Bakı sakinləri niyə gecə KÜÇƏDƏ YIĞIŞDILAR? Daşlar o qədər böyükdür ki... VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Bakının Xətai rayonu Gəncə prospekti, 97 ünvanında torpaq sürüşməsi olub.
Avtosfer.az xəbər verir ki, sürüşmənin gecə saatlarında baş verməsi səbəbindən sakinlər küçədə yığışmalı olublar.
"Təhlükəli vəziyyətdəyik. Gecə qorxudan yata bilmirik. Daşlar o qədər böyükdür ki, binaya doğru tökülsə, buradan keçən hər kəsin həyatı üçün təhlükə yarada bilər", - deyə sakin narahatlığını ifadə edib.
Onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müracət etsələr də, heç bir tədbir görülməyib.
"Bir müddət əvvəl burada daha böyük torpaq sürüşməsi olmuşdu. Xətai Rayon İcra Hakimiyyətindən sürüşən torpaq kütləsini təmizləyəcəklərini bildirsələr də, iki aydan çox vaxt keçməsinə baxmayaraq, deyilənə əməl etməyiblər", - başqa bir sakin deyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 18 Dekabr 2024 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















