Icma.az
close
up
RU
Bakı üzrə attestat qiymətləri əla olan abituriyentlərindən 3,95 % i 200 baldan aşağı nəticə göstərib

Bakı üzrə attestat qiymətləri əla olan abituriyentlərindən 3,95 % i 200 baldan aşağı nəticə göstərib

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı üzrə attestat qiymətləri əla olan abituriyentlərindən 3,95 %-i 200 baldan aşağı nəticə göstərib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

Bildirilib ki, ötən il şəhərin ümumtəhsil müəssisələrini 28 min 203 şagird bitirib və onların 28 min 115 nəfəri buraxılış imtahanında iştirak edib.

Şəhərin məzunlarının buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta bal (62,03) respublika üzrə orta göstəricidən 11,66 %, riyaziyyat fənni üzrə topladıqları orta bal (38,05) 11,59 %, xarici dil fənni üzrə topladıqları orta bal (51,73) 21,12 %, hər üç fənn üzrə birlikdə topladıqları orta bal (151,80) isə 14,92 % yuxarıdır.

Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 12,78 %-i 30 və daha az, 43,89 %-i 30-70 intervalında, 43,33 %-i 70-dən çox bal toplayıb. Riyaziyyat fənni üzrə bu göstəricilər müvafiq olaraq 52,82 %, 27,85 % va 19,33 %, xarici dil fənni üzrə isə 30,29 %, 37,26 % və 32,46 % olub. Ümumilikdə 28 min 113 nəfər attestat alıb.

Attestat alanların 77,61 %-i (21 min 819 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 92,48 %-i (26 min nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib.

Qəbul imtahanlarının nəticələrinə əsasən, şəhərin 14 min 225 məzunu (imtahanlarda iştirak edənlərin 54,71 %-i) tələbə adını qazanıb. Onların 53,08 %-i (7551 nəfəri) dövlət, 3,53%-i (502 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 31,36 %-i (4461 nəfəri) dövlət, 12,03 %-i (1711 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olub.

Şəhərin məzunlarının 3073 nəfəri 500-dən, o cümlədən 964 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub. Abituriyentlərin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb:

0-100 intervalında 8,24 % (1798 nəfər), 100-200 intervalında 23,82 % (5197 nəfər), 200-300 intervalında 21,83 % (4763 nəfər), 300-500 intervalında 32,03 % (6988 nəfər), 500-dən yuxarı 14,08 % (3073 nəfər). Beləliklə, şəhər abituriyentlərinin yalnız 46,11 %-i 300-dən yuxarı bal toplayıb.

Şəhərin attestat qiymətləri əla olan abituriyentlərindən 3,95 %-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 50,44 %-dir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyun 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri