“Euronews”: Bakı şəhərsalma problemlərinin həlli mərkəzinə çevrilir
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
“Euronews”da Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı reportaj hazırlanıb.
Dünyada hələ də hamı üçün ev təminatının ən böyük problemlərdən biri olduğu qeyd olunan reportajda Bakıda keçiriləcək WUF13 zamanı insanların rahat yaşaması, evlərin ucuz olması və şəhərlərin düzgün planlaşdırılmasının əsas müzakirə mövzularından biri olacağı qeyd olunub.
Bildirilir ki, hazırda dünyada bir milyarddan çox insan pis şəraitdə yaşayır. Şəhərlərə köçün artması və qiymətlərin bahalaşması vəziyyəti daha da çətinləşdirir. May ayında keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında bu problemlərin həlli yolları axtarılacaq.
İnsanların həyatını yaxşılaşdırmaq üçün şəhərlərdə böyük tikinti və bərpa layihələri həyata keçirilir. Məqsəd hər kəsin keyfiyyətli evlə təmin olunması və cəmiyyətdə sabitliyin qorunmasıdır. Mütəxəssislər bildirirlər ki, evlər tikilərkən iş yerləri, yollar və insanların ehtiyacları da nəzərə alınmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 16 Aprel 2026 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















