Icma.az
close
up
RU
Bakı Sumqayıt yolunda hər il yük maşınları bu arakəsməyə ÇIRPILIR

Bakı Sumqayıt yolunda hər il yük maşınları bu arakəsməyə ÇIRPILIR

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı-Sumqayıt magistralının Xırdalandan keçən hissəsində, xüsusilə də "Riyad" Ticarət Mərkəzinin qarşısında baş verən yol qəzaları artıq adi hal alıb.

BAKU.WS-in məlumatına görə, yaxınlıqda yaşayan şəxslər artıq həmin ərazini "təhlükəli zolaq" adlandırırlar.

Buna səbəb isə adı çəkilən ərazidə tez-tez yük maşınlarının iştirakı ilə qəzaların baş verməsidir. Ötən gün həmin yolda yenidən ağır qəza baş verib. Yük maşını növbəti dəfə arakəsməyə çırpılaraq qəza törədib.

Yerli sakinlər bildirir ki, son bir il ərzində eyni nöqtədə dəfələrlə qəza baş verib. Oxşar hadisə 24 oktyabr 2024-cü ildə də qeydə alınıb və onun görüntüləri yayılıb.

Sürücülər hesab edir ki, bu hissədə həm işıqlandırma sistemi, həm də arakəsmə və nişanlanma yenilənməlidir. Əks halda, magistralın bu hissəsində oxşar hadisələrin təkrarlanması qaçılmaz olacaq.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev hadisə ilə bağlı BAKU.WS-ə qeyd edib ki, Abşeronun öz trafikinə, yəni Bakı, Xırdalan, Sumqayıt üzrə gedən və şimal, cənub və yaxud şəhərə tranzit gələn fərqli istiqamətlərdən, amma Bakını görmədən gedən bir yolun inkişafına diqqət ayrılmalıdır:

"Bu, R-6 H.Z.Tağıyev-Sahlyoludur. Onu dörd zolağa uyğun təkmilləşdirmək gərəkdir və Bakıya daxil olmadan H.Z.Tağıyev qəsəbəsindən yük maşınlarının hərəkət etməsini təmin etmək olar. Çünki Bakı, Xırdalan və Sumqayıt arasında da yetərincə böyük bir trafik var. Biz bir yola fərqli tranzit daşımaları yükləmişik və bunun yan fəsadı olur.

Birinci növbədə axınlar ayrılmalıdır. Müəyyən say avtomobil, xüsusən də yük avtomobilləri o yola keçməlidir. Hətta düşünürəm ki, o yolu inkişaf etdirdikcə ümumi olaraq bu yoldan yük maşınlarının həmin o kənar yolla ötürülməsi daha vacibdir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Bakı-Sumqayıt istiqamətində yaşayış məntəqələri düz yolun kənarındadır və bu, artıq həmin yolun yeni təhlükəsizlik məsələsini bir daha qabardır. Bu yolda daha çox sürəti azaldan həllərin tətbiqinə ehtiyac var. Alternativ digər yolları əlavə etməklə bu yolun sürət limiti də azaldılmalıdır və infrastrukturda təkmilləşdirmə işləri aparılmalıdır ki, qəzaların önünü kəsmək mümkün olsun".

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Noyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see206

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see155

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see139

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see138

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri