Icma.az
close
up
RU
Bakı Qəzzada sülhyaratma qüvvələrində iştirak üçün yekun qərar verməyib

Bakı Qəzzada sülhyaratma qüvvələrində iştirak üçün yekun qərar verməyib

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin Qəzzada yerləşdirilməsi məsələsi ləngiyir.

Bu barədə “Middle East Eye”da dərc olunan məqalədə deyilir.

Yazıda BMT Təhlükəsizlik Şurasının ötən ay Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə bağlı qətnamə qəbul etdiyi və buna Türkiyə, Qətər, Misir də daxil olmaqla bəzi ölkələrin dəstək göstərdiyi, lakin həmin vaxtdan bəri ciddi irəliləyişin əldə olunmadığı qeyd olunur.

Eyni zamanda, Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəsmi Bakının Qəzzada yerləşdiriləcək missiyaya qoşun göndərməsi barədə yekun qərarının olmadığını bildirməsi də məqalədə yer alıb.

Hikmət Hacıyev deyib ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi Qəzzada konkret döyüş qaydaları, fəaliyyət mexanizmləri və missiyanın mandatının əhatə dairəsi ilə bağlı suallara cavab vermir. O, vurğulayıb ki, Azərbaycan 2023-cü ilə qədər qonşu Ermənistanla münaqişə şəraitində olub və ictimaiyyəti əlavə hərbi qüvvələrin səfərbər edilməsinə razı salmaq çətin olacaq.

Bundan başqa, mənbələr “Middle East Eye” nəşrinə bildiriblər ki, İsrailin Qəzzada Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsini qəbul etməməsi Azərbaycan, Pakistan, Səudiyyə Ərəbistanı və İndoneziya kimi tərəfdaşları ruhdan salıb.

“Qəzzaya humanitar yardımın əlaqələndirilməsi və sözügedən qüvvənin yaradılması ilə vəzifələndirilmiş ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu ayın əvvəlində Dohada sammit keçirib. Sammitə çox sayda ölkə dəvət olunsa da, İsrailin tələbi ilə Türkiyə bu siyahıya daxil edilməyib”, – məqalədə deyilir.

İordaniyanın bu missiyada iştirak etməyəcəyi, Türkiyənin hələ də məsələ ilə bağlı yekun qərar vermədiyi və BƏƏ-nin hazırkl dövrdə belə bir missiyada iştirak etmək niyyətinin olmadığı bildirilir.

“Ankaradakı mənbələr düşünür ki, Türkiyə hökuməti Qəzzaya qoşun göndərmədən də keçinə bilər, lakin onlar narahatdırlar ki, HAMAS Türkiyəyə göstərdiyi etimadı digər ölkələrə göstərməyə bilər. Bu səbəbdən də bütün mexanizmin yaxın gələcəkdə pozulma ehtimalı olacaq”, – məqalədə vurğulanıb./APA/

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 Dekabr 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri