Icma.az
close
up
RU
Bakı şəhəri zəlzələ təhlükəsinə qarşı yüksək səviyyədə hazırlıqlı olmalıdır

Bakı şəhəri zəlzələ təhlükəsinə qarşı yüksək səviyyədə hazırlıqlı olmalıdır

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


"Azərbaycan ərazisi geoloji baxımdan Alp-Himalay seysmik qurşağında yerləşir və bu səbəbdən ölkə ərazisi zəlzələ riski yüksək olan regionlar sırasında yer alır. Tarixi mənbələr və müasir seysmoloji tədqiqatlar göstərir ki, ölkə ərazisində zaman-zaman dağıdıcı zəlzələlər baş verib. Bu isə təbii fəlakət risklərinin hələ də aktual problem olaraq qaldığını göstərir".
Bu fikirləri Newscenter.az-a ADPU-nun tarix və coğrafiya fakültəsinin məzunu Anar Salehoğlu İstanbulda bu günlərdə baş verən güclü zəlzələdən sonra regionumuzda da seysmik aktivliyin artma ehtimalından danışarkən səsləndirib. O bildirib ki, paytaxt Bakı şəhəri həm əhali sıxlığı, həm də iqtisadi əhəmiyyət baxımından zəlzələyə qarşı xüsusi hazırlıq tələb edən zonadır:
"Azərbaycan ərazisində seysmik aktivlik yüksəkdir və bu, ölkənin müxtəlif bölgələrində fərqli intensivlikdə zəlzələlərin baş verməsinə səbəb olur. Statistik göstəricilərə əsasən 2023-cü ildə ölkə ərazisində 6200-dən çox seysmik hadisə qeydə alınıb. Onlardan əksəriyyəti zəif və hiss olunmayan zəlzələlər olub. Ancaq bütün bunları gözardı etmək olmaz. Gələcək dövrlərdə baş verə biləcək mümkün təhlükələrə hazırlıqlı olmağımız vacibdir".

Anar Salehoğlunun sözlərinə görə, əhalini narahat edən ən əsas məqam isə paytaxt Bakının zəlzələyə qarşı dözümlülüyü məsələsidir:
"Abşeron yarımadasında yerləşən Bakıda seysmik aktivlik orta səviyyədədir. Lakin şəhərin böyük ölçüdə urbanizasiyası və əhali sıxlığı riskləri artırır. Azərbaycan ərazisində zəlzələ risk zonaları Seysmik Risk Xəritəsi (2020) əsasında təsnif olunur. Bakı şəhəri bu xəritəyə görə 8-9 ballıq seysmik təsir zonasına daxildir.
1999-cu ildən etibarən qəbul edilən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və sonrakı illərdə tətbiq edilən DBN (dövlət tikinti normaları) sənədləri yeni binaların zəlzələyə davamlı tikilməsini tələb edir. Bu qaydaya uyğun tikilən binalarda risklər azdır. Ancaq qayda pozuntuları əsasında ərsəyə gələn yeni binaların dözümlülüyü məsələsi şübhəli olaraq qalır. Sovet dövründə tikilmiş çoxmənzilli binaların da böyük hissəsi müasir seysmik standartlara cavab vermir. Bu isə potensial zəlzələ halında ciddi dağıntı riski yaradır. Ən əsas məsələlərdən biri də vətəndaşların maarifləndirməsidir. Bu məsələ ilə müxtəlif qurumlar məşğul olurlar. Fövqəladə Hallar Nazirliyi mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirir. Məktəblərdə və ictimai müəssisələrdə təlimlər aparılsa, geniş əhali təbəqəsi üçün bu tədbirlər qeyri-kafi hesab oluna bilər".
O deyib ki, Azərbaycanın seysmik aktiv zonada yerləşməsi ölkə üçün potensial təhlükə yaratmaqda davam edir:
"Bakı şəhəri isə bu təhlükəyə qarşı daha yüksək səviyyədə hazırlıqlı olmalıdır. Bunun üçün köhnə tikililərin seysmik ekspertizası keçirilməli və gücləndirilməsi təmin edilməlidir. Yeni tikililərdə seysmik dayanıqlılıq standartlarına tam riayət olunmalıdır. Əhali arasında maarifləndirmə işləri genişləndirilməli, fövqəladə hallarda davranış qaydaları tədris olunmalıdır".
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Aprel 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri