Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Qarındakı piyləri əritməyin sirri açıldı

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

U 17 millisi Gəncədə

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

Bakı platforması Azərbaycanın dialoq məkanı obrazı

Bakı platforması Azərbaycanın dialoq məkanı obrazı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bu missiya birbaşa vasitəçilik olmasa da, dünyada yüksək qiymətləndirilir

Sentyabrın 22-də keçirilmiş “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusundakı IV Bakı Təhlükəsizlik Forumu əsası illər əvvəl qoyulmuş ənənənin davamıdır. Elə bir ənənə ki, ümumən, Azərbaycanın dialoq məkanı ampluasını vurğulayır.

Bəli, IV Bakı Təhlükəsizlik Forumu Azərbaycanın son illərdə formalaşdırdığı daha geniş dialoq və çoxtərəfli əməkdaşlıq məkanı konsepsiyasının təhlükəsizlik sektorundakı davamıdır. Prezident İlham Əliyevin mötəbər toplantı iştirakçılarına müraciətində bildirildiyi kimi, forumun coğrafiyasının ildən-ilə genişlənməsi və müzakirəyə çıxarılan məsələlərin aktuallığının artması Bakı platformasının artan beynəlxalq əhəmiyyətinin göstəricisidir. Nəzərə alaq ki, dövlətimizin başçısının qiymətləndirməsinin arxasında real faktlar dayanır. O faktlar ki, ölkəmizin qarşı duran qüvvələr arasında fikir mübadiləsi məkanı obrazını canlandırır və mövcud məqama qayıdacağıq.

Bakı Təhlükəsizlik Forumu qlobal təhdidlərə qarşı müştərək fəaliyyət, qarşılıqlı anlaşma və konstruktiv dialoq prinsipləri əsasında yaradılıb və müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarını bir araya gətirir. Yəni paytaxtımız, bütövlükdə isə ölkəmiz yalnız təhlükəsizlik məsələlərinin müzakirə edildiyi yer deyil, müxtəlif təhlükəsizlik qurumlarının əməkdaşlıq mexanizmləri formalaşdırmağa çalışdığı məkandır. IV forumun mövzusunun qlobal təhlükəsizlik arxitekturasındakı yeni çağırışlara, terrorçuluğa qarşı əməkdaşlığa, həmçinin, informasiya və digər müasir təhdidlərə həsr olunması da fikrimizin sübutudur.

“Bu gün dünya sürətli və mürəkkəb dəyişikliklər dövrünü yaşayır. Beynəlxalq münasibətlər sistemində baş verən proseslər, geosiyasi rəqabətin kəskinləşməsi, müxtəlif regionlarda davam edən münaqişələr və qarşıdurmalar qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir. Etimad böhranının kəskinləşməsi və qarşılıqlı anlaşmanın çətinləşməsi milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini və beynəlxalq sabitliyin qorunmasını bütün ölkələrin qarşısında duran fundamental və təxirəsalınmaz prioritetə çevirir”.

Bu fikirlər də Prezident İlham Əliyevin sözügedən forum iştirakçılarına müraciətindəndir. Dövlətimizin başçısı müraciətində, eyni zamanda, təhlükəsizlik məsələsini dünyanın ortaq məsuliyyəti prizmasından qiymətləndirir. Nəzərə alaq ki, bu qiymətləndirmə özlüyündə həm də ali çağırışdır. Çünki müasir dünyamızda təhlükəsizlik məsələsi artıq sərhədləri aşıb. Başqa sözlə desək, bu gün asayişin və firavanlığın təmin olunduğu heç bir dövlətin qlobal təlatüm qığılcımının hansısa formada ona sıçramayacağına təminatı yoxdur.

Deməli, necə deyərlər, hər kəs əlini daşın altına qoymalıdır. Azərbaycan bu mənada öncül mövqe tutur. Prezident İlham Əliyev həm bunu vurğulayır, həm də arxayın düşməyin yolverilməzliyinin mesajını verir: “Hər hansı bir regionda meydana gələn böhran və ya gərginlik ocağı qısa müddət ərzində digər regionlara təsir göstərə, siyasi və iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə xələl gətirə, nəqliyyat və kommunikasiya əlaqələrində ciddi fəsadlara yol aça bilir. Terrorçuluq və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq və digər transsərhəd təhdidlər də məhz bu qarşılıqlı bağlılıqdan istifadə edərək daha mürəkkəb xarakter alır”.

Bəli, Azərbaycan dünyanın mütərəqqi qüvvələrini əllərini daşın altına qoymağa çağırır. Ölkəmiz, öz növbəsində, bunu edib və etməkdədir. Axı bildirdik ki, Azərbaycan qarşı duran qüvvələr arasında fikir mübadiləsi məkanı obrazındadır. Bu obraz baxımından faktlar yetərincədir. Məsələn, Bakı Rusiya–Ukrayna müharibəsi fonunda hər iki tərəflə işləyən paytaxtlardan biri olub və bu, inam və etimaddan qaynaqlanır.

Məlumdur ki, müharibə yeni başlayanda, konkret olaraq 2022-ci ilin martında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvanı və Kiyevi birbaşa dialoqa çağıraraq, eskalasiyanın qarşısının alınması üçün danışıqların davam etdirilməsinin vacibliyini vurğulamışdı. Digər tərəfdən, ölkəmiz Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurmanın Cənubi Qafqazdakı dialoq məkanı kimi çıxış edib. Hələ 2017-ci ildə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov Bakıda görüşmüşdülər. Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin ozamankı məlumatında bu təmas iki generalın ilk üzbəüz görüşü kimi dəyər qazanmışdı. Generallar Vaşinqton-Moskva hərbi münasibətləri, Avropa, Yaxın Şərq, eləcə də digər regionlardakı beynəlxalq təhlükəsizlik vəziyyəti ətrafında müzakirə aparmışdılar. Mövcud xüsusdakı vacib məqam görüşün hərbi kommunikasiyanı gücləndirmək və böhranların, təsadüfi insidentlərin qarşısını almaq məqsədi daşımasıdır. Bu cəhət Bakının özünü Qərb və Rusiya arasında seçim edən tərəf yox, müxtəlif güc mərkəzləri ilə danışa bilən aktor kimi göstərməsinin mühüm faktıdır. Belə faktlar isə 2017-ci ildən sonra da qeydə alınmışdı.

Məsələn, 2018-ci il dekabrın 12-də həmin Valeri Gerasimov NATO-nun Avropadakı Ali Müttəfiq Qüvvələrinin komandanı, general Körtis Skaparotti ilə də Bakıda görüş keçirmişdi. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu görüşü Azərbaycan dövlətinə hörmət və etimadın göstəricisi kimi qiymətləndirmişdi. Gerasimov Bakının fikir mübadiləsi üçün çox əlverişli məkan olduğunu bildirmişdi. NATO-nun məlumatında isə 2018-ci il görüşlərinin məqsədinin hərbi kommunikasiya kanallarının qorunması və dialoqun davam etdirilməsi olduğu vurğulanmışdı.

Qeyd edək ki, 2019-cu ilin noyabrında paytaxtımızda V.Gerasimovla NATO Hərbi Komitəsinin sədri, aviasiya marşalı Stüart Piçin də təması olmuşdu ki, dövlətimizin başçısı həmin təması şərh edərkən, Rusiya və NATO-nun yüksək hərbi komandanlığının Bakıda görüşlərinin artıq yaxşı ənənəyə çevrildiyini diqqətə çatdırmışdı. NATO tərəfi görüşdə tərəflərin hərbi kommunikasiya xətlərinin istifadəsini davam etdirmək barədə razılaşdıqlarını təsdiqləmişdi. Deməli, Azərbaycanın yaratdığı etibarlı diplomatik mühit və balanslı xarici siyasət kursu ölkəmizin Vaşinqton-Moskva yüksək səviyyəli hərbi dialoqu üçün dəfələrlə məkan seçilməsinə imkan verib.

Sonda isə onu bildirək ki, ümumən, Bakıda keçirilən bir çox beynəlxalq miqyaslı nüfuzlu tədbirlər ölkəmizin dialoq platforması ampluasını zənginləşdirir. Bu baxımdan, artıq ənənəyə çevrilmiş Bakı forumlarında iştirakçı coğrafiyasının genişlənməsinin üzərində dayanmaq mümkündür. Ayrıca onu da bildirək ki, 2026-cı ildə keçirilmiş XIII Qlobal Bakı Forumunun iştirakçı siyahısında ABŞ, Rusiya, Çin, İran, İsrail, Türkiyə, Ukrayna və Avropa ölkələri də daxil olmaqla, çoxsaylı və bir sıra məsələlərdə bir-birinə zidd mövqeləri olan dövlətlər təmsil olunub. O forum ki, təkcə mövzusu bütün məqamlara aydınlıq gətirir: “Keçid dövründə parçalanmış dünyada körpülər qurmaq”.

Nəzərə alaq ki, həm bu mövzu, həm də IV Bakı Təhlükəsizlik Forumunun “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusu “Bakı dialoq platformasıdır” tezisini institusional baxımdan daha parlaq şəkildə ifadə edir, ölkəmizin bir-birinə rəqib və ya zidd mövqelərdə dayanan aktorlarla paralel diplomatik kanalları qorumaq qabiliyyətini göstərir.

Əvəz CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see273

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see271

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see262

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see250

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see230

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see227

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see225

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see223

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see222

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see222

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see217

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see216

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see213

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see213

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see208

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see202

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see202

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see179

Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

22 Sentyabr 2026 18:52see177

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri