Icma.az
close
up
RU
Bakı sakinlərini gözləyən təhlükə: 7 ərazinin adı çəkildi KONKRET

Bakı sakinlərini gözləyən təhlükə: 7 ərazinin adı çəkildi KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Bakının Xətai rayonunda, Gəncə prospektində baş verən torpaq sürüşməsi yenidən paytaxtın sürüşmə riski olan ərazilərini gündəmə gətirib. Hadisə nəticəsində torpaq kütləsi avtomobillərin üzərinə tökülüb, sakinlər isə ərazidə təhlükənin hələ də davam etdiyini bildirirlər. Bunun fonunda sosial şəbəkələrdə 20 Yanvar, 4-cü mikrorayon, Qələbə dairəsi, Ukrayna dairəsi, Musabəyov parkı və digər maili ərazilərdə mümkün güclü zəlzələ zamanı genişmiqyaslı sürüşmə və çökmə təhlükəsinin yarana biləcəyi ilə bağlı iddialar yayılıb.

Hazırda Bakıda sürüşmə baxımından ən riskli zonalar hansılardır?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev bildirib ki, sürüşmə yerin torpaq qatında baş verən geoloji prosesdir:

“Yerin altındakı sukeçirməyən gilli qatla torpaq qatı arasında mayenin miqdarının artması nəticəsində maili yamaclarda torpaq kütləsi cazibə qüvvəsinin təsiri ilə aşağı istiqamətdə hərəkət edir. Bu zaman üst torpaq kütləsi müxtəlif həcmdə, sürətlə və miqyasda yuxarıdan aşağıya doğru yerini dəyişir. Azərbaycan ərazisinin böyük hissəsini Kür-Araz ovalığı əhatə edir və burada maili relyef, eləcə də uyğun geoloji şərait olmadığından sürüşmə riski aşağıdır. Lakin Kiçik Qafqazın bəzi hissələrində lokal xarakterli, Böyük Qafqazda isə gilli təbəqələrin mövcud olduğu ərazilərdə bu prosesin baş verməsi mümkündür. Yağıntıların çoxalması və ya su toplanması sürüşməni aktivləşdirir. Bu, təbii proses olsa da, həm təbii, həm də antropogen mənşəli ola bilər. Məsələn, hər hansı su borusunun qəza nəticəsində dağılması və böyük həcmdə suyun torpaq qatları arasında toplanması sürüşməyə təkan verir”.

Ekspert qeyd edib ki, dünyanın bir çox bölgəsində, eləcə də Azərbaycanda zəlzələlər nəticəsində torpağın üst qatında bu prosesin tətiklənməsi mümkündür:

“Nəticədə sürüşmə hadisələri yaşanır. Bakı şəhəri Böyük Qafqazın cənub-şərq qurtaracağında yerləşir və əsasən dağlıq-təpəlik relyefə malikdir. Bir çox ərazilərdə yamacların kəskin maili olması sürüşmə proseslərinin daha intensiv və mütəmadi xarakter almasına səbəb ola bilər. 20 Yanvar, 4-cü mikrorayon, Qələbə dairəsi, Ukrayna dairəsi, Musabəyov parkı, Bayıl yamacı və Zığ ərazisi aktiv sürüşmə zonalarına aid edilə bilər. Bu il yağıntıların çox olması səbəbindən sürüşmə hadisələrinin baş verməsi gözlənilən idi”.

A.Mustafayev deyib ki, Bakıda aparılan qeyri-effektiv şəhərsalma siyasəti, eləcə də tikintilərə icazə verilməsi zamanı tələblərə tam əməl olunmaması bu kimi hadisələrin sayını artırır:

“Yamaclar tamamilə tikintidən azad edilməlidir. Çünki həmin ərazilərdə istənilən əlavə ağırlıq torpaq qatının dayanıqlığını poza bilər. Həmçinin su təchizatı tələb edən təsərrüfat prosesləri də belə ərazilərdə məhdudlaşdırılmalıdır. Sürüşmələrin qarşısını təbii yolla almağın əsas vasitələrindən biri ağaclandırmadır. Güclü, sıx və şaxəli kök sisteminə malik ağac növlərinin əkilməsi torpağın möhkəmlənməsinə kömək edir. Yaşıllıqların torpaqtutucu funksiyası üst torpaq qatını sabit saxlaya, eyni zamanda, artıq rütubət köklər vasitəsilə buxarlanaraq riskləri azalda bilər”.

Ekoloqun sözlərinə görə, təəssüf ki, Bakıda ağac örtüyü kifayət qədər deyil:

“İnsanların sıx yaşadığı və potensial təhlükəli hesab edilən ərazilərdə isə qabaqlayıcı tədbir kimi qoruyucu istinad divarlarının layihələndirilməsi və inşası aparılmalıdır ki, sürüşmələrin mümkün nəticələri minimuma endirilsin. Potensial təhlükəli ərazilər kifayət qədərdir. Şəhərsalma prosesində geoloji və tektonik amillər düzgün qiymətləndirilməlidir. Fövqəladə hadisələrə səbəb ola biləcək risklər ciddi şəkildə nəzərə alınmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Avqust 2026 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri