Icma.az
close
up
RU
Bakı Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur O pula Budapeştdən Viyanaya getmək olar (RƏY)

Bakı Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur O pula Budapeştdən Viyanaya getmək olar (RƏY)

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Lakin təəssüf ki, qiymətlər məsələsində bu marşrut üzrə də xoşagələn vəziyyət müşahidə olunmur".

AZXEBER.COM xəbər verir ki, Azərbaycan İnternet Fondunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında Bakı–Qazax marşrutu üzrə sərnişin qatarı biletlərinin qiymətləri ilə bağlı paylaşım edib.

Ekspert bildirib ki, bu marşrut üzrə biletlərin qiymətləri 19 manatdan 125 manata qədər dəyişir:

"Bakı–Qazax marşrutu üzrə sərnişin qatarına biletlər 19 manatdan 125 manata qədər dəyişir.
ADY iyunun 15-dən etibarən Bakı–Qazax–Bakı istiqamətində sərnişindaşımanı bərpa edib.
Bu, mövcud Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunun Qazax stansiyasına qədər uzadılması ilə reallaşdırılıb.
Xatırladım ki, pandemiya dövründə dayandırılan bu marşrut təxminən 6 ildir işləmirdi.

Osman Gündüz


Əvvəllər 8 saata qət edilən bu məsafəni hazırda Stadler qatarı 5 saat 36 dəqiqəyə gedir.

Uzun müddət fəaliyyətsiz qalan marşrutun yenidən işə salınması, Ağstafa–Qazax yolunun və dəmir yolu infrastrukturunun bərpası, eləcə də Qazax Dəmir Yol Stansiyasının binasının yenidən qurulması istiqamətində ADY-nin atdığı addımlar təqdirəlayiqdir.

Lakin təəssüf ki, qiymətlər məsələsində bu marşrut üzrə də xoşagələn vəziyyət müşahidə olunmur. Bakı–Balakən marşrutunda olduğu kimi, burada da qiymətlər kifayət qədər yüksəkdir.”

Rəsmi məlumata əsasən, Bakı–Qazax–Bakı marşrutu üzrə bir istiqamətdə bilet qiymətləri aşağıdakı kimidir:

Standart: 19.9 AZN Standart Plus: 26.1 AZN Biznes: 43.9 AZN Birinci klass: 124.4 AZN

Ekspertin toxunduğu bu məsələ fonunda maraqlıdır: Bəs, Avropada şəhərlərarası qatar biletlərinin qiymətləri necə tənzimlənir?

Məsələn, hazırda Macarıstanın paytaxtı Budapeştdən Avstriyanın paytaxtı Vyana şəhərinə qatarla səyahət etmək istəyən sərnişinlər üçün biletlər aşağıdakı qiymətlərdə təklif olunur:

2-ci sinif: təxminən 13 €‑dən (25.55 AZN) başlayır 1-ci sinif: 29 €‑dən (57 AZN) başlayır

Bu qiymətlər erkən (təxminən 90 gün əvvəl) alındıqda keçərlidir və məhdud saydadır. Biletlər satış mərhələlərinə əsasən ümumilikdə 19–39 € (təxminən 38–78 AZN) aralığında dəyişə bilər.

Alternativ olaraq, RegioJet şirkəti ilə səyahət edən sərnişinlər üçün isə qiymətlər daha əlverişlidir:

Low cost: 9 € (18 AZN) Standard: 11.90 € (23.39 AZN) Relax: 13.90 € (27.32 AZN) Business: 15.90 € (31.25 AZN)

Əlavə olaraq qeyd edək ki, bu qiymətlər iki fərqli ölkə (Macarıstan və Avstriya) arasında tətbiq olunur və əksər hallarda səyahət gününə yaxın da ciddi dəyişmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 17 İyun 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri