Bakı və İrəvan arasında sülhə kömək etməyə hazırıq Polşa prezidenti İrəvanda bəyanat verdi
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Polşa Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə hazırdır”.
Azpost.info bildirir ki, bu sözləri İrəvanda səfərdə olan Polşa prezidenti Anjey Duda həmkarı Vahan Xaçaturyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Duda Qafqaz regionunda sülh və sabitliyin olmasının vacibliyini vurğulayıb. O, bölgədəki mövcud qeyri-sabit vəziyyətə toxunub və Rusiyanın Ukraynaya təcavüzünün öz təsirini Qafqaza da göstərdiyini bildirib.
O, münaqişənin sülh yolu ilə həllinin Avropa regionu üçün prioritet olduğunu vurğulayıb. Polşa prezidenti bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələlərini müzakirə edib.
“Mən COP-29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə də bu mövzuda danışmışam. Sülh Avropa regionu üçün vacibdir. Lazım gələrsə, biz kömək etməyə hazırıq”, – deyə Duda yekunlaşdırıb.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 26 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















