Bakıda 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün saat 12:00-dan Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "APA-Economics"ə verilən məlumata görə, məhdudlaşdırma sabah stadionda keçiriləcək "Qarabağ"-“Şkendiya” oyunu ilə əlaqədardır.
Məlumata görə, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.
Məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall” qarşısındakı dayanacaqdan təşkil edilib.
Qeyd edək ki, sabah Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"-“Şkendiya oyunu keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 11 Avqust 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















