Icma.az
close
up
RU
Bakı Şəhər Prokurorluğunun 2024cü il üzrə görülən işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi keçirilib

Bakı Şəhər Prokurorluğunun 2024cü il üzrə görülən işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi keçirilib

Icma.az, Report.az saytına istinadən bildirir.

Azərbaycan Respublikası Baş prokurorunun rəhbərliyi ilə Bakı şəhər prokurorluğu tərəfindən 2024-cü il üzrə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi keçirilib.

Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Yanvar ayının 15-də Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 2024-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Müşavirəni giriş nitqi ilə açan Baş prokuror Kamran Əliyev bildirib ki, 2024-cü il dövlətimiz, eləcə də xalqımız üçün bir sıra əlamətdar və tarixi hadisələrlə yadda qalmışdır. İlk dəfə ərazilərimizin suverenliyinin tam təmin olunduğu şəraitdə 7 fevral 2024-cü il tarixdə keçirilmiş növbədənkənar seçkilərdə möhtərəm Prezident cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.

Bundan əlavə yola salınan ildə paytaxtımız bir sıra dünya miqyaslı tədbirlərin keçirilməsinə ev sahibliyi edib. Belə ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP 29), həmçinin 27 sentyabr - 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası, 29-cu İllik Konfransı və Ümumi Yığıncağının Bakı şəhərində yüksək təşkilatçılıqla keçirilməsi təmin olunub.

Baş prokuror bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində paytaxtımızın inkişafı, abadlaşdırılması, vətəndaşlarımızın rahat həyat şəraitinin və istirahətlərinin təmininə istiqamətlənmiş kompleks tədbirlərin icrası 2024-cü ildə də davam etdirilmişdir. Bakıda “Xaqani” bağının, Mərkəzi Parkın üçüncü hissəsinin və Mərkəzi Nəbatat Bağının və vətəndaşlarımızın istifadəsinə verilmiş bir sıra digər park, müəssisə, tarixi və mədəni abidələrin açılışı bu kimi tədbirlərə misal göstərilmişdir.

Çıxışı zamanı Baş prokuror eyni zamanda Azərbaycan Respublikası Prokurorluğuna göstərilən dövlət qayğısından bəhs edərək məhz bu sayədə hesabat dövründə əməkdaşların xidməti iş şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra prokurorluqların, o cümlədən Bakı şəhəri Nərimanov rayon prokurorluğunun ən müasir standartlara cavab verən yeni inzibati bina ilə təchiz edildiyini bildirib.

Kamran Əliyev tərəfindən qeyd edilib ki, əvvəlki ildə olduğu kimi 2024-cü ildə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Bakı şəhərinin rayon prokurorluqları tərəfindən vətəndaşların qəbulu həyata keçirilməklə qəbulda olmuş ümumilikdə 587 vətəndaşın müraciətləri üzrə müvafiq tədbirlər görülmüşdür.

Hesabat dövründə görülmüş işlərə münasibətdə isə diqqətə çatdırıldı ki, Bakı şəhər prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində zəruri işlər görülmüşdür.

Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri Elşən Abbasov hesabat dövründə paytaxtın prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, Baş prokurorun rəhbər göstərişlərinin icrası istiqamətində görülən işlər barədə məlumat vermişdir.

Qeyd olunmuşdur ki, 2024-cü il ərzində Bakı şəhər prokurorluq orqanlarında 649 cinayət işinin ibtidai istintaqı aparılmış və həmin cinayət işlərindən 194-nün istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmiş, habelə hesabat dövründə prokurorluq orqanları tərəfindən istintaq edilmiş cinayət işləri üzrə müəyyən edilmiş 16 milyon 979 min 167 manat maddi ziyandan 12 milyon 425 min 084 manatının (73,2%) ödənilməsi təmin olunmuşdur. Bundan əlavə 2024-cü ildə Bakı şəhər prokurorluq orqanlarına 21411 müraciət daxil olmuş, həmçinin Bakı şəhər Prokurorluğunda 2387, tabe rayon (şəhər) prokurorluqlarında isə 6831 olmaqla, ümumilikdə 9218 vətəndaş qəbul edilərək dinlənilmiş, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilmişdir.

Həmçinin vurğulandı ki, 2024-cü il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14925 cinayət hadisəsi qeydiyyata alınmışdır ki, onların 88,8 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə qurulmuş peşəkar əməkdaşlıq münasibətləri zəminində həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə qeydə alınmış 50, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilib.

Xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılmış, şəhər prokurorluq orqanları əməkdaşlarından 1 nəfər intizam məsuliyyətinə cəlb olunaraq tutduğu vəzifədən azad edilmiş, 15 əməkdaşa xəbərdarlıq edilmişdir.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev şəhər prokurorluğunun struktur qurumları və tabe rayon prokurorluqlarının hər birinin fəaliyyətini təhlil edərək cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti, müraciətlərə baxılması, vətəndaşların qəbulu, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində konkret tapşırıqlar vermişdir.

MƏLUMAT YENİLƏNİR...

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Yanvar 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri