Icma.az
close
up
RU
Bakı Ukrayna ilə bağlı danışıqlar məkanına çevrilə bilər Ən optimal variant budur (TƏHLİL) AzPolitika onlayn siyasiictimai qəzet

Bakı Ukrayna ilə bağlı danışıqlar məkanına çevrilə bilər Ən optimal variant budur (TƏHLİL) AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynadakı müharibə atəşkəslə bağlı danışıqların mümkün olduğu növbəti mərhələyə yaxınlaşır. ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp artıq Ukrayna prezidenti ilə, onun nümayəndələri isə Ukrayna rəhbərliyi ilə görüşüb. Bununla yanaşı, Baş nazir Viktor Orban Trampa baş çəkdikdən sonra Rusiya prezidenti ilə müzakirələr aparıb. Aydındır ki, Tramp prezidentliyinin elə ilk günlərində öz nizamlanma düsturunu irəli sürəcək və onu təzyiq yolu ilə qəbul etdirməyə çalışacaq.

Ukrayna və Rusiyanın hərbi-siyasi rəhbərliyi, öz növbəsində, həm bir-birinə, həm də üçüncü tərəflərə maksimum tələblər və gözləntilər irəli sürərək, mümkün atəşkəs haqqında öz fikirlərini çatdırır. Məsələn, Kiyevin gözləntiləri arasında NATO-ya qoşulma bəndi var, Moskva isə atəşkəsi Rusiyaya qarşı sanksiyaların azaldılması ilə əlaqələndirir.

Hazırda Trampın komandası danışıqların gündəliyini sistemləşdirir, onların məkan və formatlarını müəyyənləşdirir. Danışıqlar məkanına çevrilməyə çalışan ölkələri nəzərdən keçirək:

- Türkiyə – Rusiya və Ukrayna arasında danışıqların təşkilində təcrübəyə malikdir, Moskva və Kiyevlə daimi təmasdadır və danışıqlar prosesinin təfərrüatlarına tam olaraq bələddir. Lakin... o, NATO üzvüdür, Suriyadakı hadisələrdən və Astana formatının dağılmasından sonra Rusiya ilə qarşılıqlı əlaqələrnin xarakteri dəyişib. Ankara həm Rusiya, həm də ABŞ/Aİ ilə münasibətlərdə danışıqlar prosesini manipulyasiya etməyə meyllidir.

- Çin/Braziliya - danışıqlar təşəbbüsü ilə çıxış edib, lakin nə Kiyev, nə də Moskva bu təşəbbüsü yüksək qiymətləndirməyib. Belə ki, burada çərçivə və müddəalar çox ümumidir, konkretlik yoxdur. Bununla yanaşı, Ukraynadakı müharibə mövzusunun Pekin və Vaşinqtonun gündəm mövzusuna çevriləcəyi gözlənilir.

- Macarıstan – Baş nazir Orban Tramp və Putin arasında vasitəçi olmağa çalışdı və buna nail oldu. Lakin... Zelenski ilə əlaqə saxlamaq mümkün deyil, Orbanı Kiyevdə qəbul etmirlər.

- Səudiyyə Ərəbistanı, BƏƏ, Hindistan müxtəlif dövrlərdə mesajların ötürülməsində, hərbi əsirlərin mübadiləsində iştirak etmiş və Moskva, Vaşinqton, Kiyevlə rəvan münasibətləri olan ölkələrdir. Bununla belə, Tramp administrasiyası bu ölkələrlə münasibətlərlə bağlı öz gündəmini formalaşdıracaq və Ukrayna mövzusunun bu gündəmdə olacağı dəqiq deyil... amma hər şey mümkündür.

Qeyd edək ki, danışıqlar müxtəlif formatlarda aparıla bilər:

• Rusiya-Ukrayna
• Rusiya-ABŞ-Ukrayna
• Rusiya-ABŞ (Ukrayna haqqında)
• Çin-ABŞ (Rusiya haqqında)

Beləliklə də, hazırda danışıqlara ciddi hazırlıq müşahidə olunur. Məkik diplomatiyası və məxfi diplomatiya elementləri ilə əsas görüşü hazırlamaq üçün paytaxtlarda və ya üçüncü ölkələrdə birbaşa təmaslar aparılır.

Görüş yeri - Bakı
Azərbaycanın bütün səviyyələrdə görüşlərin təşkilində təcrübəsi var və Bakı Rusiya-ABŞ/NATO Baş Qərargah rəhbərlərinin görüş yeri olub. Azərbaycan NATO və KTMT hərbi-siyasi bloklarının üzvü deyil. Rəsmi Bakı Moskva və Kiyevlə etibarlı münasibətlər qurub. 2022-ci ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin Kiyevə (14 yanvar) və Moskvaya (22 fevral) səfərləri Ukrayna və Rusiya ilə münasibətlərin səviyyəsini yüksəldib. Son zamanlar Azərbaycan Rusiya qazının Avropaya nəqli məsələsinin həll oluna biləcəyi ölkə hesab olunurdu. Bu ilin fevralında Prezident Zelenski Münhendə Prezident İlham Əliyevlə görüşdə qaz probleminin həllində vasitəçi olmağı xahiş etmişdi. Bu görüşdən sonra Azərbaycan və Ukrayna mütəxəssisləri arasında çoxsaylı məsləhətləşmələr aparılıb. Bu mövzunun öz həllini tapmaması mövzunun bağlanması demək deyil. Burada əsas odur ki, Bakı vasitəçi oldu və hər iki tərəf Azərbaycanın bu roluna etimad göstərdi. Azərbaycan danışıqlar prosesini manipulyasiya edə bilməz, çünki onun marağı və müvafiq resursları yoxdur. Azərbaycan Rusiya ilə Ukrayna arasında vasitəçilik xidmətlərinə görə Tramp administrasiyasından heç nə tələb etmir.

Beləliklə də, Azərbaycanın Ukrayna böhranı ilə bağlı müxtəlif formatlarda danışıqlar məkanına çevrilmək üçün imkanı var və Bakı buna hazırdır.

(Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Dekabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri