Icma.az
close
up
RU
Bakı üçün müsbət anons: Ciddi irəliləyiş olacaq

Bakı üçün müsbət anons: Ciddi irəliləyiş olacaq

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın indiyə qədər əldə etdiyi uğurlar və qarşıdakı strateji hədəfləri baxımından böyük maraqla qarşılanıb. Dövlət başçısı ölkənin sosial-iqtisadi inkişafı, regionda mövqeyi, Ermənistanın hərbi büdcəsi və Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsi kimi mühüm məsələlərə toxunub.

Globalinfo.az “crossmedia”ya istinadən bildirir ki, Hilal Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Arzuman Abdulkərimov Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəni şərh edib.

A.Abdulkərimovun fikrincə, bu müsahibə Azərbaycanın indiyə qədər keçdiyi və bundan sonra keçəcəyi yolun aydın bir xarakteristikasını təqdim edib:

“Mən Prezidentin yerli televiziyalara verdiyi müsahibəni dinlədim və bu müsahibə çoxşaxəli, bütün sahələri əhatə edən, Azərbaycanın indiyə qədər keçdiyi və bundan sonra keçəcəyi yolu gözəl xarakterizə edir. Sosial-iqtisadi məsələlərə də kifayət qədər yer ayrılmışdı. Azərbaycanın iqtisadi inkişafı, 2025-ci ilin büdcəsinin indiyə qədər olmadığı qədər yüksək hədəfə çatdırılması, büdcənin təxminən 50 milyard manata yaxınlaşması, gələcəkdə Azərbaycanın iqtisadi inkişafı və sosial-iqtisadi məsələlərin gücləndirilməsinə dövlətin ciddi önəm verdiyini göstərir. Ermənistanın silahlanmasının yaratdığı təhdid əsas verir ki, biz də hərbi potensialımızı artıraq. Bu baxımdan da hərbi büdcəmiz 8.5 milyard manata çatdırılmışdır”.


Arzuman Abdulkərimov 

Prezidentin qeyd etdiyi məsələlər arasında Ermənistanın hərbi büdcəsini artırması da xüsusi yer tutub:

“Prezident qeyd etdi ki, büdcəmizin gücləndirilməsi Ermənistanın ciddi şəkildə silahlandırılması ilə də bağlıdır. Cənubi Qafqazda ən güclü dövlət olaraq, Ermənistanın həm xarici havadarları, həm də daxildə hərbi büdcəsini artırmaqla Azərbaycandan öndə olmaq istədiyini anlayırıq. Buna baxmayaraq, Azərbaycan həm iqtisadi, həm də hərbi sahədə ciddi nailiyyətlərə imza atır və gələcəkdə də belə olacaq”.

Ekspertin sözlərinə görə, müsahibədə diqqət çəkən digər məqamlar isə Azərbaycanın gələcək strateji planları və regiondakı mövqeyi ilə bağlı olub:

“Müsahibədə diqqətimi ən çox çəkən məsələlərdən biri Azərbaycanın gələcək strateji planları və regiondakı mövqeyi ilə bağlı prezidentin səsləndirdiyi fikirlər oldu. Azərbaycan bu dövr ərzində ciddi diplomatik və siyasi sınaqlardan keçib. Prezident açıq şəkildə qeyd etdi ki, qonşularımızdan hansı təhdidlərin gəldiyini bilirik”.

Abdulkərimov İranla bağlı məsələlərə də toxunaraq deyib: “Son dövrlərdə İranın bəzi mollalarının Azərbaycan dövlətinə və onun Prezidentinə qarşı təhdidləri cavabsız qalmamalıdır. Azərbaycan ictimaiyyətinin də bu məsələdə öz fikrini açıq şəkildə bildirməsi vacibdir. Biz tələb edirik ki, həmin molla öz səhvini etiraf etməli və Azərbaycan xalqından üzr istəməlidir”.

O bildirib ki, Prezidentin müsahibəsində ən önəmli məqamlardan biri Türk dövlətləri ilə münasibətlərin daha da genişləndirilməsi oldu:

“Azərbaycan və Türkiyə arasında münasibətlərin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün yol xəritəsi təqdim edildi. Türkiyə ilə həm təhlükəsizlik, həm hərbi məsələlərdə birgə olduğumuzu, Azərbaycanın Türkiyənin maraqlarını dəstəklədiyini prezident vurğuladı. Bu, bizə əsas verir ki, Azərbaycanın xarici siyasətində gələcəkdə də mühüm nailiyyətlər əldə olunacaq. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində və Türkiyə ilə münasibətlərdə ciddi irəliləyişlərin olacağını gözləyirik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri