Icma.az
close
up
RU
Bakı Tiflis qatarı: sərhəddə keçid müddəti 2 dəfə...

Bakı Tiflis qatarı: sərhəddə keçid müddəti 2 dəfə...

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) beynəlxalq dəmir yolu daşımalarının inkişafı, sərhəd keçmə proseslərinin sürətləndirilməsi, tranzit imkanlarının artırılması və rəqəmsal inteqrasiyanın genişləndirilməsi istiqamətində işləri davam etdirir.

QSC-dən Axar.az-a verilən məlumata görə, bu məqsədlə Azərbaycan və Gürcüstanın dəmir yolu administrasiyalarının, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Böyük-Kəsik stansiyasında görüş keçirilib.

Görüşdə dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması müzakirə olunub. Azərbaycan–Gürcüstan sərhədində yük qatarlarının keçid prosesi, vaxt itkisinə səbəb olan amillər və sərhəd keçmə müddətinin azaldılması imkanları nəzərdən keçirilib. Tərəflər həmçinin regional nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Əsas mövzulardan biri də rəqəmsal həllərin və elektron məlumat mübadiləsinin genişləndirilməsi olub. ADY ilə Gürcüstan Dəmir Yolları arasında qatarlar və yüklər barədə məlumatların real vaxt rejimində elektron mübadiləsi imkanları ətraflı müzakirə edilib, aidiyyəti dövlət qurumlarının, o cümlədən gömrük idarələrinin informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.

Bakı–Tiflis marşrutu üzrə əlavə reysin təşkili ilə bağlı hazırlıq işləri də müzakirə olunub. Sərnişinlərin rahatlığının artırılması məqsədilə sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi, nəzarət proseslərinin daha çevik və müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Azərbaycanla Gürcüstan arasında yükdaşımaların səmərəliliyinin artırılması və Orta Dəhlizin tranzit imkanlarının gücləndirilməsi məqsədilə ayrıca işçi görüş də keçirilib. Görüşdə ADY-yə məxsus elektrik lokomotivlərinin Böyük Kəsik–Tiflis–Böyük Kəsik marşrutu üzrə qatar tərkibi ayrılmadan fasiləsiz işləməsinin təşkili barədə qərar qəbul edilib.

Tərəflər vaqonlara texniki baxış prosedurlarının təkrarlanmasının aradan qaldırılması barədə yeni yanaşmanın tətbiqinin əhəmiyyətini vurğulayıblar. Yeni yanaşmaya əsasən, əvvəllər həm Böyük Kəsik, həm də Qardabani stansiyalarında aparılan vaqon baxışının Azərbaycan–Gürcüstan istiqaməti üzrə yalnız Böyük Kəsik stansiyası, Gürcüstan–Azərbaycan istiqamətində isə Tiflis qovşaq stansiyasında həyata keçirilməsi nəzərdə tutulur. Bu optimallaşdırma sərhəd keçidinin daha çevik təşkilinə və yük qatarlarının keçid müddətinin 2 dəfə azaldılmasına imkan verəcək. Artıq marşrut üzrə çevik yük əməliyyatları uğurla test olunub.

Bu yenilik Azərbaycan və Gürcüstan arasında dəmir yolu əməkdaşlığının yeni mərhələyə keçməsinə, Orta Dəhliz üzrə yükdaşımaların rəqabətqabiliyyətinin artmasına və tranzit vaxtının azalmasına şərait yaradacaq. Eyni zamanda, beynəlxalq logistika zəncirinin daha dayanıqlı fəaliyyətinə, sərnişin qatarlarına əlavə vaqonların qoşulmasına və yeni reyslərin təşkili zamanı əməliyyatların daha çevik yerinə yetirilməsinə töhfə verəcək.

ADY beynəlxalq tərəfdaşlarla birlikdə dəmir yolu infrastrukturunun yenilənməsi, daşıma proseslərinin optimallaşdırılması və rəqəmsal həllərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. Məqsəd Azərbaycanın regionun aparıcı nəqliyyat və logistika mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirməkdir.

Qeyd edək ki, son illərdə ADY tərəfindən Böyük Kəsik istiqamətində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib. Görülən işlər nəticəsində sərhəd keçidi məntəqəsinin ötürücülük qabiliyyəti əhəmiyyətli dərəcədə artırılıb, dəmir yolu infrastrukturu müasir tələblərə uyğun yenilənib, qatarların qəbulu və yola salınması imkanları genişləndirilib.

Ərazidə rəqəmsal idarəetmə sistemlərinin tətbiqi beynəlxalq tranzit daşımalarının etibarlılığını da artırıb. Bu investisiyalar Orta Dəhlizin tranzit potensialının və regionun nəqliyyat-logistika imkanlarının gücləndirilməsinə mühüm töhfə verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Avqust 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see277

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see274

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see263

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see242

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see241

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see230

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see217

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see215

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see212

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see208

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see204

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see198

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see186

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see185

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see184

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see183

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see183

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see181

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see180

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri