Icma.az
close
up
RU
Menu

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

Qalatasaray Liverpul a qalib gəldi ÇL də nəticələr

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

Uşaqlarda xərçəngin müalicəsində süni intellektdən istifadə olunacaq

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

Taciri toyda zəhərlədilər

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

İsveçdə qeyri qanuni IPTV dən istifadəyə görə cəza tətbiqi təklif edilir

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma...

Bakı qırğınları Mart soyqırımının kulminasiya nöqtəsi idi, amma...

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tarixdə çox az fakt tapmaq mümkündür ki, bir əsrdə bir xalq digər xalqı etnik və dini mənsubiyyətinə görə dəfələrlə soyqırımı və deportasiyaya məruz qoysun və buna görə də hüquqi və siyasi məsuliyyət daşımasın. Bəli, ermənilər XX əsrdə xalqımıza qarşı bir neçə dəfə belə vandalizm hərəkətində olublar. Onların ən dəhşətlilərindən biri də ermənilərin xalqımıza qarşı törətdiyi 1918-1920-ci illər soyqırımıdır.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib. O bildirib ki, tariximizə Mart soyqırımı adı ilə düşən və qanla yazılan bu faciə unudulması və bağışlanması mümkün olmayan bir hadisədir. "1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasındakı Bakı qırğınları bu soyqırımının kulminasiya nöqtəsi idi, amma sonu deyildi. Təsəvvür edin: Bakıda erməni daşnak və rus-bolşevik qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri mart qırğınları zamanı minlərləsoydaşımız vəhşicəsinə qətlə yetirildi. Bakıda törədilən bu qətliamlar eynilə Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Qarabağda, Naxçıvanda, Zəngəzurda və bütün Qərbi Azərbaycan ərazisində həyata keçirildi. Həm də bu soyqırımı təkcə 1918-ci ilin mart ayı ilə məhdudlaşmadı, erməni daşnak qüvvələri tərəfindən azərbaycanlıların soyqırımı sonrakı illərdə də amansızcasına davam etdirildi.

1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” tarixi Fərman ilə həmin dəhşətli hadisələrə tarixi-siyasi qiymət verildi və 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Həmin Fərmanda Ulu Öndər qarşımızda bu soyqırımını bütün təfərrüatı ilə öyrənmək vəzifəsini də irəli sürdü. Düzdür, biz Bakıda və Azərbaycanın müəyyən bölgələrində baş verən soyqırımı aktları haqqında müəyyən qədər məlumatlıyıq".

Deputat bildirib ki, 1905-1906-cı illərdə olduğu kimi, 1918-1920-ci illərdə də ermənilər Qərbi Azərbaycan dediyimiz indiki Ermənistan ərazisindəki bütün tarixi mahallarımızda – İrəvanda, Zəngəzurda, Dərələyəzdə, Göyçədə, Vedibasarda, Gərnibasarda, Zəngibasarda, Ağbaba-Şörəyeldə, Loru-Pəmbəkdə, Dərəçiçəkdə, Dilicanda, Qaraqoyunluda azərbaycanlılara qarşı amansız soyqırımı həyata keçiriblər. Hər yerdə də düşmən bu soyqırımını, demək olar ki, eyni ssenari ilə həyata keçirib: dinc əhalini iri damlara doldurub diri-diri yandırıblar, insanların qolunu-ayağını kəsərək işgəncə ilə öldürüblər, hamilə qadınların qarnını yarıb, qarnındakı körpəni süngüyə keçiriblər və s. Həm də bu soyqırımları kortəbii yox, planlı şəkildə həyata keçirilib. Belə ki, bütün Birinci Dünya müharibəsi dövründə çar Rusiyası tərəfindən Osmanlı dövlətinə qarşı vuruşan ermənilər 1917-ci ildə Rusiyadakı Fevral inqilabından sonra üzlərini Cənubi Qafqaza çevirdilər. General Nazaryanın və general Dronun komandanlığı ilə 35 min nəfərlik erməni korpusu yaradıldı. Bu korpus üç diviziyaya bölündü. Bölgüyə görə general Andronikin başçılığı altında 1-ci diviziya Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq hissəsində, general Dro və Arişyanın başçılığı altında 2-ci diviziya İrəvan, Üçkilsə, Zəngibasar, Gərnibasar, Vedibasar və Dərələyəzdə, polkovnik Silikovun (Silikiyanın) başçılığı altında 3-cü diviziya isə Göyçə mahalında azərbaycanlıların soyqırımını həyata keçirməli idi. Doğrudan da, hər üç diviziya üç istiqamətdə öz çirkin niyyətlərini son dərəcə qəddarlıqla həyata keçirdilər.

“Faciənin miqyasını təsəvvür etmək üçün bir neçə faktı xatırlatmaq istəyirəm. Zəngəzur qəza rəisinin teleqramında deyilirdi: “Andronikin başçılığı ilə 30 müsəlman kəndinin əhalisi qırılıb, yandırılıb, kəndlər dağıdılıb, əmlakları talan edilib, qaçıb qurtara bilməyənlər vəhşicəsinə öldürülmüşlər”. Bir daşnak isə öz xatirələrində yazırdı: “Mən Basarkeçərdə ağına-bozuna baxmadan tatarları qırıb tökdüm. Hərdən adamın gülləyə heyfi gəlirdi. Bu köpəklərə qarşı ən etibarlı vasitə döyüşdən sonra sağ qalanların hamısını yığıb quyuya doldurmaq və üstündən də ağır daşlar yığmaqdır ki, onlardan heç biri sağ qalmasın. Mən belə də edirdim”. Belə misalların sayını istənilən qədər artırmaq olar. Lakin təəssüf ki, ermənilər xalqımıza qarşı düşmənçiliklərini sovet dövründə də davam etdirdilər. Azərbaycanın tarixi torpaqlarında 1918-ci ildə yaradılmış 9 min kvadratkilometr tarixdə ilk erməni dövləti – Ararat daşnak respublikası sovet dövründə Azərbaycan torpaqları hesabına birdən-birə üç dəfədən çox böyüdülərək 29,8 min kvadratkilometrə çatdırıldı. Bundan ruhlanan ermənilər sonrakı illərdə də bu dəfə “dinc” metodlarla azərbaycanlı əhalini dədə-baba yurdlarından sıxışdırıb çıxarmağa davam etdilər.

1945-ci ilin noyabr-dekabr aylarında ermənilər İkinci Dünya müharibəsindən qalib çıxan dövlətlərin – Rusiya, Amerika və Böyük Britaniyanın dövlət başçılarından Şərqi Türkiyənin alınıb Ermənistana verilməsini istədilər, bu, baş tutmayanda İ.Stalindən o vaxtkı Dağlıq Qarabağın Ermənistana verilməsini xahiş etdilər, bu da baş tutmayanda İ.Stalinə xaricdən erməni əhalinin Ermənistana köçürülməsi barədə sərəncam verməsi üçün yalvardılar və axır ki, buna nail oldular. Heç bir il keçməmiş guya Ermənistanın xaricdən gələn ermənilər üçün darısqallıq etdiyini bəhanə gətirərək İ.Stalindən 100 min nəfər azərbaycanlı əhalinin Ermənistandan Azərbaycana deportasiya edilməsini xahiş etdilər və qısa vaxtda 100 min nəfər əvəzinə 150 min nəfər soydaşımız dədə-baba yurdundan deportasiya olundu. Bu da yetmədi, 1987-1991-ci illərdə Qarabağ münaqişəsinin ilk mərhələsində Qərbi Azərbaycan dediyimiz indiki Ermənistan ərazisindəki 300 min nəfərə yaxın soydaşımız öz tarixi yurdlarından vəhşicəsinə qovuldu. Əslində, bu, deportasiya deyildi, 200-dən artıq insanın qətlə yetirildiyi, 400-dən artıq insanın ağır yaralandığı, evləri, malları-mülkləri zorla əllərindən alındığı, evlərin, kəndlərin od vurulub yandırıldığı, 300-dən artıq məscidin, 500-dən artıq müsəlman qəbristanlığının yer üzündən silindiyi vandalizm aktı – soyqırımı idi", - deyə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri əlavə edib.

O deyib: "Qarabağ müharibəsi və Azərbaycan Respublikasının suveren ərazilərinin 20 faizinin işğal edilməsi, on minlərlə Azərbaycan insanın qətlə yetirilməsi və şikəst edilməsi, minə yaxın yaşayış məntəqəsinin yer üzündən silinməsi... Bütün bunlar 1918-ci il Mart soyqırımının davamı idi. Bu soyqırımı Azərbaycana qarşı mina terroru, diplomatiya terroru ilə bu gün də davam edir. Təəssüf ki, qarşı tərəf hələ də dərk eləmir ki, artıq tarix o tarix deyil, heç Azərbaycan da ovaxtkı Azərbaycan deyil və Azərbaycan xalqı da ovaxtkı Azərbaycan xalqı deyil. Bu gün Azərbaycanın istənilən təhdidi zərərsizləşdirməyə hazır güclü ordusu, qalib xalqı və Müzəffər Ali Baş Komandanı var. Bizə qarşı törədilmiş soyqırımların isə heç birini unutmadıq və düşmənə də unutdurmayacağıq. Ehtiyac yarandıqca xatırladacağıq. Ermənilər də təkcə 30 ildə Qarabağda etdikləri vandalizm hərəkətlərinə görə yox, həm də son iki yüz ildə bütün tarixi Azərbaycan torpaqlarında, o cümlədən və xüsusilə Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində xalqımıza qarşı törətdikləri cinayətlərə görə də cavab verməli olacaqlar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Mart 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see259

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

01 Oktyabr 2025 08:25see158

Qalatasaray Liverpul a qalib gəldi ÇL də nəticələr

01 Oktyabr 2025 01:04see145

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see134

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see132

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see131

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see130

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

01 Oktyabr 2025 01:04see127

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see126

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

01 Oktyabr 2025 01:08see126

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see125

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

01 Oktyabr 2025 16:35see123

Uşaqlarda xərçəngin müalicəsində süni intellektdən istifadə olunacaq

01 Oktyabr 2025 02:54see121

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

01 Oktyabr 2025 11:38see121

Taciri toyda zəhərlədilər

01 Oktyabr 2025 11:46see120

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see119

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

01 Oktyabr 2025 10:31see119

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see118

İsveçdə qeyri qanuni IPTV dən istifadəyə görə cəza tətbiqi təklif edilir

01 Oktyabr 2025 02:51see118

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri