Icma.az
close
up
RU
Bakı sakini: “Elə qıza necə gəlin kimi baxım?!“ VİDEO

Bakı sakini: “Elə qıza necə gəlin kimi baxım?!“ VİDEO

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Baku TV-də yayımlanan "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Bakı sakini Ruanna Məmmədova olub. O, qayınana-gəlin münasibətlərindən danışıb.

"Gəlin illərlə ata evində formalaşır, öz tərbiyəsini oradan götürür. Qayınana evinə gələndə ona "dəyişməlisən" demək olmaz. Bu, mümkün deyil. Bəlkə, qısa müddət dəyişə bilər, amma yenə əvvəlki kimi olacaq. İnsan necədirsə, onu elə qəbul etmək lazımdır. Ümumiyyətlə, gəlinə ana olmaq üçün ədalət lazımdır", - deyə Bakı sakini bildirib.

Ruanna Məmmədova gəlininin xəstəliyi və bu çətin günlərdə yaşadıqlarından da bəhs edib:

"Bu xəbəri eşidəndə hamıdan çox mən sarsıldım. Gözümün qabağına onun dörd övladı gəldi, onu gəlin gətirdiyim günləri xatırladım. Dedim ki, mən həmişə sənin yanındayam, heç vaxt səni tək qoymaram. İndi fəxrlə deyirəm ki, biz bu xəstəliyə qalib gəldik. Elə bir xəstəlik yoxdur ki, ona qalib gəlmək mümkün olmasın. Yetər ki, insan istəsin və inansın. Gəlinin ağrısını, oğlumun çarəsizliyini görmək çox çətindir. Bir gün gördüm, gəlinimin saçları yoxdur. Ona dedim ki, sən də mənim saçımı kəs, bəlkə, belə sənə dəstək ola bilərəm".

O, ailəsinin mehribanlığının kənardan paxıllıqla qarşılandığını da qeyd edib: "Mənə deyirdilər, yoldaşın sənin tayın deyil, tez-tez Rusiyaya gedib-gəlir. Mən isə deyirdim ki, harada olsa da, yenə mənim yanıma qayıdacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Mart 2026 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri