Azərbaycanın beynəlxalq dialoq məkanı kimi əhəmiyyətini gücləndirən siyasi hadisə
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
"İsrail Prezidenti İsxak Hersoqun AQEM Zirvə toplantısında iştirakı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi əhəmiyyətini gücləndirən siyasi hadisədir. Məncə, bu səfər Bakı ilə İsrail arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin davamlılığını göstərir".
Newscenter.az xəbər verir ki, bunları "Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov deyib. O bildirib ki, Azərbaycan üçün əsas imkan müdafiə, enerji, su təsərrüfatı, kənd təsərrüfatı və yüksək texnologiyalar üzrə əməkdaşlığı konkret nəticələrə çevirməkdir:
"İsrail üçün isə Azərbaycan etibarlı enerji tərəfdaşı və Asiya ilə əlaqələrin inkişafında mühüm tərəfdaşdır".
O hesab edir ki, belə münasibətlərin dəyəri insanların təhlükəsizliyinə, rifahına və regionda sülhə verdiyi töhfə ilə ölçülməlidir:
"Azərbaycanın marağı müstəqil xarici siyasətini qoruyaraq bu əməkdaşlıqdan xalqı üçün real fayda əldə etməkdir".
Süleyman
Bu mövzuda digər xəbərlər:Dublin Bəyannaməsi Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini nümayiş etdirir ŞƏRH
17 Noyabr 2026 11:48
Avropa İttifaqı Azərbaycanın geosiyasi əhəmiyyətini anlayır ŞƏRH
29 Aprel 2025 17:38
Bütün meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır
16 İyul 2026 16:27
COP29 Azərbaycanın əhəmiyyətini regionda, dünyada bir daha vurğulayır
18 Noyabr 2024 11:11
Paşinyan: “İranla əməkdaşlıq Azərbaycanın da tranzit əhəmiyyətini artıracaq“
18 Sentyabr 2025 22:11
Baxış sayı:132
Bu xəbər 15 Oktyabr 2026 07:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















