Icma.az
close
up
RU
Bakı sakinlərinə payız xəbərdarlığı Bu binalarda yaşayanlar ehtiyatlı olsun

Bakı sakinlərinə payız xəbərdarlığı Bu binalarda yaşayanlar ehtiyatlı olsun

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Payız yağışları başlayanda təhlükə təkcə küçələrdə yaranmır. Güclü yağış köhnə binaların dam örtüyündən tutmuş zirzəmilərə, fasadlara və hətta mənzillərin özünə qədər ciddi problemlər yarada bilər. Bakıda yağış sularının idarə olunması ilə bağlı infrastrukturun bir hissəsinin köhnəlməsi isə məsələni daha da aktuallaşdırır.

Bəs yağış zamanı hansı binalar daha çox risk altındadır?

Köhnə binalar daha çox risk daşıyır Dominos pizza

Payız yağışları zamanı ilk növbədə dam örtüyü köhnəlmiş binalar diqqətdə saxlanmalıdır. Xüsusilə uzun illər təmir olunmayan damlarda yağış suyunun keçməsi tavanda ləkələrin yaranmasına, divarların nəmlənməsinə, suyun elektrik xətlərinə yaxınlaşmasına və zamanla tikinti konstruksiyalarının zədələnməsinə səbəb olur.

Burada problem yalnız yağışın güclü yağması deyil. Damda suyun axıdılması üçün nəzərdə tutulan novların, boruların və digər qurğuların tutulması da suyun binaya doğru yönəlməsinə səbəb ola bilər. Mənzil Məcəlləsinə görə dam örtüyü, zirzəmi, mühəndis qurğuları və birdən çox mənzilə xidmət edən digər hissələr çoxmənzilli binanın ümumi əmlakına daxildir. Yəni dam yalnız sonuncu mərtəbədə yaşayan sakinin problemi hesab edilmir.

Zirzəmi su ilə dolursa...

Payız yağışlarının digər təhlükəli nəticəsi zirzəmilərin su basmasıdır. Xüsusilə yer səviyyəsindən aşağı yerləşən və drenaj sistemi zəif olan binalarda güclü yağışdan sonra zirzəmiyə su daxil ola bilər. Bu, ilk baxışda sadəcə su basması kimi görünsə də, uzun müddət davam etdikdə daha ciddi nəticələr yarada bilər. Zirzəmidə rütubətin artması kif və göbələyin yaranmasına, metal konstruksiyaların korroziyasına, elektrik avadanlıqlarının sıradan çıxmasına və binanın ümumi vəziyyətinə mənfi təsir göstərir.

Bakının yağış suları sistemi ilə bağlı rəsmi məlumatda hazırda şəhərdə 156 kilometr yağış kanalizasiya xəttinin olduğu bildirilir. Eyni zamanda, şəhərin su və kanalizasiya infrastrukturunun böyük hissəsinin əvvəlki dövrlərdə qurulub, bəzi magistral xətlərin istismar müddəti başa çatıb.   Məsələnin miqyasını 2026-cı ilin mayında Bakıda qeydə alınan intensiv yağış da göstərdi. 

Yağış suyu mənzilə haradan daxil ola bilər?

Sakinlərin çox vaxt yalnız damı yoxlaması kifayət etmir. Yağış suyu binaya bir neçə yolla daxil ola bilər:

dam örtüyünün zədələnməsi

yağış novlarının və borularının tutulması

fasadda və ya pəncərə ətrafında çatların olması

zirzəmi və girişlərdə su izolyasiyasının zəif olması

binanın ətrafında suyun axını üçün düzgün şəraitin olmaması

kanalizasiya və yağış sularının axıdılması sistemində problem yaranması.

Xüsusilə birinci mərtəbədə yaşayanlar və zirzəmisi mənzilin altında yerləşən binalarda yaşayanlar yağışdan sonra divarlarda nəm, boya qabarması, pis qoxu və su izləri yaranmasına diqqət etməlidirlər.

Bəs MTK məsuliyyət daşıyır?

Burada vacib məqam var: hər problemi avtomatik olaraq MTK-nın üzərinə qoymaq düzgün deyil. Binanın hansı qurum tərəfindən idarə edildiyi və idarəetmə müqaviləsinin şərtləri müəyyənedici əhəmiyyət daşıyır. Mənzil Məcəlləsinə əsasən çoxmənzilli binanın idarə olunması sakinlər üçün təhlükəsiz yaşayış şəraitini və ümumi əmlakın lazımi saxlanmasını təmin etməlidir. Qanunvericilikdə binanın idarə edilməsi üçün birbaşa mülkiyyətçilərin idarə etməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya idarəedici təşkilat kimi müxtəlif formalar nəzərdə tutulur. 

Əgər bina idarəedici təşkilat tərəfindən idarə olunursa, həmin təşkilatla bağlanan müqavilədə ümumi əmlakın saxlanması və təmiri üzrə görüləcək işlər göstərilməlidir. İdarəedici təşkilat müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədikdə, sakinlərin həmin müqavilənin şərtlərinə uyğun hüquqları yaranır.  Bu səbəbdən sakin yağışdan sonra mənzilinə su daxil olursa, ilk növbədə problemin damdan, fasaddan, ümumi borulardan, zirzəmidən, yoxsa küçə kanalizasiya sistemindən qaynaqlandığını müəyyənləşdirməlidir.

Yeni binalar da risksiz deyil

Yeni tikili olması binanın yağış probleminə qarşı tam təhlükəsiz olması demək deyil. Burada tikintinin keyfiyyəti, su izolyasiyası, damın layihəyə uyğun hazırlanması, yağış sularının düzgün istiqamətləndirilməsi və binanın istismara verilmə vəziyyəti önəmlidir.

Çoxmənzilli binanın istismara buraxılması zamanı onun yükdaşıyan konstruksiyalarının dayanıqlığı, mühəndis-kommunikasiya sistemlərinin hazırlığı və digər texniki məsələlər qiymətləndirilir.  Ona görə yeni binada yaşayan sakinlər də “bina təzədir, problem olmaz” düşüncəsi ilə kifayətlənməməlidir.

Yağışdan əvvəl sakin nəyi yoxlamalıdır?

Payızın ilk güclü yağışını gözləmədən binanın ümumi vəziyyətinə baxmaq daha təhlükəsizdir. Sakinlər xüsusilə bunları yoxlatdırmalıdır:

Dam: su sızması, çat, qopmuş örtük və tutulmuş novlar.

Zirzəmi: su izləri, rütubət, nasosların vəziyyəti və kanalizasiya xətləri.

Girişlər: yağış suyunun binanın girişinə və lift şaxtasına doğru axıb-axmadığı.

Fasad: çatlar, qopmuş suvaq və pəncərələrin ətrafındakı boşluqlar.

Yağış boruları: boruların tutulub-tutulmadığı və suyun binanın divarına axıb-axmadığı.

Elektrik sistemi: zirzəmidə və digər ümumi sahələrdə elektrik avadanlığının su ilə təmas riski.

Problem əvvəlcədən görünürsə, foto və video ilə qeydə alınması da vacibdir. Bu, sonradan problemin nə vaxt yarandığını və idarəetmə qurumuna müraciətin edildiyini göstərmək baxımından əhəmiyyətlidir.

Əsmətxanım Rzazadə 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Sentyabr 2026 07:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see313

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see273

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see257

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see255

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see250

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see242

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see227

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see221

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see219

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see219

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see218

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see218

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see217

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see208

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see207

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see205

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see204

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see200

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see194

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri