Icma.az
close
up
RU
Qabil Hüseynli: ”Zəngəzur məsələsi həll olunub və gələn ildən dəhlizdə işlər yekunlaşacaq” KONKRET

Qabil Hüseynli: ”Zəngəzur məsələsi həll olunub və gələn ildən dəhlizdə işlər yekunlaşacaq” KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Cənubi Qafqazda baş verən geosiyasi dəyişiklilər siyasi reallıqları dəyişib. Ermənistan ətrafında cərəyan edən bu reallıqlar erməni cəmiyyəti üçün nə qədər ağrılı olsa da, onlar bununla barışmalı və Azərbaycanın təkliflərini qəbul etməlidirlər. Azərbaycanın Ermənisan qarşısında qoyduğu tələblər çoxdur və onlar da geniş müzakirə olunur. Ümumiyyətlə son günlər Ermənistanın siyasi elitasında aparılan müzakirələr erməni cəmiyyətinin miskin durumundan xəbər verir.

Bəs onlar nədən narahatdırlar? Bununla bağlı  KONKRET.azn suallarını cavablandıran politoloq Qabil Hüseynli bir sıra məsələlərə toxundu.

 -Qabil müəllim, Ermənistanda gedən müzakirələrdən yəqin xəbərdarsınız. Nə baş verir?

– Bəli, izləyirəm. Erməni cəmiyyəti əməlli-başlı əziyyət çəkir. Açıq demək lazımdır ki, Ermənistan açıq-aşkar Azərbaycandan qorxur. Onlar Azərbaycan ordusunun resurslarını, potensialını və İlham Əliyevin  qətiyyətini bilirlər. Xarici dövlətlər Ermənistana nə qədər kömək eləsə də, onlara ən azı 10 il lazımdır ki, dağılan ordularını qurub başa çatdırsınlar.

– Azərbaycan Prezidenti İlham Əliyev son müsahibəsində Qərbi Azərbaycana qaydacaq 300 min əhalidən danışdı. Ermənistanda Azərbaycan liderinin bu sözləri möhkəm narahatlıq yaradıb?

-Ermənilər haqlı olaraq narahatlıq keçirir. Azərbaycanın Qarabağ bölgəsindən 70 min erməni gedib. Amma 1980-ci illərin sonunda Ermənistandan təxminən 300 minə qədər Azərbaycanlı deportasiya edilib. İndi onların geri qaytarılması beynəlxalq konvensiyalara görə labüddür. Gec-tez bu adamlar öz yaşadıqları ərazilərə qayıtmalıdırlar. Azərbaycanlıların qayıtmaq istədikləri ərazilərin çoxu hazırda boşdur. Oralarda bir dənə də olsun erməni yaşamır. Göyçə, Dərələyəz, Zəngəzurun əksər kəndləri boşdur və öz sahiblərini gözləyir. Həmin ərazilərdən çıxarılan əhalinin əksəriyyəti öz torpaqlarına qayıtmaq istəyir. Bunlar kənd camaatıdır, əkin-biçinə öyrəşən adamlardır və ona görə geri qayıtmaq istəyirlər. Ermənilər bizim inadımızı və istəyimizi yaxşı bildiyindən qorxmağa başlayıblar. Doğurdan da onların bununla bağlı həyəcan keçirməyə haqları var. Yaxın vaxtlarda 300 min azərbaycanlı öz tarixi torpaqlarına qayıdacaq.

-Ötən il də Ermənistan sülh müqaviləsindən yayındı.  Gələn ildən gözləntiləriniz nədir?

-Hesab edirəm ki, gələn il baş tutacaq. Sərhədlərin təxminən 10 km-i delimitasiya edilib. Qazaxın 3 kəndi geri qaytarılıb. Bir sıra yerlərdə görüşlər baş tutub. Elə güman edirəm ki, bu proses gələn il yekunlaşmalıdır. -Axı Ermənistan öz Konstitusiyasında dəyişiklik etməsə sülh müqaviləsi baş tuta bilməz. Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası öz əksini tapıb. Bunlar aradan götürülməlidir.-Bu, mürəkkəb məsələdir. Düzdür, belə fundamental məsələlər referendum yolu ilə həll olunur. Ona görə bir qədər də gözləməli olacağıq. Amma nəzərə almalıyıq ki, qarşımızdakı düşməndir və ona etibar etmək olmaz. Ya müharibə etməliyik, ya da məsələni dinc yolla həll etmək üçün mümkün olan şanslara əl atmalıyıq.

– Ötən həftə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirdi ki, Zəngəzur dəhlizi məsələsi Ermənistanın gündəmində deyil və bu mövzu birdəfəlik qapanıb. Doğurdanmı Qriqoryan hesab edir ki, Zəngəzur dəhlizi açılamayacaq?

Zəngəzur məsələsi artıq həll olunub. Bu işin başında Rusiya ilə ABŞ durur. Qriqoryanın bəyanatı daxili auditoryaya hesablanıb. Ermənistanda başa düşürlər ki, Zəngəzurdan keçən dəmir yol xətti Azərbaycan üçün deyil, bu xətt beynəlxalq aləmi birləşdirir. Dünyanın logistika arteryasında mühüm rol oynayacaq. Ona görə ABŞ bu işdə maraqlıdır. Hər halda  ermənilərin razılığı tələb olunmadan  məsələ öz həllini tapıb. Bildiyimə görə Paşinyan artıq buna razılıq da verib və gələn ildən Zəngəzur dəhlizində işlər yekunlaşacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Dekabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri