Icma.az
close
up
RU
Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi ŞƏRH

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 30 mart, AZƏRTAC

Tarixdə çox az fakt tapmaq mümkündür ki, bir əsrdə bir xalq digər xalqı etnik və dini mənsubiyyətinə görə dəfələrlə soyqırımı və deportasiyaya məruz qoysun və buna görə də hüquqi və siyasi məsuliyyət daşımasın. Bəli, ermənilər XX əsrdə xalqımıza qarşı bir neçə dəfə belə vandalizm hərəkətində olublar. Onların ən dəhşətlilərindən biri də ermənilərin xalqımıza qarşı törətdiyi 1918-1920-ci illər soyqırımıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib. O bildirib ki, tariximizə Mart soyqırımı adı ilə düşən və qanla yazılan bu faciə unudulması və bağışlanması mümkün olmayan bir hadisədir. "1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasındakı Bakı qırğınları bu soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi. Təsəvvür edin: Bakıda erməni daşnak və rus-bolşevik qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri mart qırğınları zamanı minlərləsoydaşımız vəhşicəsinə qətlə yetirildi. Bakıda törədilən bu qətliamlar eynilə Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Qarabağda, Naxçıvanda, Zəngəzurda və bütün Qərbi Azərbaycan ərazisində həyata keçirildi. Həm də bu soyqırımı təkcə 1918-ci ilin mart ayı ilə məhdudlaşmadı, erməni daşnak qüvvələri tərəfindən azərbaycanlıların soyqırımı sonrakı illərdə də amansızcasına davam etdirildi.

1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” tarixi Fərman ilə həmin dəhşətli hadisələrə tarixi-siyasi qiymət verildi və 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Həmin Fərmanda Ulu Öndər qarşımızda bu soyqırımını bütün təfərrüatı ilə öyrənmək vəzifəsini də irəli sürdü. Düzdür, biz Bakıda və Azərbaycanın müəyyən bölgələrində baş verən soyqırımı aktları haqqında müəyyən qədər məlumatlıyıq".

Deputat bildirib ki, 1905-1906-cı illərdə olduğu kimi, 1918-1920-ci illərdə də ermənilər Qərbi Azərbaycan dediyimiz indiki Ermənistan ərazisindəki bütün tarixi mahallarımızda – İrəvanda, Zəngəzurda, Dərələyəzdə, Göyçədə, Vedibasarda, Gərnibasarda, Zəngibasarda, Ağbaba-Şörəyeldə, Loru-Pəmbəkdə, Dərəçiçəkdə, Dilicanda, Qaraqoyunluda azərbaycanlılara qarşı amansız soyqırımı həyata keçiriblər. Hər yerdə də düşmən bu soyqırımını, demək olar ki, eyni ssenari ilə həyata keçirib: dinc əhalini iri damlara doldurub diri-diri yandırıblar, insanların qolunu-ayağını kəsərək işgəncə ilə öldürüblər, hamilə qadınların qarnını yarıb, qarnındakı körpəni süngüyə keçiriblər və s. Həm də bu soyqırımları kortəbii yox, planlı şəkildə həyata keçirilib. Belə ki, bütün Birinci Dünya müharibəsi dövründə çar Rusiyası tərəfindən Osmanlı dövlətinə qarşı vuruşan ermənilər 1917-ci ildə Rusiyadakı Fevral inqilabından sonra üzlərini Cənubi Qafqaza çevirdilər. General Nazaryanın və general Dronun komandanlığı ilə 35 min nəfərlik erməni korpusu yaradıldı. Bu korpus üç diviziyaya bölündü. Bölgüyə görə general Andronikin başçılığı altında 1-ci diviziya Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq hissəsində, general Dro və Arişyanın başçılığı altında 2-ci diviziya İrəvan, Üçkilsə, Zəngibasar, Gərnibasar, Vedibasar və Dərələyəzdə, polkovnik Silikovun (Silikiyanın) başçılığı altında 3-cü diviziya isə Göyçə mahalında azərbaycanlıların soyqırımını həyata keçirməli idi. Doğrudan da, hər üç diviziya üç istiqamətdə öz çirkin niyyətlərini son dərəcə qəddarlıqla həyata keçirdilər.

“Faciənin miqyasını təsəvvür etmək üçün bir neçə faktı xatırlatmaq istəyirəm. Zəngəzur qəza rəisinin teleqramında deyilirdi: “Andronikin başçılığı ilə 30 müsəlman kəndinin əhalisi qırılıb, yandırılıb, kəndlər dağıdılıb, əmlakları talan edilib, qaçıb qurtara bilməyənlər vəhşicəsinə öldürülmüşlər”. Bir daşnak isə öz xatirələrində yazırdı: “Mən Basarkeçərdə ağına-bozuna baxmadan tatarları qırıb tökdüm. Hərdən adamın gülləyə heyfi gəlirdi. Bu köpəklərə qarşı ən etibarlı vasitə döyüşdən sonra sağ qalanların hamısını yığıb quyuya doldurmaq və üstündən də ağır daşlar yığmaqdır ki, onlardan heç biri sağ qalmasın. Mən belə də edirdim”. Belə misalların sayını istənilən qədər artırmaq olar. Lakin təəssüf ki, ermənilər xalqımıza qarşı düşmənçiliklərini sovet dövründə də davam etdirdilər. Azərbaycanın tarixi torpaqlarında 1918-ci ildə yaradılmış 9 min kvadratkilometr tarixdə ilk erməni dövləti – Ararat daşnak respublikası sovet dövründə Azərbaycan torpaqları hesabına birdən-birə üç dəfədən çox böyüdülərək 29,8 min kvadratkilometrə çatdırıldı. Bundan ruhlanan ermənilər sonrakı illərdə də bu dəfə “dinc” metodlarla azərbaycanlı əhalini dədə-baba yurdlarından sıxışdırıb çıxarmağa davam etdilər.

1945-ci ilin noyabr-dekabr aylarında ermənilər İkinci Dünya müharibəsindən qalib çıxan dövlətlərin – Rusiya, Amerika və Böyük Britaniyanın dövlət başçılarından Şərqi Türkiyənin alınıb Ermənistana verilməsini istədilər, bu, baş tutmayanda İ.Stalindən o vaxtkı Dağlıq Qarabağın Ermənistana verilməsini xahiş etdilər, bu da baş tutmayanda İ.Stalinə xaricdən erməni əhalinin Ermənistana köçürülməsi barədə sərəncam verməsi üçün yalvardılar və axır ki, buna nail oldular. Heç bir il keçməmiş guya Ermənistanın xaricdən gələn ermənilər üçün darısqallıq etdiyini bəhanə gətirərək İ.Stalindən 100 min nəfər azərbaycanlı əhalinin Ermənistandan Azərbaycana deportasiya edilməsini xahiş etdilər və qısa vaxtda 100 min nəfər əvəzinə 150 min nəfər soydaşımız dədə-baba yurdundan deportasiya olundu. Bu da yetmədi, 1987-1991-ci illərdə Qarabağ münaqişəsinin ilk mərhələsində Qərbi Azərbaycan dediyimiz indiki Ermənistan ərazisindəki 300 min nəfərə yaxın soydaşımız öz tarixi yurdlarından vəhşicəsinə qovuldu. Əslində, bu, deportasiya deyildi, 200-dən artıq insanın qətlə yetirildiyi, 400-dən artıq insanın ağır yaralandığı, evləri, malları-mülkləri zorla əllərindən alındığı, evlərin, kəndlərin od vurulub yandırıldığı, 300-dən artıq məscidin, 500-dən artıq müsəlman qəbristanlığının yer üzündən silindiyi vandalizm aktı – soyqırımı idi", - deyə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri əlavə edib.

O deyib: "Qarabağ müharibəsi və Azərbaycan Respublikasının suveren ərazilərinin 20 faizinin işğal edilməsi, on minlərlə Azərbaycan insanın qətlə yetirilməsi və şikəst edilməsi, minə yaxın yaşayış məntəqəsinin yer üzündən silinməsi... Bütün bunlar 1918-ci il Mart soyqırımının davamı idi. Bu soyqırımı Azərbaycana qarşı mina terroru, diplomatiya terroru ilə bu gün də davam edir. Təəssüf ki, qarşı tərəf hələ də dərk eləmir ki, artıq tarix o tarix deyil, heç Azərbaycan da ovaxtkı Azərbaycan deyil və Azərbaycan xalqı da ovaxtkı Azərbaycan xalqı deyil. Bu gün Azərbaycanın istənilən təhdidi zərərsizləşdirməyə hazır güclü ordusu, qalib xalqı və Müzəffər Ali Baş Komandanı var. Bizə qarşı törədilmiş soyqırımların isə heç birini unutmadıq və düşmənə də unutdurmayacağıq. Ehtiyac yarandıqca xatırladacağıq. Ermənilər də təkcə 30 ildə Qarabağda etdikləri vandalizm hərəkətlərinə görə yox, həm də son iki yüz ildə bütün tarixi Azərbaycan torpaqlarında, o cümlədən və xüsusilə Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində xalqımıza qarşı törətdikləri cinayətlərə görə də cavab verməli olacaqlar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see202

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see184

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see172

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see137

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see135

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri