Icma.az
close
up
RU
Bakı Quba yolunun təmiri necə və niyə yaddan çıxdı: sürücülər ödənişli yoldan istifadəyə məcbur olur

Bakı Quba yolunun təmiri necə və niyə yaddan çıxdı: sürücülər ödənişli yoldan istifadəyə məcbur olur

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Bakıdan Rusiya Federasiyası ilə sərhədə qədər uzanan 129 kilometrlik ödənişli avtomobil yolu bir ildən çoxdur sürücülərin ixtiyarına verilib. Yoldan istifadə üçün hər kilometrə 9,3 qəpik ödəmək lazım gəlir. Sürücülər, məsələn, Yaşma qəsəbəsindən Siyəzənə qədər məsafəyə görə 4 manat 93 qəpik ödəməli olur. Müşahidələrimiz göstərir ki, yoldan əsasən şimal zonasına istirahətə gedənlər istifadə edir. Yerli sakinlər qiymətlərin yüksək olduğunu düşünür.

Bizimyol.info xəbər verir ki, ödənişli avtomobil yolunda tariflər hələ 2022-ci ildə müzakirə olunmağa başlayanda daha kiçik rəqəmlərdən danışılırdı. Sürücülərin hər kilometr üçün təxminən 4 qəpik ödəyəcəyi deyilirdi. Amma yolun açılışından bir neçə gün əvvəl qiymətin gözləniləndən 2,3-2,4 dəfə baha olması üzə çıxdı.

Bakı-Quba-Rusiya yolu 2010-cu ildə istifadəyə veriləndə 800 milyon dolların xərcləndiyi açıqlanmışdı. Sonradan yenə xərc çıxıb. Ümumi xərc yükü milyard dolları keçib. Nəticədə ənənəvi yol sıradan çıxdı, xüsusilə Bakıya istiqamətlənən tərəfin böyük hissəsi təmir edildi. Avtomobil Yolları Dövlət Agentliyi yolun Rusiya Federasiyasına istiqamətlənən tərəfi barədə hələ o vaxt həvəslə danışmırdı. Hiss olunurdu ki, həmin istiqamətdə təmir işləri aparılmayacaq. Həqiqətən də, elə oldu. Yerli sürücülər Qubaya istiqamət alanda çox böyük əziyyət çəkirlər. Çünki yol tam yararsız vəziyyətə düşüb.

Ənənəvi yolun digər tərəfi niyə təmir olunmur? Çünki bu halda ödənişli yolun bazarı "ölə" bilər. Sürücülərin əksəri Bakıya istiqamətlənəndə ödənişli yola daxil olmağı artıq sayırlar. Çünki ənənəvi yolun təmir olunmuş hissəsi qənaətbəxşdir. Hətta istirahət zonalarından gələnlər də pulunu havaya sovurmur, ödənişli yola çox ehtiyac duyulmur. Məhz buna görə ənənəvi yolun digər tərəfinin təmiri “yaddan çıxıb”.

Bunu əvvəllər də yazmışıq. Niyə məhz şimal camaatı doğma yerlərə gedib-gəlmək üçün pul ödəməlidir? Sürücülərə seçim imkanı verilməlidir. Onlar məhz ödənişli yolla hərəkət etməyə məcbur qalmamalıdırlar.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Yanvar 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri