Icma.az
close
up
RU
Bakı sakinlərini gözləyən təhlükə Seçim dəyişdi, risk artdı

Bakı sakinlərini gözləyən təhlükə Seçim dəyişdi, risk artdı

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Sentyabrın 15-dən etibarən ölkədə yeni dərs ilinə start verilir. Bu isə xüsusilə Bakı və Abşeron yarımadasında ictimai nəqliyyatda sıxlığın artması və uzun tıxacların yaranması mənasına gəlir.

Metro və avtobuslarda müşahidə olunan intensivlik sərnişin ünvana çatma müddətinə mənfi təsir göstərir. Həmçinin ictimai nəqliyyatda gün ərzindəki pik saatlarda müşahidə olunan sıxlıq insanların vəziyyətinin pisləşməsinə səbəb olur.

Tıxacların qarşısını almaq üçün hansı tədbirlər görülür? Sıxlıq zamanı halı pisləşən sərnişinlər üçün nə kimi imkanlar mövcuddur?

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, ilk dərs gününü indikator kimi qiymətləndirmək olar:

“Həmin gün bir çox valideynlər övladlarını məktəbə aparmaq üçün fərdi avtomobillərlə yola çıxırlar. Bu, son illərdə daha geniş yayılmış bir tendensiyadır və nəticədə sıxlıq daha da artır. Onsuz da böyük şəhərlərdə tıxaclar tez-tez müşahidə olunur. Bunun qarşısını almaq üçün fərdi nəqliyyat vasitələrindən istifadə əvəzinə ictimai nəqliyyata üstünlük verilməlidir. Şəhərin mərkəzinə avtomobillə gəlmək yerinə, avtobus, metro, dəmir yolu kimi ictimai nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə olunur. Qısa məsafələrdə isə piyadaların hərəkəti təşviq edilməlidir”.

Ekspertin bildirib ki, ictimai nəqliyyatda sıxlıq zamanı halı pisləşən sərnişinlər üçün ilkin tibbi yardım vacib məsələdir:

“Sürücülər mütəmadi olaraq təlimlərə cəlb edilir, lakin bu sahədə tədbirlərin genişləndirilməsi önəmlidir. İlkin tibbi yardımla bağlı maarifləndirici çarxların çəkilməsi və aidiyyəti qurumların fəaliyyətini intensivləşdirməsi zəruridir. Tıxacların qarşısının alınması üçün isə sistemli plan qurulmalıdır. Müşahidələr göstərir ki, daha çox fərdi nəqliyyat vasitələrinin istifadəsi uzunmüddətli tıxaclara səbəb olur. Bu səbəbdən alternativ nəqliyyat imkanlarına vaxt və resurs ayrılmalıdır”.

Ekspert əlavə edib ki, hazırda metronun genişləndirilməsi və təmiri ilə bağlı dövlət proqramı var:

“İşlərə bu ilin sonundan başlanacaq və 2026-cı ilə qədər davam edəcək. 2030-cu ilə qədər metronun təmiri və yeni xətlərin tikintisi tamamlanmalıdır.

Bundan başqa, şəhərətrafı elektrik qatarlarının da təkmilləşdirilməsi planlaşdırılır. Cari ilin sonuna qədər Dərnəgül dayanacağının istifadəyə verilməsi gözlənilir. Bu, xüsusilə Sumqayıt və Xırdalan istiqamətində yaşayanlar üçün böyük rahatlıq yaradacaq.

Həmçinin oxuyun:

Bakıda tıxac labirinti: Saatlara eyni yolda qalırlar – Çıxış yolu nədir?

Əgər indiyədək səfərlər yalnız “28 May” stansiyası üzərindən mümkün idisə, artıq “Dərnəgül” stansiyası da bu rolu yerinə yetirəcək. Elektrik qatarlarında bu il üçün hədəf gündəlik 50 min sərnişin daşımaqdır. Növbəti 5 ildə qeyd olunan rəqəmin 250 minə çatdırılması planlaşdırılır. Yeni istiqamətlər — Maştağa-Bağlar-Buzovna, Bakıxanov-Suraxanı, Binə-Qala və Bakıxanov-Suraxanı-Hövsan xəttlərinin istifadəyə verilməsi, eyni zamanda 20 yeni qatarın alınması da nəzərdə tutulur”.


Rauf Ağamirzəyev

R.Ağamirzəyevin sözlərinə görə, avqust-sentyabr aylarında 200 yeni avtobus xəttə buraxılacaq:

“Bu proses sistemli şəkildə davam etdiriləcək. 2025–2030-cu illərdə isə ümumilikdə avtobus parkının yenilənməsi nəzərdə tutulur. Köhnə avtobuslar istismardan çıxarılacaq və say 2200-dən 2800-ə çatdırılacaq. Yerli istehsal da dəstəklənir.

Avtobus zolaqlarının artırılması ictimai nəqliyyatın da cəlbediciliyini artırır və sərnişin sayında yüksəlmə müşahidə edilir. Bu sahədə şəbəkənin genişləndirilməsi və təkmilləşdirilməsi zəruridir.

Ən vacib elementlərdən biri isə piyada infrastrukturudur. Dövlət proqramında nəzərdə tutulan bu istiqamətdə işlər təxirə salınmadan icra olunmalıdır. Şəhərdə insanlar qısa məsafəni rahat şəkildə piyada qət edə bilməlidirlər. Piyadaların qarşısını kəsən baryerlər, böyük ölçülü köşklər və dar səki problemləri aradan qaldırılmalıdır. Köşklərin və səki ölçülərinin düzgün tənzimlənməsi hərəkətə mane olmamalıdır”.

Ekspert avtomobillərin piyada keçidlərinin üzərində park edilməsinin ciddi problem yaratdığını vurğulayıb:

“Belə hallara qarşı sərt tədbirlər görülməli, ictimai rəy də bu məsələdə dəstəkləyici olmalıdır.

Bütün bu sadalanan tədbirlər həyata keçirilərsə, şəhərdaxili nəqliyyatda sıxlığın azaldılmasına əhəmiyyətli töhfə verilmiş olar”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri