir.

Çin anlayır ki, Azərbaycanın mövqeyi nəzərə alınmalıdır, hərçənd, Orta dəhlizin Cənubi Qafqaz habında davam edən bu mübarizənin nəticəsi – Zəngəzur dəhlizi, yoxsa Ermənistan tranziti – yekunda Pekinin mövqeyini müəyyənləşdirəcək. Əliyevin Pekin səfərini bu kontekstdə dəyərləndirmək olar:

- Cənubi Qafqaz habının perspektivlərinə yanaşmada Çinlə “saatları yoxlamaq”;

- Çinlə hərtərəfli əməkdaşlığı genişləndirməklə alternativ planların perspektivlərini zəiflətmək;

- Aİ-nin “Ermənistan planı”na qarşı Çinin dəstəyi ilə mövqeləri gücləndirmək;

Səfərin nəticəsi Çinin dəstəyinin əldə ediləsi kimi qiymətləndirilə bilər.

Birincisi, “hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da konkret qeydlər yer alır: Çin-Avropa-Çin transxəzər ekspress-marşrutlarının yaradılması, “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası ilə uyğunlaşdırılmasının möhkəmləndirilməsi;

İkincisi, Naxçıvan şəhəri ilə Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərinin qardaşlaşması haqda niyyət məktubu imzalandı. Bu, Pekin üçün “Vahid Çin” ideyasına dəstək baxımından lazımdırsa, Bakı bununla Naxçıvana – Zəngəzur dəhlizinin çıxacağı bölgəyə diqqət çəkir, Çini Naxçıvana quru əlaqəsinin açılmasında maraqlı tərəfə çevirməyə çalışır.

Belə görünür ki, qarşıdakı dövrdə Zəngəzur dəhlizi layihəsi ətrafında siyasi ehtiraslar yenidən kəskinləşəcək. Əsas hədəf Orta dəhlizin Cənubi Qafqaz habındakı mübarizənin nəticəsini müəyyən etməkdir və regiona kənar müdaxilə cəhdləri intensivləşsə də, Bakı hələ də güclü tərəf olaraq qalır.

Asif Nərimanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:598
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Aprel 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri