Icma.az
close
up
RU
Bakı qlobal enerji oyununda yeni MASA QURUR

Bakı qlobal enerji oyununda yeni MASA QURUR

Icma.az, Modern.az saytına istinadən bildirir.

Aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci, eləcə də Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Toplantıya Azərbaycan və Avropa İttifaqı da daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edib.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropa üçün qaz məsələsi yalnız enerji problemi deyil, həm də milli təhlükəsizlik məsələsinə çevrilib. Rusiya qazından asılılığın fəsadları Avropanı yeni alternativlər axtarmağa vadar etdi. Məhz bu kontekstdə Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsi daha da ön plana çıxdı. Prezident İlham Əliyev ötən gün tədbirdə qeyd edib ki, artıq Azərbaycan qazı 12 ölkəyə ixrac olunur, onlardan 10-u Avropa ölkəsidir və səkkizi Avropa İttifaqının üzvüdür.

Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron” yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2023-cü il ilə müqayisədə hasilat 2 milyard kubmetr artıb.

2024-cü ildə xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü il ilə müqayisədə 5,8 faiz çoxdur. Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Avropa ilə yanaşı, 9,9 milyard kubmetr Türkiyəyə, 2,4 milyard kubmetrdən çox isə Gürcüstana satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub.

Qaz satdığımız ölkələr Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiyadır.

“Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək. Artıq bəzi Avropa ölkələrində qazpaylama şəbəkəsinin yaradılması və genişləndirilməsi istiqamətində işlərə başlamışıq,” – deyə Prezident bildirib.

Hazırda Cənub Qaz Dəhlizi – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP – tam gücü ilə işləyir. Bu dəhliz sayəsində Azərbaycan qazı Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılır. Lakin mövcud infrastrukturun genişləndirilməsi artıq zərurətə çevrilib.

Prezident İlham Əliyev bu xüsusda beynəlxalq maliyyə institutlarına da müraciət edib: “Ümid edirik ki, Avropada çox geniş yaşıl gündəliyə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq və ayrı-seçkiliyə məruz qalmayacaq. Əslində, bu, bizim COP29-dakı mesajımız idi. Azərbaycan qlobal beynəlxalq tədbirə ev sahibliyi etdiyi zaman qeyd olundu ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamalıdır. Əksinə, faydalı qazıntıları zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalıdır, onlara hücum çəkilməli deyil”

Azərbaycanın yeni enerji xəritəsi

Azərbaycanın enerji strategiyası təkcə mövcud yataqlarla məhdudlaşmır. “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və “Şahdəniz” kimi yataqlarla yanaşı, yaxın illərdə daha bir neçə iri neft və qaz yatağının istismarına başlanacaq. Bu isə Azərbaycanın ixrac potensialını daha da artıracaq.

Bununla yanaşı, Azərbaycanın yaşıl enerji strategiyası da xüsusi diqqət çəkir. Prezidentin sözlərinə görə, artıq 2030-cu ilə qədər günəş və külək enerjisindən 6 giqavat istehsal planlaşdırılır. Bu, daxili elektrik enerjisi istehsalında istifadə edilən təbii qaza qənaət etməyə və həmin qazı ixraca yönəltməyə imkan verəcək.

Qərbin marağı artır

Tədbirdə çıxış edən Avropa İttifaqının enerji komissarı Dan Yorgensen Azərbaycanın Avropanın qaz təchizatının şaxələndirilməsində mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan qazı yaxın illərdə Avropanın xalis sıfıra keçid prosesində də vacib rol oynayacaq.

“Fəaliyyətimiz yalnız böhranların idarə olunması ilə məhdudlaşmır – biz gələcək üçün strateji yollar müəyyən etməliyik,” – deyə Yorgensen bildirib və Avropa ilə Cənubi Qafqaz arasında yaşıl enerji dəhlizinin inkişafını prioritet adlandırıb.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Erik Ceykobs isə Azərbaycanın artıq onlarla ölkəyə enerji tədarük edən etibarlı tərəfdaşa çevrildiyini bildirib.

Beləliklə, Azərbaycanın enerji siyasəti artıq təkcə resurs ixracı deyil, həm də yeni qlobal enerji arxitekturasının qurulmasında iştirak anlamı daşıyır. Bakı bu gün Avropanın qaz xəritəsini yalnız dəyişmir – o, həmin xəritəni yenidən cızır. Alternativ marşrutlar, yaşıl enerji dəhlizləri, yeni yataqlar və diplomatik tərəfdaşlıqlar bu prosesi strateji dərinliyə aparır.

Qlobal enerji oyununda kartlar yenidən paylanır. Və Bakı bu oyunda sadəcə iştirakçı deyil, yeni masa qurur...

Modern Təhlil və Araşdırma Qrupu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Aprel 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri