Icma.az
close
up
RU
Bakı səkilərinin işğal ı davam edir, piyada yeriməyə yol axtarır... Ya cərimə yoxdur, ya da tətbiq edən

Bakı səkilərinin işğal ı davam edir, piyada yeriməyə yol axtarır... Ya cərimə yoxdur, ya da tətbiq edən

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir müddət əvvəl Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində ağacların dibinin asfaltlanması məsələsi gündəmə gətirilmişdi. Küçədə yeni kompleks tikildiyi üçün kompleksin qarşısında olan ərazidə ağacların dibi asfaltlanmışdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məsələdən xəbərdar olmadığını açıqlasa da, bildirmişdi ki, bu prosesi həyata keçirən yol idarəsi cəzalandırılacaq. Kimsə cəzalandırılsa da, reallığı dəyişmək mümkün deyil.

Xatırladaq ki, 2025–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində Bakı Şəhər İcra hakimiyyətinə Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlər görülməsi tapşırılıb.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev İsmayıl Hidayətzadə küçəsində səkilərin zəbt olunması ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sistemli (strukturlaşdırılmış) urbanistik və idarəetmə problemlərini aşağıdakı şəkildə qeyd etmək olar: “Səkilər piyadalar üçündür, lakin qanunsuz olaraq avtomobillər üçün dayanacaq (parkinq) məkanına çevrilir. Səkinin funksiyası dəyişsə də, buna nə qanuni əsas, nə də müvafiq icazə göstərilir”.

Rauf Ağamirzəyev

Rauf Ağamirzəyev qeyd edib ki, şəhər planlaşdırmasında piyadaların nəzərə alınmaması da diqqət çəkir: “Yeni tikililər layihələndirilərkən piyadaların hərəkəti və təhlükəsizliyi nəzərə alınmır. Tikinti obyektlərinin qarşısında piyadalara yer buraxılmadan avtomobillər üçün sahə yaradılır”.

Nəqliyyat məsələləri üzrə ekspert vurğulayıb ki, obyektlərin qarşısında olan səkilər obyektin "əmlakına" çevrilir. Bu sahələr ya parkinq, ya da masa yerləşdirilən kommersiya zonaları kimi istismar edilir. Bu da ictimai məkana müdaxilə və şəhərin özəlləşdirilməsi deməkdir. Əksər hallarda şikayət olmadan vəziyyət illərlə davam edir. Cərimə və ya bərpa mexanizmləri ya yoxdur, ya da tətbiq olunmur. Vətəndaşların şikayətləri çox zaman nəticəsiz qalır”.

Rauf Ağamirzəyev vurğulayıb ki, aidiyyəti qurumlar arasında koordinasiya olmaması da əsas problemlərdən biri kimi nəzərə alına bilər. Ekspertin fikrincə, bu kimi vəziyyətlər təkcə bir küçəyə aid deyil, Bakının bir çox ərazisində müşahidə edilən sistemli şəhərsalma böhranın simptomudur.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 İyul 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see280

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see257

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see200

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see189

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see151

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see151

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see135

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see134

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see133

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see132

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see131

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see131

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see131

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see126

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see125

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see125

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see124

“Uşağım məktəbdən müəllimlərin səhlənkarlığına görə yıxılıb” Video

23 Oktyabr 2025 11:19see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri