Icma.az
close
up
RU
Bakı yağışa hazırdırmı? Paytaxtı su altında qalmaqdan xilas etməyin YOLLARI

Bakı yağışa hazırdırmı? Paytaxtı su altında qalmaqdan xilas etməyin YOLLARI

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qısa müddətdə yağan intensiv yağıntılar böyük fəsadlara yol açır. Bir neçə saatlıq yağış küçələri çaya çevirir, avtomobillər suda ilişib qalır, əmlaka ciddi ziyan dəyir və insanlar gündəlik həyatında çətinliklərlə üzləşir.

Bu cür mənzərənin qarşısını almaq üçün təkcə hadisə baş verəndən sonra reaksiya göstərmək kifayət etmir. Vacib olan – qabaqlayıcı tədbirlər, düzgün planlaşdırma və müasir texnologiyaların tətbiqidir.

"Yağar da, yağmaz da" yanaşması

Sonuncu dəfə Bakı şəhərində intensiv yağıntılar səbəbindən subasma ötən ilin oktyabrında baş vermişdi. O zaman aidiyyatı dövlət qurumları yağıntı miqdarının normadan artıq olduğunu və problemlərin aradan qaldırılıması üçün təxirəsalınmaz tədbirlər görüldüyünü bildiridilər. 

Çox aktual və haqlı sualdır: əgər intensiv yağışların olacağı hava proqnozları əvvəlcədən məlum idisə, niyə aidiyyatı qurumlar vaxtında tədbir görmədilər?

Ekstremal hava şəraitinin proqnozları bəzən ciddiyə alınmır, halbuki bu məlumatlar bir neçə gün əvvəldən təqdim olunur. Qurumlar "yağar da, yağmaz da" prinsipi ilə davranır. Yəni, ekstremal hava şəraitinin baş vermə ehtimalı yüksək olsa da, idarəetmə orqanları əvvəlcədən tədbir görməkdə tərəddüd edir.

Təbii ki, intensiv yağıntılar zamanı qısamüddətli subasmalar ola bilər və təbiidir. Çünkü yağıntının miqdarı ilə daşıyıcı kollektorların ötürücülük qabiliyyəti adekvat deyil. Amma normal halda yığılan su qısa müddətdə çəkilib getməlidir. Bakıda isə saatlarla qalır. 

Hava şəraitinin dəyişəcəyi öncədən məlum idi. Özü də yağıntılardan əvvəl Bakıda güclü küləklər əsirdi. Toz-torpaq, bərk tullllantıların yağış barmaqlıqlarını tutacağı gözlənilən idi.

"Qabaqlayıcı tədbir əvəzinə, nəticəyə reaksiya vermək" ənənəsi

Həmin günlərdə xidmət qurumlarının - Bakı Şəhər İcra Hakimiyyəti,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bu istiqamətdə hansısa ciddi qabaqlayıcı tədbirlər gördüyünün şahidi olmadıq.

Bir çox dövlət qurumlarında "tədbir görmək əvəzinə, nəticəyə reaksiya vermək" ənənəsi var.

Əslində intensiv yağışdan əvvəl drenaj sistemləri yoxlanılmalı, kritik nöqtələr nəzarətə götürülməli idi. Bizdə yağış başlayandan sonra tədbirlər görülməyə çalışılır, bu zaman da da gec olur.

Ümumiyyətlə Bakı şəhərində intensiv yağıntılar zamanı subasma hallarının aradan qaldırılmasında aidiyyatı qurumlar arasında aydın koordinasiya mexanizmi yoxdur. Bir ərazidə baş verən problem üçün hansı qurumun cavabdeh olduğu bəzən məlum olmur. Yol və su təsərrüfatı qurumları uzun illərdir bu sahədə məsuliyyəti bir-birinin üzərinə atır.

Küçə və prospektlərdə yağış suların infrastrukturlarının yaradılmasına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin cavabdehlik daşıyır.  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Əsasnaməsində yağış və tullantı sularının toplanması, təmizlənməsi, təkrar istifadəsi, kənarlaşdırılması sahəsində fəaliyyəti tabeliyindəki qurum vasitəsilə həyata keçirmək vəzifə kimi müəyyın edilib.

Problemin kökü: Köhnəlmiş və zəif infrastruktur

Bakı şəhərində yağış-kanalizasiya infrastrukturunda çoxsaylı çatışmazlıqlar mövcuddur. Paytaxtın əksər ərazisində yağış və tullantı sularını ayıran ikiqat sistem mövcud deyil. Sovet dövründən qalma sistemlərdə bütün sular eyni xətlə daşınır, bu da yağıntı zamanı sistemin daşmasına səbəb olur. Köhnə boruların ötürücülük qabiliyyəti  yükü daşımağa imkan vermir. Yeni salınan yaşayış massivlərində ya  drenaj sistemi yoxdur, ya da minimum səviyyədədir.

Böyük prospektlərdə tez-tez su yığılır. Alt keçidlər və tunellər bəzən drenaj sistemləri olmadan tikilir, ya da nasoslar daim işlək vəziyyətdə saxlanılmır. Yağış barmaqlıqları bərk tullantılarla dolur olur, bu da su axınının qarşısını alır.

Şəhərsalma və planlaşdırmada uyğunsuzluqlar var. Yeni binalar, yollar tikilərkən infrastruktur öncədən planlaşdırılmır. Paytaxtda asfalt və beton örtüklər artır, torpaq və yaşıllıq azaldığı üçün su yerə hopmur və sürətlə axaraq çökək yerlərdə yığılır.

Drenaj və kanalizasiya sistemlərinin texniki xidməti sistemli və mütəmadi deyil. Təmir işləri qabaqlayıcı deyil, çox vaxt zaman  hadisədən sonra aparılır,

Drenaj və kanalizasiya layihələri böyük maliyyə və uzunmüddətli planlama tələb edir, lakin bir çox hallarda bu işlər ikinci planda qalır. Halbuki bu cür sistemlər şəhərin perspektiv inkişafı  və təhlükəsizliyi üçün əsas şərtlərdən biridir.

Bir çox ərazilərdə drenaj sistemlərinin faktiki vəziyyəti barədə texniki hesabatlar köhnədir və ya ümumiyyətlə yoxdur. Yəni yağışdan əvvəl hansı nöqtələrin riskli olduğu sistemli şəkildə bilinmir və izlənilmir.

İntensiv yağıntılar dövründə şəhərlərin subasmaya qarşı dayanıqlı olması üçün təkcə texniki deyil, həm də idarəetmə, şəhərsalma, texnologiya və ictimai iştirak baxımından kompleks yanaşma vacibdir. Bakı və digər böyük şəhərlərdə bu tədbirlərin mərhələli şəkildə həyata keçirilməsi gələcəkdə daşqın risklərini əhəmiyyətli dərəcədə azalda və şəhəri daha təhlükəsiz mühitə çevirə bilər.

Ağıllı texnologiyalarin tətbiqi və qabaqcıl təcrübələr

Müasir şəhərlərdə subasma təhlükəsinin idarə olunmasında ağıllı texnologiyalar mühüm rol oynayır. Sensorlar vasitəsilə real vaxtda su səviyyəsinin izlənilməsi, hava proqnozlarına əsaslanan avtomatik xəbərdarlıq sistemləri, süni intellektlə inteqrasiya olunmuş su axını təhlili gələcəkdə baş verə biləcək daşqınların qabaqlanmasına imkan verir.

Eyni zamanda, ağıllı drenaj sistemləri və avtomatlaşdırılmış su qapıları vasitəsilə şəhər daxilində suyun axın istiqaməti və həcmi effektiv şəkildə tənzimlənə bilər. Belə sistemlər artıq Almaniya, Yaponiya və ABŞ kimi inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur və nəticələri uğurludur.

Niderland subasma riskinə qarşı mübarizədə dünya lideri hesab olunur. Ərazisinin üçdə biri dəniz səviyyəsindən aşağıda yerləşən bu ölkə tarixən su ilə mübarizədə irimiqyaslı layihələr həyata keçirib. Ən mühüm nümunələrdən biri “Room for the River” layihəsidir. Bu layihə çay daşqınlarını minimuma endirmək məqsədilə həyata keçirilmiş və çay yataqlarının ətrafında yerləşən yaşayış yerlərinin boşaldılaraq təbiətə qaytarılmasını nəzərdə tutur. Niderlandda süni kanallar, sututarlar və səviyyə tənzimləyici barajlar vasitəsilə suyun təhlükəsiz axını təmin edilir. Şəhərlərdə isə “yaşıl damlar”, keçirici səthlər və suya davamlı infrastruktur tətbiq olunmaqla suyun torpağa hopması təmin olunur.

Yaponiya bu sahədə texnoloji innovasiyaların tətbiqi ilə fərqlənir. Xüsusilə Tokioda yerləşən G-Cans layihəsi dünyanın ən böyük yeraltı daşqın idarəetmə sistemlərindən biridir. 70 metr dərinlikdə yerləşən bu sistem 6,4 kilometr uzunluğundakı tunellər, nəhəng nasoslarla təchiz olunub. Yağış suları avtomatik olaraq toplanır və təhlükəsiz zonalara yönləndirilir. Yaponiya şəhərlərində həmçinin real vaxtda məlumat toplayan sensorlar və sel xəbərdarlıq sistemləri ilə inteqrasiya olunmuş ağıllı idarəetmə mexanizmləri mövcuddur.

Almaniyada isə su idarəetməsi şəhər planlamasının ayrılmaz hissəsinə çevrilib. Hamburq və Berlin kimi şəhərlərdə ağıllı drenaj sistemləri qurularaq su səviyyəsi daimi izlənir və lazım gəldikdə avtomatik olaraq nasoslar işə düşür. Bu yanaşma çökək ərazilərdə süni göllər və yaşıllıqların salınması ilə birləşdirilərək həm daşqın riskinin qarşısını alır, həm də şəhərin ekosistemini qoruyur. Eyni zamanda, yeni tikilən binalarda yağış sularının toplanması və ikinci dərəcəli istifadəsi (məsələn, yaşıllıqların sulanması üçün) qanunvericiliklə məcburidir.

Amerika Birləşmiş Ştatlarında da subasma risklərinə qarşı iqlimə uyğunlaşdırılmış kompleks yanaşmalar tətbiq olunur. Nyu-York şəhərində hazırlanmış “Cloudburst Resilience Plan” bu sahədə nümunəvi layihədir. Şəhərdə biofiltrasiyalı səthlər, yağış bağları və suyu təbii axarla yönləndirən yaşıl infrastrukturlar yaradılır. Eyni zamanda, fövqəladə hallar üzrə idarəetmə planları mütəmadi olaraq yenilənir və əhalinin təxliyyə marşrutları əvvəlcədən müəyyənləşdirilir.

İsveçdə isə davamlı şəhərsalma və ekoloji yanaşma ön plandadır. Stokholm şəhərində su axınının təbii istiqamətləri şəhərsalma planlarına inteqrasiya olunur. Suyun yığılması və yenidən istifadəsi sistemləri, çoxmərtəbəli binalarda yaşıl damlar və şəhər daxilində yerləşən yağış bağları geniş tətbiq olunur. Hətta şəhərdə bəzi yeraltı parkinqlər belə su toplama zonaları kimi dizayn edilib, bu da şəhərin infrastrukturunu subasma riskinə qarşı daha dayanıqlı edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Aprel 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see236

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see209

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see173

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see153

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see149

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see140

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see137

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see129

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see129

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see126

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri