Icma.az
close
up
RU
Budapeştdən Bakıya dostluq körpüsü

Budapeştdən Bakıya dostluq körpüsü

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycanla Macarıstan arasında münasibətlər müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur. Bu əlaqələr zamanla inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 2009-cu ildə Macarıstanın Azərbaycanda səfirliyi yaradılmışdır. Ölkəmizin isə Budapeştdəki səfirliyi 2004-cü ildə fəaliyyətə başlamışdır.

2014-cü ildə Budapeştdə “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır. 2023-cü ildə isə əlaqələr “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə daha da möhkəmləndirilmişdir. Ölkələrimiz arasında parlamentlərarası əlaqələr də yüksək səviyyədə qurulub. Mayın 20-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri də bu qarşılıqlı əlaqələrin sağlam təməllərinin göstəricisidir və onu daha da möhkəmləndirir. Qeyd edək ki, təşkilatın Birinci Zirvə görüşü Azərbaycanın təşəbbüsü ilə 2024-cü ildə Şuşa şəhərində keçirilmişdir və burada Qarabağ Bəyannaməsi imzalanmışdır. Ölkə başçımız İlham Əliyev Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda demişdir: “Bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir”.

Müasir dövrdə iki dost ölkə, strateji tərəfdaş arasında bir çox məsələlər üzrə mövqelərin üst-üstə düşməsi Azərbaycan və Macarıstan siyasi əlaqələrinin inkişafına təkan verir. Həm ümummilli liderimiz Heydər Əliyev, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu dost ölkəyə mütəmadi rəsmi və işgüzar səfərləri baş tutmuş, eyni zamanda, Macarıstanın rəsmi şəxsləri ölkəmizə çoxsaylı səfərlər etmişlər. Yəni iki ölkə arasında qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və diplomatik təmaslar mütəmadi olaraq həyata keçirilir. Bu görüşlər və imzalanan müxtəlif sənədlər çərçivəsində iki ölkə arasında siyasi dialoq, qarşılıqlı dəstək və əməkdaşlıq sahələri müəyyən edilmiş, regional və beynəlxalq məsələlər, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri kimi mövzular müzakirə olunmuşdur.

Enerji sahəsində qarşılıqlı əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırmaq və Azərbaycanla bu sahədəki əlaqələri gücləndirmək üçün olduqca əhəmiyyətlidir. Macarıstan Azərbaycanın neft və qaz yataqlarında pay sahibidir. Müasir dünyamız üçün aktual olan yaşıl enerji sahəsində əməkdaşlıq perspektivləri də olduqca genişdir. Azərbaycanın enerji resursları və Macarıstanın texnoloji bacarıqları arasında qarşılıqlı faydalı əməkdaşlıq potensialı mövcuddur. Bu sahədə birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin inkişafında mühüm rol oynayır.

Ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Azərbaycan–Macarıstan Hökumətlərarası Birgə Komissiyası iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfələr verir. Bu komissiyanın iclasları vasitəsilə ticarət, investisiya, enerji və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə edilir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi artmışdır.

Azərbaycan və Macarıstan arasında mədəniyyət və təhsil sahələrində də geniş əməkdaşlıq mövcuddur. Macarıstanın müxtəlif universitetlərində azərbaycanlı tələbələr təhsil alır və bu, iki ölkə arasında mədəni mübadiləni gücləndirir. Eyni zamanda, Macarıstanda Azərbaycan mədəniyyətini tanıdan tədbirlər, sərgilər və konsertlər təşkil edilir. Bu cür fəaliyyətlər xalqlar arasında dostluq və anlaşmanın inkişafına xidmət edir. Azərbaycanın Şuşa şəhəri Macarıstanın Gyöngyöş, Ağdam şəhəri ilə isə Tisavaşvari şəhəri ilə qardaşlaşmışdır.

Azərbaycan və Macarıstan beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirlər. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və ortaq maraqları müdafiə edirlər. Xüsusilə enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri kimi regional məsələlərdə əməkdaşlıq önəmli yer tutur.

Azərbaycan və Macarıstan arasında əlaqələrin gələcək inkişafı üçün bir çox sahələrdə əməkdaşlıq genişləndirilməkdədir. Xüsusilə yaşıl enerji, rəqəmsal texnologiyalar və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərir. Bundan əlavə, gənclər və təhsil sahələrində əməkdaşlığın artırılması xalqlar arasında daha da yaxın əlaqələrin qurulmasına şərait yaratmaqdadır.

Bununla yanaşı, regional və beynəlxalq məsələlərdə ortaq mövqeyin qorunması və inkişafı iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Macarıstan arasında münasibətlər dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir. Bu əlaqələr müxtəlif sahələrdə əməkdaşlığa və qarşılıqlı faydaya zəmin yaradır.

Nuray ƏLİYEVA,
Naxçıvan MR Ali Məclisinin deputatı, filologiya elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 May 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see354

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see259

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see252

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see229

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see224

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see213

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see209

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see178

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see176

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see172

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see165

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see165

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see163

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see161

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see160

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see159

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see157

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see156

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see152

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri