Icma.az
close
up
RU
Bakı Praqa aviareysinin ekipaj üzvü insidentdən danışdı VİDEO

Bakı Praqa aviareysinin ekipaj üzvü insidentdən danışdı VİDEO

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

“Praqa Beynəlxalq Hava Limanında insident yaradan sərnişini təyyarədən çölə çıxaranda o, agentə yumruq-təpiklə hücum etməyə başladı”.

Modern.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarə bələdçisi Adil Babazadə bu barədə “Lifeatazal”a  danışıb.

O, yanvarın 5-də Bakı-Praqa-Bakı aviareysi ilə hərəkət etmiş təyyarənin ekipaj üzvlərindən biri olub: “Biz Bakı-Praqa reysini çox rahat şəkildə yerinə yetirdik. Bütün sərnişinlər təyyarəni tərk etdikdən sonra həmişəki kimi onlara aid heç bir əşyanın qalmadığına əmin olmaq üçün salonu yoxladıq. Belə yoxlamadan sonra əgər hər hansı bir əşya tapılarsa, onu “Lost and Found” personalına təqdim edirik. Biz həmin gün oturacaqda telefon tapdıq, onu aiddiyəti üzrə verdik”.

A.Babazadə qeyd edib ki, hadisə baş verən zaman o, təyyarə salonunun orta hissəsində, böyük təyyarə bələdçisi isə salonun ön qapısında olub: “Bu zaman içəriyə kənar şəxs daxil olmaq istədi. Həmin şəxs elə bizimlə birlikdə Bakıdan Praqaya gəlmişdi. Əlbəttə ki, öncə onun hər hansı əşyasını itirdiyini düşündüm. Amma prosedur qaydalarına uyğun olaraq, sərnişin təyyarəni tərk edirsə, ikinci dəfə ora daxil ola bilməz. Bu səbəbdən sərnişinə təyyarədən çıxmasını və çöldə gözləməsini söylədik. Lakin o, buna məhəl qoymadı, içəri daxil olmağa çalışdı. Bu zaman agent gəldi və agentlə biz onu çölə çıxarmağa çalışdıq. Sərnişini təyyarədən çölə çıxardıq və bu zaman o, agentə yumruq-təpiklə hücum etməyə başladı. Bundan sonra agenti qorumaq üçün sərnişini arxadan tutdum və hərəkətsizləşdirdim. Artıq gördük ki, 2-ci pilotumuz çöldə gözləyir. Biz 2-ci pilotu içəri keçirməli idik. Bu səbəbdən agentdən xahiş etdim ki, öz kartı ilə qapını açsın və 2-ci pilot içəri daxil olsun. Mən sərnişini saxladığım zaman agent qapını açdı və 2-ci pilot içəri daxil oldu”.

Onun sözlərinə görə, təyyarə bələdçisi həmin anda sərnişinlə tək qalıb və onu sakitləşdirməyə çalışıb: “Daha sonra agentdən xahiş etdim ki, polislər və aeroportun təhlükəsizlik idarəsinin şöbəsində yerləşən şəxslər buraya cəlb olunsun. Bir müddət sonra təhlükəsizlik idarəsinin işçiləri oraya yaxınlaşdı. Onlar da bir neçə dəqiqə onunla söhbət etməyə çalışdı, lakin o, heç də yolagedən insana oxşamırdı. Bundan sonra polislər əraziyə yaxınlaşdı və onunla danışmağa başladı, lakin sərnişin yenə də israrla içəri daxil olmağa çalışdı. Sərnişin qışqırmağa başladı, bundan sonra polislər onu tutdu və zərərsizləşdirdi. Bundan sonra biz təyyarənin ümumi təhlükəsizlik yoxlanışını həyata keçirdik və geri dönüşdə bütün sərnişinləri öz ünvanlarına təhlükəsiz şəkildə çatdırdıq”.

Xatırladaq ki, yanvarın 5-də Praqa-Bakı marşrutu üzrə uçuşdan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb. Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinə imkan verilməyib. Hava limanının təhlükəsizlik xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələnə qədər həmin şəxsin hərəkətlərinin qarşısını təyyarənin ekipajı alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Yanvar 2026 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri