Icma.az
close
up
RU
Mart qırğınları 107 il öncəki erməni barbarlığının güzgüsüdür

Mart qırğınları 107 il öncəki erməni barbarlığının güzgüsüdür

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Ermənilərin bolşevik Rusiyası ilə əlbir olaraq 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından 107 il ötür. Əslində bu qırğınlar hələ martın 31-dən öncə başlamışdı və martın 31-dən sonrakı günlərdə da davam edib. Lakin martın 31-i günü xalqımıza qarşı soyqırımı aktının ən şiddətli səhnələri baş verib. Ona görə də Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 1998-ci ildən başlayaraq hər il martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırım Günü kimi qeyd edilir.
1918-ci ilin qanlı mart qırğınları irqçi və ultramillətçi ermənilər tərəfindən azərbaycanlılara qarşı milli ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilmiş təcavüzkar, terrorçu plan idi. Böyük Britaniya nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan Londona göndərdikləri teleqramda yazılırdı ki, ermənilər bolşeviklərlə birləşərək özlərinə irqi düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər. Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla qətliam həyata keçirilərək dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Təkcə Qubada xüsusi vəhşiliklə 16 mindən artıq insan öldürüldü. Ermənilər, həmçinin Qubada yaşayan yerli yəhudi və ləzgilərə qarşı da qətliam törətdilər. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutudur.
1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Leninin əmri ilə Qafqaz fövqəladə komissarı təyin edilərək Bakıya göndərilən Stepan Şaumyanın öz etirafına görə, dinc azərbaycanlıların qətl edilməsində Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksütyun” partiyasının 3-4 minlik hərbi dəstəsi iştirak edib. Onlar qırğınların mərkəz nöqtəsi kimi məhz Bakını seçmişdilər. Bakıda üç gün davam edən qırğın zamanı erməni silahlıları hətta qadınlara və uşaqlara da aman verməyiblər. Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyidi tapılıb. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan qorunmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırılması da bu dəhşətli faktlar sırasındadır. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyan öz xatirələrində ermənilərin ingilislərin və bolşevik Rusiyasının yardımı ilə öz məqsədlərinə çatdıqlarını və təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildirirdi. Göründüyü kimi bolşeviklərin Bakıda hakimiyyəti ələ keçirmək planları ilə erməni daşnaklarının xalqımıza qarşı irqçi, səlibçi hədəfləri üst-üstə düşdüyünə görə baş vermiş qətliamın miqyası da tükürpərdicidir. Bu soyqırımının törədilməsində başlıca məqsəd Azərbaycanın müstəqilliyinin elan edilməsinə yol verməmək, eləcə də Bakı neftinə və Xəzər dənizinə yiyələnmək, Orta Asiyaya gedən yola nəzarət etmək və nəhayət, Cənubi Qafqazı əldən buraxmamaq idi. Ona görə də sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilib. Xalqımıza qarşı bolşevik-daşnak vəhşiliyinin üstünü "beynəlmiləlçilik", "xalqlar dostluğu" kimi qondarma təbliğati şüarlarla ört-basdır ediblər.
Lakin 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 690 nömrəli Fərmanı imzalaması ilə Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı qırğının dəhşətli nəticələrini üzə çıxarmaq və dünyanın diqqətinə çatdırmaq imkanı yarandı. Həmin Fərman 31 mart soyqrımına siyasi qiymət verilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Mart qırğınları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində Prezident İlham Əliyev də önəmli addımlar atıb. Belə ki, Prezident İlham Əliyevin Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması ilə bağlı 30 dekabr 2009-cu il tarixində verdiyi Sərəncam əsasında memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində inşa edilib və 2013-cü il sentyabrın 18-də açılışı olub. Ötən illər ərzində bir çox xarici nümayəndə heyətləri həmin memorial kompleksi ziyarət edib və kütləvi məzarlığın izlərini əyani görmək imkanı qazanıblar. Bundan başqa, erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri birgə qırğınlar barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncama əsasən ölkəmizdə və xaricdə keçirilən silsilə tədbirlər mənfur erməni faşizminin ifşası və dünyaya tanıdılması istiqamətində xüsusi addım oldu.
Erməni faşizminin son 200 ildəki təzahürlərinin ifşası bundan sonra da davam etdiriləcək. 31 Mart soyqırımının tanıtımı da bu prosesin mühüm tərkib hissəsidir. Mart qırğınları 107 il öncəki erməni barbarlığının güzgüsüdür. Dövlətimiz və xalqımız bu hadisələri heç vaxt unutmayacaq. Xalqımıza qarşı törədilən soyqırımları ilə bağlı həqiqətləri həm dünya ictimaiyyətinə, həm də gələcək nəsillərə çatdırmaq üçün mübarizəmiz bundan sonra da davam edəcək.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 31 Mart 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri