Bakıda 3,2 milyonluq vergidən yayınan şirkət rəhbəri azadlığa buraxıldı
Pravd.az-dan verilən məlumata görə, Icma.az xəbər edir Bakıda 3,2 milyonluq vergidən yayınan şirkət rəhbəri azadlığa buraxıldı.
Ali Məhkəmədə vergi ödəməkdən yayınmada təqsirləndirilən E.Baxşəliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib və ona şərti cəza verilib. E.Baxşəliyevdərhal cəzaçəkmə müəssisəsindən azad olunub.
İttihama görə, MMC-lərin birinin təsisçisi və direktoru olan E.Baxşəliyev iş üzrə digər təqsirləndirilən şəxs Ə.Mahmudovla birgə vergi ödəməkdən yayınıb. Belə ki, onlar həmin MMC-nin adından digər şirkətdən icarəyə götürdüyü Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Hacıqabul yolunda yerləşən istehsal sahəsində (zavodda) etil (yeyinti) spirti və alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olub. Həmin fəaliyyəti nəticəsində vergi ödəyicisi kimi qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi cari ƏDV bəyannamələrində ödənilməsi üçün bəyan etdiyi ümumilikdə 3 217 481,63 manat məbləğində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını, vahid niyyətlə əhatə olunan qəsdlə, dövlət büdcəsinə ödəməkdən yayınıb.
Səbail Rayon Məhkəməsinin hökmü ilə E.Baxşəliyev 5 il müddətə azadlıqdan məhrum edilmişdi. Ə.Mahmudova isə şərti cəza verilmişdi.
Kamal Məmmədov
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)