Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Bakı xəstəxanalarındakı sıxlığın ilginc pərdəarxası

Bakı xəstəxanalarındakı sıxlığın ilginc pərdəarxası

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son vaxtlar Bakıda yaşayan vətəndaşlar ölkə paytaxtında yerləşən xəstəxanalardakı sıxlıqdan, uzun növbələrdən şikayətlənirlər. Hətta bu səbəbdən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ünvanına tənqidlər də səsləndirilir.  Əslində müşahidələrimiz xəstəxanalardakı sıxlıqla bağlı giley-güzarların haqsız olmadığını, lakin bu problemin kökündə tamam fərqli səbəblərin yatdığını söyləməyə əsas verir. Belə ki, TƏBİB onlayn növbə sisteminin tətbiqinə start verib və bu təcrübədən istifadə edən tibb müəssisələrinin siyahısı günbəgün genişlənir. Qurumdan bildirilir ki, sistemin əsas məqsədi pasiyentlərin qəbul prosesini optimallaşdırmaq, canlı növbələri minimuma endirmək və vətəndaş məmnuniyyətini artırmaqdır. Elektron növbə sisteminin tətbiqi nəticəsində pasiyentlər onlayn və ya yerində növbə götürərək rahat şəkildə qəbul üçün qeydiyyatdan keçə bilirlər. Tibb personalı qəbul planlamasını daha düzgün həyata keçirir, zamanın idarəolunması tənzimlənir. Ancaq hətta bu da həm vətəndaşların, həm də tibb işçilərinin dövlət xəstəxanalarındakı sıxlıqdan əziyyət çəkməsini önləməyə kifayət eləmir. 

Bəs buna səbəb nədir?

“Unikal”ın mövzu ilə bağlı araşdırması ortaya ilginc nüanslar çıxarıb. 

Səbəblərdən biri: “Ölüm kağızı”... 

Araşdırmamız nəticəsində aydınlaşıb ki, vaxtilə ölüm haqqında tibbi şəhadətnamə mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilirdi. Lakin Səhiyyə Nazirliyi Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli kollegiya qərarı ilə qaydalara müvafiq dəyişikliklər edildi. Dəyişikliyə əsasən, həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə”nin elektron qeydiyyatı aparılır, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə təsdiqlənir. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini, eləcə də qohumluq əlaqəsini təsdiqləyən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Məhz bundan sonra da doğmasını itirən üçün ölüm haqqında tibbi şəhadətnaməni almaq Azərbaycanda müşkülə çevrilib. Bu sənədin tərtibi və təqdim edilməsi proseduru həddindən artıq qəlizləşdirilib. 

Xalq arasında “ölüm kağızı” adlanan ölüm haqqında tibbi şəhadətnaməni almaq üçün ən azı 5 tibbi instansiyadan keçmək lazım gəlir. Bu, bir tərəfdən vətəndaşlar üçün kifayət qədər vaxt itkisi, əsəb, stress deməkdir. Şəhadətnamənin tərtibi üçün vətəndaş saatlarla növbələrdə gözləməli olur, hansısa xırda sənədin gətirilməsi üçün bir neçə tibb müəssisəsinə yönəldilir, hətta müəyyən meyarlar uyğun gəlmədikdə təkrar sənəd tələbi ilə üz-üzə qalır. Digər tərəfdən, onsuz da ağır rejimdə işləyən dövlət xəstəxanaları əlavə “yüklənir”. Xülasə, bir yandan ölüsünün hüznünü yaşayan vətəndaş bir tərəfdən də itirdiyi yaxınının həqiqətən öldüyünü təsdiqləmək üçün minbir əziyyətə qatlaşmalı olur. Və nəhayət, bütün bu proses xüsusən milyonlarla insanın məskunlaşdığı paytaxtdakı xəstəxanalarda sıxlığın artmasına gətirib çıxarır. 

Qeyd edək ki, “ölüm kağızı”nın verilməsinin sadələşdirilməsi məsələsi bu ilin iyulunda Milli Məclisin plenar iclasında da gündəmə gəlmişdi. Deputat Razi Nurullayev demişdi ki, həmin sənədin verilməsi ilə bağlı prosedurlar qanun çərçivəsində mürəkkəbləşdirilib və tələblər yüksəlib. Sitat: "Amma qəbul etməliyik ki, bizim yas mərasimlərimiz daha çox adət-ənənəyə və mental dəyərlərə söykənir. Xəstəxanada xəstə kimi qeydiyyatda olmayana, təcili yardım çağırmayana da ölüm kağızı verilmir, təyin olunmuş qısa müddət ərzində dəfn pulu üçün müraciət etməyənə də verilmir və hamısı məhkəməyə yönləndirilir. Yaxınını itirmiş ailənin başı minimum 7-10 gün qarışır. Hüquqi prosedurlar yadına düşmür belə... Əvvəl icra nümayəndələrinin verdiyi arayışla məsələ asanlıqla həllini tapırdı... Təklif edirəm ki, ölüm kağızının və dəfn pulunun ödənilməsi ilə bağlı qanun və qaydalarda sadələşdirilmə aparılsın”.

Başqa bir səbəb: sağlamlıq arayışları...

Araşdırmamız zamanı o da aydınlaşıb ki, tibbi arayışların verilməsi də TƏBİB-in tabeliyindəki sağlamlıq ocaqlarında “basabas” yaradan nüanslardan biridir. Söhbət yalnız iş yerləri və ya sürücülük vəsiqələri üçün sağlamlıq arayışlarının tələb olunmasından getmir. Hətta orta və ali məktəbə qədəm qoyanlardan da qeydiyyatdan keçmələri üçün bu sənəd tələb edilir. Sağlamlıq arayışını əldə etmək üçün isə bir neçə müayinə və analizdən keçmək lazımdır. Həmin proses vətəndaşların ən azı 2 gün vaxtını alır. Üstəlik, xəstəxanalarda növbələrin daha da uzanması ilə nəticələnir. Bu sadaladıqlarımızın sırasına nikahdan öncə tibbi müayinəni də əlavə edə bilərik.  

Mövzu ilə bağlı söhbətləşdiyimiz bir ekspertin fikrincə, tibbi arayışların yalnız dövlət xəstəxanaları tərəfindən verilməsi ənənəsinə son qoyulmalıdır: “Sağlamlıq arayışlarını özəl klinikalar da verə bilər. Lakin bizdə yazılmamış bir qanun var: gərək həmin arayışlar yalnız dövlət xəstəxanalarından alınsın. Bu isə onsuz da yükü ağır olan həmin xəstəxanaların işini bir az da artırır. Nəticədə ortaya uzun növbələr, bəzi hallarda süründürməçilik çıxır, bu da vətəndaşları başqa çıxış yolları axtarmağa vadar edir. Söhbət ilk növbədə rüşvət verib tibbi arayış almaqdan gedir. Get-gəldən, xəstəxanalardakı sıxlıqdan, növbələrdən bezən insanlar pul verib formal şəkildə sağlamlıq arayışları alırlar. Digər tərəfdən, vətəndaşlarla həkimlər arasında müəyyən ixtilaflar ortaya çıxır, narazılıqlar yaranır. Halbuki özəl klinikalara da sağlamlıq arayışlarının verilməsinə şərait yaradılsa, həm dövlət xəstəxanalarının yükü azalar, həm rüşvət kimi neqativ hallar aradan qalxar, bəzi müayinələrin, məsələn, psixoloji, narkoloji testlərin səthi aparılması aradan qalxar, həm tibb işçiləri ilə vətəndaşlar arasında gərəksiz qarşıdurmaya son qoyular, həm də bu proses özəl klinikalar üçün müəyyən dəstək olar”. 

Bəs nə etməli?

1997-ci ilin iyulunda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman imzalanıb. Həmin Qanuna aradan keçən müddətdə bir çox əlavələr, dəyişikliklər edilib. Lakin mövcud vəziyyətdə sözügedən Qanuna yenidən baxılması, onu dövrün tələblərinə tam uyğunlaşdırmağa ehtiyac var. Ölkədə səhiyyə siyasətini həyata keçirən qurum – Səhiyyə Nazirliyi və Milli Məclisin Səhiyyə komitəsi bu istiqamətdə çalışmalara başlamalı, dövlət xəstəxanalarının bir çox hallarda gərəksiz yüklənməsinin qarşısını almaq üçün təkliflər hazırlamalıdır. Əks təqdirdə, nəinki həmin xəstəxanalardakı sıxlığın aradan qalxacağına ümid etməyə dəyər, əksinə, zaman keçdikcə bu səhiyyə ocaqlarında “basabas”ın daha da artması qaçılmazdır. 

Toğrul Əliyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Sentyabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see264

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see258

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see239

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see225

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see202

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see189

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see183

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see163

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see154

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see154

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see148

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see142

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see142

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri