Icma.az
close
up
RU
“Bakı və İrəvan arasında bunun reallaşması üçün onilliklər lazımdır” MÜHÜM DETALLAR KONKRET

“Bakı və İrəvan arasında bunun reallaşması üçün onilliklər lazımdır” MÜHÜM DETALLAR KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“Sülh müqaviləsi imzalandıqdan sonra ermənilər Bakıda yaşaya, azərbaycanlılar da vaxtilə məskunlaşdıqları ərazilərə qayıda bilərlər”. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Bəs görəsən, Simonyanın dedikləri real ola bilərmi, yoxsa bu fikirlərin arxasında başqa məqamlar dayanır? Ümumiyyətlə, Simonyanın dediyi proses hansı mexanizmlə həyata keçirilə bilər?

Mövzunu KONKRET.az-a politoloq Oqtay Qasımov şərh edib:

“Simonyanın fikirlərinin yaxın gələcəkdə reallaşması mümkün deyil. Simonyan bu fikirləri səsləndirərkən vaxtilə Ermənistanda yaşayan azərbaycanlıların durumuna diqqət çəkmək istəyib. O zamanlar hər iki tərəfdə yüz minlərlə insan bərabər yaşayırdı. Ancaq Ermənistanın nasist ideyaları tərəflər arasında əlaqələri məhv etdi və münaqişə yarandı. Beləcə, azərbaycanlılar öz yurdlarından didərgin düşdülər. İndi Simonyan demək istəyir ki, sülh olsa, münasibətlər normallaşa bilər. Əlbəttə biz də hesab edirik ki, sülh müqaviləsi imzalansa, Cənubi Qafqazda təhdidlər ortadan qalxacaq, gərginliklər azalacaq, əməkdaşlıq mühiti formalaşacaq. Bu da hər üç ölkənin maraqlarına uyğundur. Ancaq nəzərə almalıyıq ki, Azərbaycan və Ermənistan arasında münaqişə 40 ilə yaxındır davam etməkdədir. On minlərlə insan bu savaşın qurbanına çevrilib. Bir milyon insan qaçqın düşüb, onların evləri dağıdılıb. Bu yaralar dərin olduğu üçün onların sağalması da uzun proses tələb edir. Üstəlik, Ermənistan cəmiyyəti hələ də nasist və revanşist düşüncələrlə aşıb-daşır. Bu, o deməkdir ki, belə cəmiyyətlə sülhün əldə olunması problemli görünür. Gələcək etimad mühitinin yaranması da çox uzun illər apara bilər. Yəni söhbət onilliklərdən gedir. Odur ki, sülh müqaviləsi imzalansa da, Simonyanın dediklərinin reallaşması yaxın onilliklər ərzində reallaşmayacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 May 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri